Məhkəmə qərarları › İş №2(045)-1431/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1431/2023

16.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1431/2023 16.08.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 08.07.*96*-ci il təvəllüdlü X2nun 0*.08.2020-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun X2 08.07.*96*-ci il tarixdə Goranboy rayonunun Səfikürd kəndində doğulmuş, 0*.08.2020-ci il tarixdə Donetsk şəhərində vəfat etmişdir. Donetsk Xalq Respublikası Səhiyyə Nazirliyi Respublika X5 0* avqust 2020-ci il tarixli, 227 №-li Ölüm haqqında həkim Şəhadətnaməsini ərizəyə əlavə etmişdir. Atası X* rayonunun, Səfikürd kənd ərazisində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. İndiyə qədər atasına ölüm haqqında şəhadətnamə almamışlar. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində atama dair heç bir ölüm aktı qeyd edilməmişdir. Atası mərhum X6 Goranboy rayonu, Səfikürd kəndində həyətyanı torpaq sahəsi, yaşayış evi və s. miras əmlakı qalmışdır. Atası 0*.08.2020-ci il tarixdə vəfat etmişdir. Hazırda atasına məxsus olan daşınmaz əmlakların vərəsəlik qaydasında əldə edilməsi üçün birinci növbə vərəsələr müvafiq sənədləri notariat orqanına təqdim etməlidir. Atasının ölüm haqqında şəhadətnaməsi olmadığından onlar vərəsəliklə bağlı sənədləşdirmə işlərini həyata keçirə bilmir. Buna görə də məhkəmə qaydasında atasının ölüm faktının müəyyən edilməsi zəruridir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid X3 ifadəsində göstərdi ki, o, Goranboy rayonunun Səfikürd kəndinə yaşayır. X*2 onun qardaşıdır. X*2 08.07.*96*-ci il tarixdə anadan olmuş və 0*.08.2020-ci il tarixdə Donetsk şəhərində vəfat etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X8 ifadəsində göstərdi ki, o, Goranboy rayonunun Səfikürd kəndinə yaşayır. X*2 onun qonşusu olmuşdur. X*2 08.07.*96*-ci il tarixdə anadan olmuş və 0*.08.2020-ci il tarixdə Donetsk şəhərində vəfat etmişdir. O, X6 yas mərasimində iştirak etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. xx.xx.2023-cü il tarixdə Maraqlı şəxs məhkəməyə məktub ünvanlayaraq Ərizəçi ərizəsinə şöbənin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiklərini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) *85-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Aze seriyalı, 09860*49 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X*2 08.07.*96*-ci il tarixdə Goranboy rayonunun Safıkürd kəndində anadan olmuşdur; Goranboy RİHB-nin Səfikürd kənd İƏD üzrə nümayəndəsi X4 və Səfikürd kənd bələdiyyəsinin sədri X9 tərəfindən tərtib edilmiş və imzalanmış xx.xx.2023-cü il tarixli aktdan görünür ki, mərhum X*2 vəfat edən günə kimi Goranboy rayonunun Səfikürd kəndində qeydiyyatda olmuşdur. X*2 0* avqust 2020-ci il tarixdə vəfat etmiş, 02 avqust 2020-ci il tarixdə Səfikürd kənd qəbiristanlığında dəfn edilmişdir; Qasım İsmayılov rayonu Safıkürd kənd soveti tərəfindən verilmiş Xİİ-ЖГ seriyalı, 436478 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.*987-ci ildə Qasım İsmayılov rayonunun Safıkürd kəndində doğulmuşdur, atası Ərizəçidur; Maraqlı şəxs 3*.05.2023-cü il tarixli, 3-*6-5/8-*5-386-2023 nömrəli məktubu ilə Ərizəçi atasının ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, ərizəçinin atası - 08.07.*96*-ci il tarixdə Goranboy rayonunun Safıkürd kəndində anadan olmuş X*2 0* avqust 2020-ci il tarixdə vəfat etmişdir. Ərizəçi atasının ölümünü başqa yolla qeydə ala bilmir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 3 nömrəli Qərarının: 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biribirindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur; 9-cu bəndinə əsasən MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir; 9.4-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. MPM-in: *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, 08.07.*96*-ci il tarixdə Goranboy rayonunun Safıkürd kəndində anadan olmuş X6 0* avqust 2020-ci il tarixdə Donetsk şəhərində ölməsi faktının müəyyən edilməsi üçün yoxlanılmış sübutlar vardır və həmin faktın başqa yolla müəyyən edilməsi mümkün olmadığından bu, məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 2*6-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 08.07.*96*-ci il tarixdə Goranboy rayonunun Safıkürd kəndində anadan olmuş X6 0* avqust 2020-ci il tarixdə Donetsk şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar