Məhkəmə qərarları › İş №2(045)-1118/2023

Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-1118/2023

05.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-1118/2023 05.05.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Mən, Goranboy Rayon Məhkəməsinin hakimi Ələkbərov Tural Mehman oğlu, Ərizəçi (Goranboy rayon İcra Hakimiyyətinin başçısının Nizami kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi maraqlı şəxs kimi göstərilməklə) “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Goranboy rayonu Nizami kənd sakini X* adına olan Goranboy rayonu Nizami kəndi ərazisində göstərilən sərhəd daxilində 0.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini keçmiş Goranboy Rayon Torpaq şöbəsindən *5 noyabr *997-ci il tarixli, 0035* nömrə ilə JN-363, kod 50900**8 saylı Azərbaycan Respublikası Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında *5.05.*998-ci il tarixdə Azərbaycan Respublikasının *998-ci ildə qüvvədə olan 228-ci maddəsinin məzmunu biz tərəflərə izah olunmaqla Goranboy rayon İcra Hakimiyyəti Başçısının Nizami kənd icra nümayəndəsinin möhürü ilə təsdiq etdiyi torpaq alqı-satqı müqaviləsini hüquqi əhəmiyyətli fakt olmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edirəm ki, ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) tələblərinə riayət olunmamaqla verildiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən göründüyü kimi Ərizəçi oğlu Gəncə şəh., Nizami ray., Yeni Gəncə massivi, 36,4* ünvanında qeydiyyatdadır. MPM-in: 35.*-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 37-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir. Həmin qanuna əsasən şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. MPM-in: 40.*-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir; **4.*.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır; *5*.*-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; *52.* və *52.*.3-cü maddələrinə əsasən əgər işə ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, *8305 nömrəli qəbzdən görünür ki, ərizəçi hazırki tələb üzrə *00 (yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Qeyd edilənlərə əsaslanaraq və MPM-in 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi (Goranboy rayon İcra Hakimiyyətinin başçısının Nizami kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi maraqlı şəxs kimi göstərilməklə) “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi izah olunsun ki, ərizənin qaytarılması, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. *00 (yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan *0 gün müddətində Goranboy Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar