Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1379/2024 30.10.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs rəisi X2 iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anası Məsiyeva (Hüseynova) Elfurə Bəhrəm qızının 0*.07.*943-cü ildə Goranboy rayonunun Kələk kəndində doğulmağının, atasının X*0, anasının X*3, hər ikisinin milliyətcə azərbaycanlı olmalarının müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o Goranboy rayonunun Kələk kəndində anadan olmuş, hal-hazırda da həmin kənddə yaşayır. Mərhum anası Məsiyeva (Hüseynova) Elfurə Bəhrəm qızı 0*.07.*943-cü il tarixdə Goranboy rayonunun Kələk kəndində anadan olmuşdur, 27 iyul 20*4-cü il tarixdə isə rəhmətə getmişdir. Yaranmış zərurətlə əlaqədar anasının doğum haqqında şəhadətnaməsini almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Qeydiyyat şöbəsindən isə ona bildirdilər ki, Goranboy rayonunun Kələk kəndində doğulmuş anası Musayeva (Hüseynova) Elfurə Bəhrəm qızının doğum haqqında akt qeydi şöbənin arxivində və Vətəndaşlıq vəziyyəti aktlarının “X* Sistemi”-ndə aşkar edilməmişdir. Ona görə də doğum faktının müəyyən edilməsi ümün qanunvericiliklə müəyyən olunmuş qaydada məhkəməyə müraciət etməyi tövsiyyə olundu. Anasının doğulması haqqında şəhadətnamə ona notariat əməliyyatlarının aparılması üçün lazımdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin bildirdi ki, mərhum anası Məsiyeva (Hüseynova) Elfurə Bəhrəm qızı 0*.07.*943-cü il tarixdə Goranboy rayonunun Kələk kəndində anadan olmuş və 27 iyul 20*4-cü il tarixdə vəfat etmişdir. Anasının doğumu qeydə alınmamış və o, bununla bağlı Maraqlı şəxsnə müraciət etməsinə baxmayaraq, ona doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Anasının doğulması haqqında şəhadətnamə ona notariat əməliyyatlarının aparılması üçün lazımdır. Verilmiş suala cavab olaraq bildirdi ki, anasının 0*.07.*943-cü ildə doğulması faktının təsdiq edəcək hər hansı əhəmiyyətli sübutu yoxdur. Anası uzun müddət xəstəxanada tibb bacısı vəzifəsində işləmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs rəisi X5 bildirdi ki, ərizəçi tərəfindən anası Məsiyeva (Hüseynova) Elfurə Bəhrəm qızına doğum haqqında şəhadətnaməsinin verilməsi üçün şöbəyə müraciət etmişdir. Aparılmış yoxlama nəticəsində Musayeva (Hüseynova) Elfurə Bəhrəm qızının doğum haqqında akt qeydi şöbənin arxivində və Vətəndaşlıq vəziyyəti aktlarının “X* Sistemi”-ndə aşkar edilməmişdir. Əlavə olaraq qeyd edir ki, o, mərhum Elfurə Musayevanı əvvələr tanımış və onun Goranboy Rayon Mərkəzi Xəstəxanasında tibb bacısı vəzifəsində işlədiyini bilmişdir. Odur ki, ərizənin təmin edilibedilməməsini məhkəmənin mülahizəsinə buraxır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş şahid X9 izahatında bildirdi ki, mərhumun atası Bəhrəm, anası isə Yamən olmuşdur. Onların hər ikisi milliyyətcə azərbaycanlı olduğunu bilir. Lakin, doğum tarixini dəqiq xatırlamır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş şahid X** izahatında bildirdi ki, mərhum X8 onun həmkəndlisi olmuşdur. Elfurə Musayevanın anası bildiyi qədər Yamən Musa qızı olmuşdur. Atası isə Bəhrəm ilə kirvə olmuşlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayon Kələk kənd icra nümayəndəliyi tərəfindən verilmiş *54 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, mərhumə Hüseynova (Məsiyeva) Elfurə Bəhrəm qızı *943-cü ilin iyul ayının 0*-də Goranboy rayonun, Kələk kəndində doğulmuş və ölən günədək, yəni 26.07.20*4-cü ilədək Kələk kəndində yaşamışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmi. ******* nömrəli, 27.07.20*4-cü il tarixli “ölüm haqqında tibbi şəhadətnamə”dən görünür ki, X6 26.07.20*4cü il tarixdə “beyin insultu, arterial hipetoniya və şəkərli diabet” səbəbindən ölmüşdür; Maraqlı şəxs tərəfindən verilmiş *2.07.2024-cü il tarixli, 3-*6-5/8-*5-226/2024 nömrəli məktubdan görünür ki, 0*.07.*943-cü il təvəllüdlü Məsiyeva (Hüseynova) Elfurə Bəhrəm qızının doğumu şöbənin arxivində və avtomaşdırılmış qeydiyyat informasiya sistemində aşkar edilməmişdir; Goranboy Rayon Dövlət Arxivi tərəfindən verilmiş *8 dekabr 2023-cü il tarixli arayışdan görünür ki, Hüseynova (Məsiyeva) Elfurə Bəhrəm qızının doğum barədə akt qeydiyyatı aşkar edilməmişdir; Maraqlı şəxs tərəfindən verilmiş AZ-İ seriyalı 97603* nömrəli arayışdan görünür ki, X7 26.07.20*4-cü il tarixdə “şəkərli diabet” səbəbindən ölmüşdür; Maraqlı şəxs tərəfindən verilmiş İİ-ZQ seriyalı 325*09 nömrəli arayışdan görünür ki, X*2 03.09.*985-ci il tarixdə “miokard infarktı” səbəbindən ölmüşdür; Maraqlı şəxs tərəfindən verilmiş AZ seriyalı 667468 nömrəli arayışdan görünür ki, X*4 07.04.20*4-cü il tarixdə “ürək çatmamazlığı” səbəbindən ölmüşdür; Maraqlı şəxs tərəfindən verilmiş 073976 nömrəli arayışdan görünür ki, Ərizəçi xx.xx.*972-ci il tarixdə Goranboy rayonu, Kələk kəndində doğulmuş, atası X*5, anası X4r. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, Ərizəçi anası Məsiyeva (Hüseynova) Elfurə Bəhrəm qızı 27 iyul 20*4-cü il tarixdə vəfat etmiş, Məsiyeva (Hüseynova) Elfurə Bəhrəm qızının 0*.07.*943-cü ildə doğulduğu iddia edilsə də, valideynləri etinasızlıq göstərərək doğumun qeydə alınması üçün aidiyyəti dövlət orqanına müraciət etməmişlər. Hazırda doğum şəhadətnaməsi notariat əməliyyatlarının aparılması üçün lazım olmuş və doğumu dövlət orqanında qeydə alınmadığı üçün həmin faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: *) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Eyni zamanda mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 2*7.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prossesual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göründüyü kimi ərizəçi tərəfindən tələbini təsdiq edən, yəni anası X3 məhz 0*.07.*943-cü ildə Goranboy rayonunun Kələk kəndində doğulmasını, valideynlərinin şəxsiyyəti və milliyəti barədə hər-hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bu isə iddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi hallarının məhkəmə tərəfindən mövcud olmayan kimi rədd edilməsinə əsas verir. MPM-in: 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: *58.*-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır; *59.*-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır; *66.*-ci maddəsinə əsasən doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli Qərarının 4-cü bəndində göstərilir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Beləlikə, məhkəmənin gəldiyi nəticəyə görə Ərizəçi “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilməməlidir. MPM-in: *4.2-ci mаddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir; 77.*-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələblərinin və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir; 2*7.4-cü mаddəsinə əsаsən məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Qeyd olunanlara əsasən, MPM-in 2*6-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-1379/2024
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1379/2024
30.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver