Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1387/2025 09.12.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X7 Samir oğlunun sədrliyi, Səmədzadə Səməd Dilqəm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla Cavabdeh arasında 22 dekabr 1984-cü il tarixdə Qasım İsmayılov rayonunun (indiki Goranboy rayonu) Qeydiyyat şöbəsində bağlanmış 165 №-li nikah qeydinin pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 22 dekabr 1984-cü il tarixdə ailə qurub evlənmişlər. Bu barədə olan nikahları elə həmin tarixdə Qasım İsmayılov rayon (indiki Goranboy rayonu) VVAQ şöbəsində rəsmi qeyd etdirmişlər. Birgə yaşadıqları müddətdə 04 fevral 1986-ci il təvəllüdlü X4 və 14 oktyabr 1987-ci il təvəllüdlü X2 adlı uşaqları olmuşdur. Cavabdehlə elə ilk gündən xasiyyətləri uyğun gəlmiş, bir-birilərini başa düşə bilməmişlər. Bu səbəbdən də ayrılmışlar və 10 ilə yaxındır ki, ayrı yaşayırlar. Nikahları formal olaraq qalır. Hesab edir ki, artıq onların bir ailə kimi birgə yaşamaqları mümükün deyildir. Ona görə də məhkəməyə müraciət edir. Tələbi ondan ibarətdir ki, onlara vaxt verilmədən nikahları pozulsun. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Yekunda iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh X1 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclaslarında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Qasım İsmayılov rayonunun (indiki Goranboy rayonu) Qeydiyyat şöbəsi tərəfindən verilmiş İİİ ЖГ seriyalı 371862 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında nikah 22 dekabr 1984-cü il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 165 nömrə ilə qeyd edilmişdir; “Mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞG/MT032/2025-00334 nömrəli arayışdan görünür ki, “Mediasiya haqqında“ Azərbaycan Respublikasının Qanununun 29.2-ci maddəsinin tələblərinə uyğun olaraq arayış verilmişdir. Goranboy rayon İcra Hakimiyyəti Başçısının Goranboy Şəhər İ.Ə.D Üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci iltarixli 5-45-1/2-7/717/2025 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən ÜNVAN 1 ünvanında yaşayır və üzv olduğu ailə tərkibi aşağıdakı kimidir: Arvadı – Cavabdeh; oğlu – X4; oğlu – X2; AR Ədliyyə Nazirliyi Goranboy Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025 tarixli 3-16-5/8-15-227/2025 nömrəli məktubundan görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 19.2. maddəsinə əsasən ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq İcra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda nikah pozulması məhkəmə qaydasında həyata keçirilir. Odur ki, nikahın pozulması üçün qanunveruciliklə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edilsin. Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin AZE ******** saylı surətindən görünür ki, Cavabdeh xx.xx.1964-cü il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin AZE ******** saylı surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. Qasım İsmayılov rayon ( indiki Goranboy rayonu) VVAQ şöbəsi tərəfindən verilmiş Xİİ-ЖГ seriyalı 436170 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X3 14 oktyabr 1987-ci il tarixində Qasım İsmayılov şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası isə Cavabdehdır; Qasım İsmayılov rayon ( indiki Goranboy rayonu) VVAQ şöbəsi tərəfindən verilmiş Xİ- ЖГ seriyalı 288813 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X4 04 fevral 1986-cı il tarixində Qasım İsmayılov şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası isə Cavabdehdır; "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı hazırkı tələb üzrə 50 manat dövlət rüsumu ödəmişdir; "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli qəbzlərdən görünür ki, İddiaçı mediasiya təşkilatı üçün 60 manat rüsum ödəmişdir; Məhkəmə, proses iştirakçısının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, tərəflər 22 dekabr 1984-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Tərəflərin xeyli vaxtdır ki, faktiki olaraq ailə münasibətləri kəsilmiş, hər biri ayrı-ayrılıqda yaşamaqla, birgə təsərrüfat aparmırlar. Tərəflərin barışması üçün 3 (üç) ay möhlət verilsə də, ailənin bərpası mümkün olmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 19.2-ci maddəsinə əsasən ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir; 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur; 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. İddia tələbinə dair məhkəmə qeyd edir ki, iddiaçı nikahın pozulmasında təkid etdiyindən və cavabdeh nikahın pozulmasına razı olduğundan iddia təmin olunmalı, tərəflər arasında xx.xx.2022-ci il tarixdə bağlanmış və 1433 saylı akt tərtib edilmiş nikah pozulmalıdır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Həmin qərarla müvafiq icra hakimiyyəti orqanına və məhkəmələrə tövsiyə edilmişdir ki, nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilsin. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında Qasım İsmayılov rayonunun (indiki Goranboy rayonu) Qeydiyyat şöbəsində xx.xx.1984-cü il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 165 nömrə ilə qeyd edilmiş nikah pozulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Qasım İsmayılov rayonunun (indiki Goranboy rayonu) Qeydiyyat şöbəsində xx.xx.1984-cü il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 165 nömrə ilə qeyd edilmiş nikah pozulsun. Tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X9
Məhkəmə qərarları › İş №2(045)-1387/2025
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1387/2025
09.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver