Məhkəmə qərarları › İş №2(045)-1389/2024

Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-1389/2024

30.10.2024 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-1389/2024 30.10.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X4, Maraqlı şəxs rəisi X* iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) qarşı “şəxsin xəbərsiz ölmüş elan edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, oğlu X2 yaşayış yeri üzrə beş ildən artıq müddətə görsənmədiyi üçün onun ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi X6 ərizə ilə məhkəməyə müraciət edərək ərizəsinin baxılmamış saxlanılmasını, ərizəni və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs rəisi X3 işə mahiyyəti üzrə baxılmasını tələb etmədi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 259.0.**-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır; 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra əriçəzi ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır; **4.*.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan *8.07.2024-cü il tarixli, *5*2305795 saylı qəbzdən görünür ki, Ərizəçi *00 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə ərizə baxılmamış saxlanılmalı, ərizə və ona əlavə edilmiş sənədlər, ödənilmiş *00 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən, MPM-in 259-260 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) qarşı “şəxsin xəbərsiz ölüm elan edilməsi” tələbi barədə ərizəsi baxılmamış saxlanılsın, ərizə və ona əlavə edilmiş sənədlər, ödənilmiş *00 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra *0 (on) gün müddətində Goranboy Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar