Məhkəmə qərarları › İş №2(045)-137/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-137/2024

06.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-137/2024 06.02.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, Ərizəçi, nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 29.07.20*2-ci il tarixdə doğulmuş qadın cinsindən olan şəxsin (qızı X*0) doğum faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 20 noyabr *992-ci il tarixdə X*5 ilə faktiki ailə qurmuş və hazırda ər-arvad kimi Goranboy rayonunun Veyisli kəndində birlikdə yaşayır. Nikahlarını rəsmiləşdirməmişlər. Ər-arvad kimi birlikdə yaşadığı müddətdə 09.*2.*994-cü ildə X22, 22.07.*998-ci il tarixdə X23, 26.**.200*-ci il tarixdə X*6 və xx.xx.2005-ci il tarixdə X*3 adlı uşaqları doğulmuşdur. Ailə üzvləri ilə birlikdə faktiki ailə kimi birlikdə yaşadığı 29 iyul 20*2-ci il tarixdə Goranboy rayonunun Veyisli kəndində ev şəraitində qadın cinsindən olan bir qız uşağı anadan olmuşdur. Hazırda uşaq on bir yaş dörd ayın içərisindədir. Ancaq bugünə kimi övladının doğum haqqında akt qeydiyyatı şöbəsində qeydiyyata aldırmamış, ona doğum haqqında şəhadətnamə almamışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs ev şəraitində 29.07.20*2-ci il tarixdə doğulmuş qızı X*0 doğum haqqında akt qeydiyyatı şöbəsində qeydiyyata aldırmış doğum haqqında şəhadətnamə verilməsi barədə ərizə təmin edilməmiş, qeyd edilən sənədin əldə edilməsi mümkün olmadığına görə doğum faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət etməyi məsləhət bilinmişdir. Bir daha bildirir ki, 29.07.20*2-ci il tarixdə Goranboy rayonunun Veyisli kəndində ev şəraitində X*7 adlı bir qız uşağı anadan olmuşdur. Dediklərinin həqiqət olmasını ərizəyə əlavə etdiyi Goranboy rayon X5 X35 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli *4 nömrəli və Goranboy rayon X5 X37 Həkim Məntəqəsinin №*62 saylı tibbi arayışı, həmçinin Veysli kənd sakinləri qonşular X*4, X2*, X*8, X** və X*9 və sairə şahidlər bir daha təsdiq edə bilərlər. Hətta şahidlər bu barədə akt da bağlayıb imza etmişlər. Hal-hazırda o, 29.07.20*2-ci il tarixdə doğulmuş qız uşağı X*2 doğum faktının təsdiq edilməsi barədə sənədi başqa cür ala bilmir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olub. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid X25 ifadəsində bildirdi ki, Ərizəçi Zəhra adlı qızı 29.07.20*2-ci il tarixdə ev şəraitində X6 anadan olmuşdur. Uşaq daimi onun işlədiyi poliklinikada nəzrətdə olmuş və hər ay peyvəndləri vurulmuşdur. Həmçinin uşağın poliklinikada kartoçkası açılmış və atası həqiqətən də Əyyub, anası Kubar adlı şəxsdir. Məhkəmə iclasında iştirak etmiş şahid X*8 ifadəsində bildirdi ki, Ərizəçi ilə qonşudur. Ərizəçi qızı Zəhra 29.07.20*2-ci il tarixdə ev şəraitində X6 doğulmuş və uşağın doğulmasına köməklik etmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid X2* ifadəsində bildirdi ki, Ərizəçi onun qohumdur. Ərizəçi qızı Zəhra 29.07.20*2-ci il tarixdə ev şəraitində X6 doğulmuş və uşağın doğulmasına köməklik etmiş və şahidi olmuşdur. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Maraqlı şəxsnə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) *85.5-ci maddəsinin tələblərinə əsasən işə maraqlışəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Maraqlı şəxs tərəfindən verilmiş AZ-İ seriyalı *72350 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 09 iyul 2005-ci ildə X7 doğulmuş X4 atası hesab edilmişdir; Goranboy rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 378395 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X23 22 iyul *998-ci ildə Goranboy rayonu, Veyisli kəndində doğulmuş, atası Ərizəçi, anası X8; Goranboy rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 378396 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X*6 26.**.200*-ci ildə Goranboy rayonu, Veyisli kəndində doğulmuş, atası Ərizəçi, anası X8; Maraqlı şəxs tərəfindən verilmiş AZ-İİ seriyalı 634503 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X*3 09 iyul 2005-ci ildə Goranboy rayonu, Veyisli kəndində doğulmuş, atası Ərizəçi, anası X9; Goranboy RMX PHŞ Mərkəzi ASM tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli *4 nömrəli arayışdan görünür ki, 29.07.20*2-ci il təvəllüdlü X* RMX PHŞ Mərkəzi ASM-də tibbi müayinədən keçmişdir; Goranboy rayon X3 həkim Məntəqəsi tərəfindən verilmiş *62 nömrəli, 20 sentyabr 2022-ci il tarixli tibbi arayışdan görünür ki, 29.07.20*2-ci il təvəllüdlü X2 həkim məntəqəsində qeydiyyatdadır; Maraqlı şəxs tərəfindən verilmiş 02.*0.2023-cü il tarixli, 3-*6-5/8-*5-664/2023 nömrəli məktubdan görünür ki, 29.07.20*2-ci il təvəllüdlü X*7 doğumu şöbənin arxivində və avtomaşdırılmış qeydiyyat informasiya sistemində aşkar edilməmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, Ərizəçi qızı 29.07.20*2-ci il təvəllüdlü X* rayonu, Veyisli kəndində tibb müəssisəsindən kənarda ev şəraitində X6 doğulmuş, valideynləri etinasızlıq göstərərək doğumun qeydə alınması üçün aidiyyəti dövlət orqanına müraciət etməmişlər. Hazırda doğum haqqında şəhadətnaməsi lazım olmuş və dövlət orqanında doğumu qeydə alınmadığı üçün həmin faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. MPM-in: 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: *58.*-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır; *59.*-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır; *66.*-ci maddəsinə əsasən doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. *66.2-*-ci maddəsinə əsasən doğum faktının müəyyən edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli Qərarının 4-cü bəndində göstərilir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. İşin hallarından göründüyü kimi Ərizəçi qız övladı 29.07.20*2-ci il təvəllüdlü X* rayonu, Veyisli kəndində tibb müəssisəsindən kənarda ev şəraitində doğulmuş və bu fakt dövlət orqanında qeydə alınmadığı üçün ərizəçinin doğum haqqında şəhadətnaməsi olmamışdır. Odur ki, ərizəçinin 29.07.20*2-ci il təvəllüdlü X* rayonu, Veyisli kəndində doğulması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyi üçün bu fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Ona görə də, ərizəçinin tələbi təmin edilməlidir. MPM-in: *4.2-ci mаddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir; 77.*-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələblərinin və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir; 2*7.4-cü mаddəsinə əsаsən məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, X*0 29.07.20*2-ci il tarixdə Goranboy rayonu, Veyisli kəndində doğulması faktı müəyyən edilməli, akt qeydləri kitabının ata adı qrafasında Ərizəçi, milliyyəti qrafasında kürd, ana adı qrafasında X*5, milliyyəti qrafasında kürd qeyd edilməlidir. Qeyd olunanlara əsasən, MPM-in 2*6-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X29 29.07.20*2-ci il təvəllüdlü qızı Goranboy rayonu, Veyisli kəndində doğulması faktı müəyyən edilməli, akt qeydləri kitabının ata adı qrafasında Ərizəçi, milliyyəti qrafasında kürd, ana adı qrafasında X*5, milliyyəti qrafasında kürd qeyd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar