Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-133/2025 14.01.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs2 və Maraqlı şəxs* maraqlı şəxs kimi göstərilməklə) “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin təmin edilməsi, oğlu, milliyyətcə azərbaycanlı olmuş, X5 Azərbaycan Respublikasının Goranboy rayonunun Səmədabad kəndində 0* iyun 20*4-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, vəfat etməsi müəyyən edilməsi olan şəxs onun oğlu X7r. O, özü xx.xx.*932-ci ildə Azərbaycan Respublikasının Goranboy rayonunun Səmədabad kəndində doğulmuş, hal-hazırda da həmin kənddə yaşayır. *960cı ildə Səmədabad kənd sakini X25 ilə ailə qurub evlənmiş, lakin nikahı rəsmi olaraq qeyd etdirməmişdir. Birgə yaşadığı müddət ərzində 9 uşağı olmuşdur. X8, X*8, X*9, X**, X*2, X20, X2*, X*6, X*3 - 02 iyun *965-ci il təvəllüdlü, Azərbaycan Respublikasının Goranboy rayonunun Səmədabad kəndində doğulmuşdur, 0* iyun 20*4-cü ildə Azərbaycan Respublikasının Goranboy rayonunun Səmədabad kəndində ölmüşdür və Səmədabad kənd qəbiristanlığında basdırılmışdır. Onun ölümündən sonra başı qarışıq olduğundan nə xəstəxanadan arayış, nə də qeydiyyat şöbəsindən ölüm haqqında şəhadətnamə almamışdır. İndi oğlu Mübariz vəfat edəndən sonra Goranboy rayonu Səmədabad kəndində mülkiyyətində Goranboy rayon Aqrar İslahat Komissiyasının 03 iyun *998-ci il tarixli 20 saylı qərarına əsasən 0.*7 ha olan həyətyanı torpaq sahəsi qalmışdır. Həmin torpaq sahəsini öz adına sənədləşdirmək istəyir. Lakin, oğlunun doğumu haqqında arayışda “atası” qrafası boş olduğundan və anasının soyadına görə “Mamedov” yazıldığından bunu edə bilməyə qanunla hüququ olmadığından edə bilmirdi. Ona görə də Goranboy rayon Məhkəməsinə atalığın müəyyən edilməsi üçün müraciət etmişdir. Goranboy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(045)-288/2023 №-li qətnaməsi ilə ərizəsi təmin edilmişdir. Onun 02 iyun *965-ci ildə anadan olmuş X9 atası olmağı faktı müəyyən edilmişdir. İşdə maraqlı şəxs qismində iştirak edən Maraqlı şəxs2 bununla razılaşmış, şikayət verməmişdir. Bundan sonra bütün sənədlərdə onun sovadı “Quliyev” yazılmağa başlamışdır. Belə ki, məhkəməyə təqdim etdiyi Maraqlı şəxs2 xx.xx.2023-cü il tarixli atalıq arayışından görünür ki, X* rayonunun, Səmədabad kəndində 02.06.*960-cı ildə anadan olmuşdur və bu barədə xx.xx.2023-cü ildə səhifənin 93 kitabında qeydiyyat aparılmışdır. Atası Ərizəçi, anası X25. Valideynlərinin milliyyəti azərbaycanlı Qeydiyyat şöbəsinin rəisi imza var möhür var T. Sərdarlı. Məhkəməyə təqdim etdiyi Maraqlı şəxs2 xx.xx.2023-cü il tarixli doğum haqqında arayışından görünür ki, X* rayonunun Səmədabad kəndində 02.06.*965-cı ildə anadan olmuşdur və bu barədə *7.06.*965-ci ildə səhifənin 60 kitabında qeydiyyat aparılmışdır. Atası Ərizəçi, anası X25. Valideynlərinin milliyyəti azərbaycanlı Qeydiyyat şöbəsinin rəisi imza var möhür var T. Sərdarlı. Maraqlı şəxs2nə xx.xx.2024-cü ildə müraciət edib xahiş etmişdir ki, mərhum oğlu X5 ona ölümü haqqında şəhadətnamə verilsin. Lakin, Maraqlı şəxs2 xx.xx.2024-cü il tarixli 3-*6-5/8-*5-3*4/2024 saylı məktubu ilə bundan imtina etmişdir ki, oğlu X5 ölümü haqqında akt qeydi Şöbənin arxivində və Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktlarının" "X2 Sistemində" aşkar edilməmişdir, məsləhət bilmişdir ki, bu sənədin əldə edilməsi mümkün olmadığı halda ölüm faktının təsdiq edilməsi üçün qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət etsin. Məhkəməyə təqdim etdiyi Maraqlı şəxs2 06 noyabr 2024-cii il tarixli 305 saylı arayışından görünür ki. 02 iyun *965-ci ildə Goranboy rayonunun Səmədabad kəndində X*7 doğulmuş X6 atası Ərizəçi hesab edilmişdir. Bu barədə 20 iyun 2023-cü il tarixdə Maraqlı şəxs2ndə 93 № li atalığın müəyyən edilməsi haqqında akt qeydi tərtib olunmuşdur. Atalıq müəyyən edildikdən sonra vətəndaşın soyadı: Quliyev, adı: Mübariz, atasının adı: Allahverdi oğlu qeyd edilmişdir. Maraqlı şəxs2 rəisi: möhür var imza var T. Sərdarlı. Məhkəməyə təqdim etdiyi arayışlardan görünür ki, o və *4.02.*995-ci ildə vəfat etmiş X30 ər-arvad olmuş və X*3 onun oğlu olmuşdur. O uzun müddət Rusiyada yaşamışdır, orada xəstələnmişdir, Azərbaycana gələndən sonra qısa müddət ərzində ölmüşdür. Onun ölümü haqqında vaxtında qeydiyyat şöbəsinə də müraciət edilməmişdir, bu üzdən onun ölümü haqqında şəhadətnamə yoxdur. İndi hesab edir ki, onun hüququ var ki, oğlunun vəfat etməsi faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etsin. Oğlu hazırda onun soyadına uyğun olan X5 vəfat etməsi faktının müəyyən edilməsi oğlundan qalan miras torpaq sahəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə almağa vərəsə kimi hüququnun olmasının təsdiq edilməsi üçün lazımdır. O başqa qaydada bu faktı müəyyən etdirə bilmir. İndi tələbi ondan ibarətdir ki, Azərbaycan Respublikasının Goranboy (keçmiş Qasım İsmayılov) rayonunun Səmədabad kəndində 02 iyun *965-ci doğulmuş, milliyətcə azərbaycanlı olan, X5 0* iyun 20*4-cti il tarixdə Azərbaycan Respublikasının Goranboy rayonunun Səmədabad kəndində vəfat etməsi faktı müəyyən edilsin. X3 Goranboy rayonunun Səmədabad kəndində 0*.06.20*4-cü ildə ölməsi və Səmədabad kənd qəbrstanlığında dəfn olunması məhkəməyə təqdim etdiyi Goranboy rayon Məhkəməsinin xx.xx.2023-cii il tarixli 2(045)-288/2023 saylı qətnaməsi və qəbr daşının fotoşəkli ilə də sübut edilir. O vəfat edən zaman onun atası olmağı barədə nə məhkəmə qətnaməsi, nə də müvafiq qeydlər Qeydiyyat şöbəsində olmadığından soyadı anasının soyadına uyğun olaraq qəbr daşında Mamedov kimi yazılmışdır. Ona görə də ərizə ilə Goranboy rayon Məhkəməsinə müraciət etmişdir. Goranboy rayon Məhkəməsi (hakim Mustafayev Taleh Məhəmmədəli oğlu) 07.*0.2024-cıi il tarixli 2(045)-*8*0/2024 saylı qərardadı ilə ərizəni özünə geri qaytarmışdır. Bunu onunla əlaqələndirmişdir ki, o X3 ölümünün qeyd edilməsi faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etdiyi halda Maraqlı şəxs2 xx.xx.2024-cü il tarixli arayışı X*3 haqqında yox, X*4 haqqında adlı şəxsə dair verilmiş və həmin arayışda həmin şəxsin ölümü haqqında akt qeydinin mövcud olmadığı göstərilir. Həmçinin qeyd edir ki, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası mümkün deyildir. Hazırki ərizədə qeyd edilənlərə əsasən ölümün qeydə alınması faktı deyil, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə tərəfindən müəyyən edilə bilər. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid X20 ifadəsində bildirdi ki, mərhum X*4 onun qardaşıdır. Mübariz Quliyev 0* iyun 20*4-cü ildə Goranboy rayonunun Səmədabad kəndində qaraciyər serrozundan vəfat etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X*6 ifadəsində bildirdi ki, mərhum X*4 onun qardaşıdır. Qardaşı *965-ci ildə Goranboy rayonu Səmədabad kəndində doğulmuşdur. Mərhum xəstə idi və 0* iyun 20*4-cü ildə Goranboy rayonunun Səmədabad kəndində xəstəlikdən ölmüşdür. Maraqlı şəxs X33 və Maraqlı şəxs* məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndələri iştirak etməmişlərdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) *85-ci maddəsinə əsasən işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayon Səmədabad kənd icra nümayəndəliyi tərəfindən verilmiş 63 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X*4 02.06.*965-ci il tarixdə Goranboy rayonu, Səmədabad kəndində doğulmuş və 0*.06.20*4-cü il tarixdə vəfat etmişdir. Mərhum Səmədabad kənd qəbirstanlığında dəfn edilmişdir; Maraqlı şəxs2 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli atalığın müəyyən edilməsi haqqında arayışdan görünür ki, Ərizəçi 02.06.*965-ci il də X*5 doğulmuş X5 atası hesab edilmişdir; Maraqlı şəxs2 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X*4 02.06.*965-ci ildə Goranboy rayonu, Səmədabad kəndində doğulmuşdur, atası Ərizəçi, anası X22r; Maraqlı şəxs2 tərəfindən verilmiş 06.**.2024-cü il tarixli, 305 nömrəli arayışdan görünür ki, 02.06.*965-ci ildə Goranboy rayonu, Səmədabad kəndində X*7 doğulmuş atası Ərizəçi hesab edilmişdir. Atalıq müəyyən edildikdən sonra vətəndaşın soyadı Quliyev, adı Mübariz, atasının adı Allahverdi oğlu qeyd edilmişdir; Goranboy rayon Məhkəməsinin 2(045)-288/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qanuni qüvvəsini almış qətnaməsindən görünür ki, 02 iyun *965-ci il tarixdə anadan olmuş mərhum X4 Ərizəçi oğlu olması faktı müəyyən edilmişdir; Maraqlı şəxs2 tərəfindən verilmiş 3-*6-5/8-*5-3*4/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X5 ölümü haqqında akt qeydi şöbənin arxivində və Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktlarının” “X2 Sistemində” aşkar edilməmişdir; Fotoşəkildən görünür ki, 02 iyun *965-ci il təvəllüdlü Ərizəçi 0* iyun 20*4-cü il tarixdə vəfat etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, ərizəçinin oğlu X*4 0* iyun 20*4-cü il tarixdə vəfat etmiş və Goranboy rayonu, Səmədabad kənd qəbiristanlığında dəfn edilmişir. Ərizəçi oğlunun ölümünü məhkəmə qərarı olmadan başqa yolla qeydə aldıra bilmir. MPM-in: *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 2*7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, 02 iyun *965-ci il tarixdə Goranboy rayonu Səmədabad kəndində anadan olmuş X5 0* iyun 20*4-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi üçün yoxlanılmış sübutlar vardır və həmin faktın başqa yolla müəyyən edilməsi mümkün olmadığından bu, məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 2*6-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 02 iyun *965-ci il tarixdə Goranboy rayonu Səmədabad kəndində anadan olmuş X5 0* iyun 20*4-cü il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-133/2025
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-133/2025
14.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver