Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-1344/2025 07.07.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlu Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, uşaqları 2* may 2020-ci ildə Ukrayna Respublikasının Donetsk şəhərindıə anadan olmuş əkiz olan X2 və X* doğum faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, ərizəçi tərəfindən ərizənin qanunla müəyyən olunmuş qayda, forma və məzmununa riayət edilməyərək, başqa mülki iş üzrə istifadə olumuş xx.xx.2025-ci il tarixli, *786076879 nömrəli dövlət rüsmu haqqında ödəniş qəbzini hazırkı ərizəsinə əlavə etməklə, qanunla müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsmunun ödənilməsi haqqında sənədi məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): *5*.*-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; *52.*.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarı. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, MPM-in 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçi izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra *0 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-1344/2025
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-1344/2025
07.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver