Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1197/2023 15.08.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X20 qızının katibliyi, Ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı (Cavabdeh maraqlı şəxs kimi göstərilməklə) “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, onun xx xxxx *950-ci ildə Goranboy rayonunun, Baxçakürd kəndində doğum faktının müəyyən edilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxx *950-ci ildə Goranboy rayonunun Baxçakürd kəndində anadan olmuşdur. Məhkəməyə təqdim etdiyi Goranboy rayon İcra Hakimiyyəti Başçısının Baxçakürd kənd İnzibati Ərazi Darəsi üzrə nüimayədəliyinin *4 aprel 2023-ci il tarixli *38 nömrəli arayışından da görünür ki, o, hazırda da Goranboy rayonunun Baxçakürd kəndində qeydiyyatda olmaqla ailə üzvüləri ilə birlikdə yaşayır. X6 06 fevral *954-cü ildə “baş sətəlcəmi” səbəbindən Goranboy rayonunun Baxçakürd kəndində vəfat etmişdir və kənd qəbrstanlığında dəfn olunmuşdur. X* isə 23 dekabr 2000-cı il tarixdə “ürək çatışmamazlığı” səbəbindən Goranboy rayonunun Baxçakürd kəndində vəfat etmişdir və kənd qəbirstanlığında dəfn olunmuşdur. Məhkəməyə təqdim etdiyi Xanlar rayon (indiki Göygöl rayonu) VVAQ şöbəsi tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, o, Baxçakürd kənd sakini X3 ilə 03 yanvar *985-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə ailə qurmuşdur. Məhkəməyə təqdim etdiyi uşaqların doğum haqqında şəhadətnamələrinin təsdiqlənmiş surətlərindən görünür ki, birgə yaşadığı müddətdə onların Goranboy rayonunun Baxçakürd kəndində iki uşağı anadan olmuşdur. Bugünə kimi onun doğumu müvafiq orqanda qeydiyyata alınmamış və onun doğum haqqında şəhadətnaməsi olmamışdır. Çünki valideyinləri sağlıqlarında onun doğumunu qeydiyyata aldırmamışlar. O da buna heç bir əhəmiyyət verməmişdir. Bugünlərdə anasından miras qalmış torpaq sahəsinə vərəsəlik hüququnu tanıtmaq istəyərkən doğum şəhadətnaməsinin olmaması ona problem yaratmışdır. Ona görə də, o, Cavabdehnə ərizə ilə müraciət edərək xahiş etmişdir ki, onun xx xxxx *950-ci ildə Goranboy rayonunun Baxçakürd kəndində doğulmağı və hazırda ailəsi ilə birlikdə həmin kənddə yaşamasını nəzərə alıb onun doğumunu qeyd etməklə, ona doğum haqqında şəhadətnamə verilməsinə köməklik olunsun. Lakin, həmin orqan ona *4 mart 2023-cü il tarixli, №3-*6-5/8-**-260-2023 saylı məktubla cavab vermişdir ki, onun doğumu Cavabdeh arxivində və Ədliyyə Nazirliyinin “Elektron informasiya Sistemində aşkar edilməmiş və ona məsləhət olunur ki, doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etsin. Həmin məktubu məhkəməyə təqdim edir. İndi istəyir ki, onun xx xxxx *950-ci ildə Goranboy rayonunun Baxçakürd kəndində doğulmağı faktı məhkəmə qaydasında müəyyən edilsin. Çünki o, başqa qaydada bu faktı müəyyən etdirə bilmir. Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş şahid X8 ifadəsində bildirdi ki, ərizəçi İddiaçı anadan olduğu vaxtdan tanıyır. Ərizəçi anadan olduğu gün, yəni xx xxxx *950-ci il tarixdə onların Goranboy rayonu, Bağçakürd kəndində olan evlərində məclis qurulmuşdur və o, həmin məclisdə klarnet ifaçısı kimi iştirak etmişdir. Ərizədə göstərilən məlum səbəblərə görə uşağın doğumu qeydə alınmamışdır. Məhkəmə iclasında iştirak etmiş şahid X4 ifadəsində bildirdi ki, o, ərizəçi İddiaçı atasıgil ilə Goranboy rayonu, Bağçakürd kəndində qonşu olmuş, hal-hazırda da həmin kənddə yaşayır. Ərizəçi İddiaçı xx xxxx *950-ci il tarixdə ev şəraitində doğulmuşdur. Verilən suallara cavab olaraq bildirdi ki, onların evləri ilə Qənifənin ata evi yaxın olduğu üçün və həmin günü o, öz evlərində olduğuna görə Qənifənin doğulmasından xəbəri olmuşdur. Məhkəmə iclaslarının vaxtı və yeri barədə maraqlı şəxs Cavabdehnə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (bundan sonra - MPM) *85.5-ci maddəsinin tələblərinə əsasən işə maraqlışəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Xanlar rayonu Çobanabdallı kənd sovetliyi tərəfindən verilmiş İİİ-ЖГ seriyalı 369363 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 ilə X*3 arasında nikah 03 yanvar *985-ci il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 0* nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra sonuncuya “Haqverdiyeva” soyadı verilmişdir; Goranboy rayon ВАДГ şöbəsi tərəfindən verilmi. AZ seriyalı 047563 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 “ürək çatışmamazlığı” səbəbindən ölmüşdür; Cavabdeh tərəfindən verilmiş 02.*0.2009-cu il tarixli arayışdan görünür ki, X*9 06.02.*954-cü il tarixdə Goranboy rayonunun Baxçakürd kəndində ölmüşdür; Qasım İsmayılov rayonu Baxçakürd kənd sovetliyi tərəfindən verilmiş Xİ- ЖГ seriyalı 288202 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 *9.09.*985-ci ildə Qasım İsmayılov rayonu, Baxçakürd kəndində doğulmuş, atası X3, anası İddiaçıdır; Goranboy rayon Baxçakürd kənd icra nümayəndəliyi tərəfindən verilmiş *4* nömrəli, *8.04.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.*950-ci ildə Goranboy rayonu, Baxçakürd kəndində anadan olmuşdur; Cavabdeh tərəfindən verilmiş *7.04.2023-cü il tarixli arayışdan görünür ki, X2 *3.04.*988-ci ildə Goranboy rayonunda doğulmuş, X3, anası İddiaçıdır; Cavabdeh tərəfindən verilmiş *4.03.2023-cü il tarixli, 3-*6-5/8-**-260 nömrəli məktubdan görünür ki, onun doğumu şöbənin arxivində və avtomaşdırılmış qeydiyyat informasiya sistemində aşkar edilməmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, İddiaçı xx xxxx *950-ci il tarixdə Goranboy rayonu, Baxçakürd kəndində tibb müəssisəsindən kənarda ev şəraitində doğulmuş, valideynləri sağ olduqları dövrdə etinasızlıq göstərərək doğumun qeydə alınması üçün aidiyyəti dövlət orqanına müraciət etməmişlər. Hazırda anasından miras qalmış torpaq sahəsinə vərəsəlik hüququnu tanıtmaq istəyərkən doğum şəhadətnaməsi lazım olmuş və dövlət orqanında doğumu qeydə alınmadığı üçün həmin faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. MPM-in: 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: *58.*-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır; *59.*-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır; *66.*-ci maddəsinə əsasən doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. *66.2-*-ci maddəsinə əsasən doğum faktının müəyyən edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli Qərarının 4-cü bəndində göstərilir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. İşin hallarından göründüyü kimi ərizəçi İddiaçı xx xxxx *950-ci il tarixdə Goranboy rayonu, Baxçakürd kəndində tibb müəssisəsindən kənarda ev şəraitində doğulmuş və bu fakt dövlət orqanında qeydə alınmadığı üçün ərizəçinin doğum haqqında şəhadətnaməsi olmamışdır. Odur ki, ərizəçi xx xxxx *950-ci il tarixdə Goranboy rayonu, Baxçakürd kəndində doğulması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyi üçün bu fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Ona görə də, ərizəçinin tələbi təmin edilməlidir. MPM-in: *4.2-ci mаddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir; 77.*-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələblərinin və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir; 2*7.4-cü mаddəsinə əsаsən məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, ərizəçi İddiaçı Goranboy rayonu, Baxçakürd kəndində xx xxxx *950-ci il tarixdə doğulması faktı müəyyən edilməli, akt qeydləri kitabının ata adı qrafasında X*9, milliyyəti qrafasında azərbaycanlı, ana adı qrafasında X7, milliyyəti qrafasında azərbaycanlı qeyd edilməlidir. Qeyd olunanlara əsasən, MPM-in 2*6-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi İddiaçı Goranboy rayonu, Baxçakürd kəndində xx xxxx *950-ci il tarixdə doğulması faktı müəyyən edilsin, akt qeydləri kitabının ata adı qrafasında X*9, milliyyəti qrafasında azərbaycanlı, ana adı qrafasında X7, milliyyəti qrafasında azərbaycanlı qeyd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-1197/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1197/2023
15.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver