Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1434/2023 20.07.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X20 Məhəmməd oğlunun sədrliyi X2* qızının katibliyi Ərizəçi, onun nümayəndəsi və vəkili X2, üçüncü şəxslər X*0, X3, X7 iştirakları ilə, Ərizəçi maraqlı şəxs – Maraqlı şəxs olmaqla “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi maraqlı şəxs – Maraqlı şəxs olmaqla “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək mərhum əri X** qalmış miras əmlakın- Goranboy rayonunun, Nərimanlı kəndində yerləşən 0.03 ha həyətyanı torpaq sahəsinin, ümumi sahəsi *39.90 kv. metr olan fərdi yaşayış evinin miras kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, o xx xxxxxxxx *950-ci ildə Goranboy rayonunun Zeynallı kəndində anadan olmuşdur. Ailə qurduqdan sonra qeyd etdiyi ünvanda mərhum əri X*9 ilə birlikdə yaşamışdır. Bu barədə olan 26 aprel *973-cü il tarixli AZ № 2574*3 saylı evlənmək haqqında şəhadətnamənin təsdiqlənmiş surətini məhkəməyə təqdim etmişdir. Mərhum əri X*9 09 oktyabr 20*2-ci il tarixdə xərçəng xəstəliyi nəticəsində Goranboy rayonunun Nərimanlı kəndində vəfat etmişdir. Bu barədə olan AZ-İ №580264 saylı ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətini məhkəməyə təqdim etmişdir. Birgə yaşadığ müddətdə üç övladı olmuşdur. X*6, X*4 və X8. Məhkəməyə təqdim etdiyi Goranboy rayon İHB-nın Nərimanlı kənd İƏDÜ nümayəndəliyinin 0* may 2023-cü il tarixli *09 saylı arayışından görünür ki, hazırda miras qoyanın onunla birlikdə dörd sağ olan vərəsəsi var. Məhkəməyə təqdim etdiyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 7 saylı Bərdə Ərazi idarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın və texniki pasportun təsdiqləniş surətindən görünür ki, mərhum ərindən Goranboy rayonunun Nərimanlı kəndi ərazisində ümumi sahəsi *39.90 kv.metr olan fərdi yaşayış evi və ümumi birgə mülkiyyətdə olan 0.*5 ha həyətyanı torpaq sahəsindən ona düşən 0.03 ha hyətyanı torpaq sahəsi miras qalmışdır. Ərinin ölümündən sonra miras əmlak onun sahibliyinə keçmiş və bu gün də əmlakı faktiki olaraq o idarə edir. Lakin, qanunla müəyyən edilmiş müddətdə notariat orqanına müraciət etməmişdir. Bu günlərdə Maraqlı şəxsnə ərizə ilə müraciət etdikdə mülki qanunvericilikdə göstərilən müddətlər buraxıldığına görə notarius vərəsəlik şəhadətnaməsi verilməsindən imtina etmiş, mirasın qəbul edilinəsi faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir. Övladlarından da heç biri mirasa sahilik etməmiş, faktiki mirası qəbul etməmişdir. Buna görə də mərhum əri X** qalmış miras əmlakın-Goranboy rayonunun, Nərimanlı kəndində yerləşən 0.03 ha həyətyanı torpaq sahəsinin, ümumi sahəsi *39.90 kv.metr olan fərdi yaşayış evinin miras kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında üçüncü şəxs X*6 izahatında bildirdi ki, mərhum X6ndan qalmış miras əmlak Goranboy rayonunun, Nərimanlı kəndində yerləşən 0.03 ha həyətyanı torpaq sahəsinin, ümumi sahəsi *39.90 kv. metr olan fərdi yaşayış evində atasının ölümündən sonra anası yaşamış, orada faktiki sahiblik etmişdir. Övladlardan heç biri orada yaşayıb, əmlaka faktiki sahiblik etməmişdir. Məhkəmə iclasında üçüncü şəxs X8 izahatında bildirdi ki, mərhum X6ndan qalmış miras əmlak Goranboy rayonunun, Nərimanlı kəndində yerləşən 0.03 ha həyətyanı torpaq sahəsinin, ümumi sahəsi *39.90 kv. metr olan fərdi yaşayış evində atasının ölümündən sonra anası yaşamış, orada faktiki sahiblik etmişdir. Övladlardan heç biri orada yaşayıb, əmlaka faktiki sahiblik etməmişdir. Məhkəmə iclasında üçüncü şəxs X*4 izahatında bildirdi ki, Goranboy rayonunun, Nərimanlı kəndində yerləşən 0.03 ha həyətyanı torpaq sahəsinin, ümumi sahəsi *39.90 metr olan fərdi yaşayış evində atasının ölümündən sonra anası yaşamış, orada faktiki sahiblik etmişdir. Övladlardan heç biri orada yaşamamışdır. O Rusiya Federasiyasında yaşamışdır. İş materiallarında olan məhkəmə baxışında elan edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 7 saylı Bərdə Ərazi idarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən *7.04.2023-cü il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Goranboy rayonunun Nərimanlı kəndi ərazisində 0.*5 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi X*2, Ərizəçi, X*0, X3, X9 ümumi birgə mülkiyyətindədir. İş materiallarında olan məhkəmə baxışında elan edilmiş ölüm haqqında AZ-İ 580264 saylı şəhadətnamənin surətindən görünür ki, X*9 09.*0.20*2-ci ildə ölmüşdür. İş materiallarında olan məhkəmə baxışında elan edilmiş AZ № 2574*3 saylı evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X27 oölu ilə Ərizəçi arasında nikah 26 aprel *973-cü il tarixdə *0 nömrəli akt qeydi ilə qeydə alınmışdır. İş materiallarında olan məhkəmə baxışında elan edilmiş 33779* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X*6 30 iyul *973-cü ildə doğulmuşdur. X6, anası Ərizəçidır. İş materiallarında olan məhkəmə baxışında elan edilmiş 4*7279 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 29 may *979-cu ildə doğulmuşdur. X6, anası Ərizəçidır. İş materiallarında olan məhkəmə baxışında elan edilmiş Goranboy qeydiyyat şöbəsinin 2*.02.2023-cü il tarixli çıxarışından görünür ki, X*4 *3 avqust *975-ci ildə doğulmuşdur. X6, anası Ərizəçidır. İş materiallarında olan məhkəmə baxışında elan edilmiş Goranboy rayonu Nərimanlı kənd İƏD üzrə nümayəndəliyinin 0*.05.2023-cü il tarixli *09 saylı arayışından görünür ki, X*9 09 oktyabr 20*2-ci ildə vəfat etmişdir. Ölümündən sonra aşağıdakı vərəsələri qalmışdır: həyat yoldaşı -Ərizəçi, oğlu - X*6, qızı - X8, oğlu - X*4. İş materiallarında olan məhkəmə baxışında elan edilmiş Goranboy rayonu Nərimanlı kənd İƏD üzrə nümayəndəliyinin *5.05.2023-cü il tarixli, *24 saylı arayışından görünür ki, Ərizəçi Goranboy rayonu Nərimanlı kəndində əri X** miras qalmış evdə yaşayır. X5 uzun müddət Rusiya Federasiyasında yaşamış, 22 oktyabr 202*-ci il tarixdən həmin evdə anası Ərizəçi ilə birgə qeydiyyatsız yaşayır. İş materiallarında olan məhkəmə baxışında elan edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, ərizəçi *00 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə ərizəçini və üçncü şəxsləri dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, miras qoyan X*9 09.*0.20*2-ci ildə ölmüşdür. X*9 öldükdən sonra onun vərəsələri - arvadı Ərizəçi, övladları - X*6, X8, X*4 olmuşdur. Miras əmlak olan Goranboy rayonunun Nərimanlı kəndi ərazisində 0.*5 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evində miras qoyanın arvadı, Ərizəçi yaşamış, oraya sahiblik etmişdir. Digər vərəsələr X*6, X8 həmin evdə yaşamamış, miras əmlakı qəbul etməmiş, bunu izahatlarında təsdiq etmişlər. Digər vərəsə olan X* rayonu Nərimanlı kənd İƏD üzrə nümayəndəliyinin *5.05.2023-cü il tarixli, *24 saylı arayışından da göründüyü kimi, Rusiya Federasiyasında yaşamış, miras əmlaka sahiblik etməmiş, yalnız miras qoyan öldükdən təxminən 9 il müddət keçdikdən sonra 22 oktyabr 202*-ci il tarixdən orada yaşamağa başlamış, miras əmlakı faktiki qəbul etməmişdir. İşin göstərilən halları ərizəçinin izahatı, bunu tamamlayan üçüncü şəxslərin izahatları və iş materiallarında olan digər sübutlarla tam təsdiq olunur. Göründüyü kimi, miras əmlak olan Goranboy rayonunun Nərimanlı kəndi ərazisində 0.*5 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin miras qoyanın ölümündən sonra miras qoyanın yalnız arvadı Ərizəçi tərəfindən fakitiki qəbul edilməsi işin mübahisəsiz halıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin **59.*-ci və **59.*.*-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin *243.*-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin *255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Göründüyü kimi, ərizəçinin əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlaması və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi işin mübahisəsiz halı olduğundan, miras ərizəçi tərəfindən qəbul edilmiş sayılır Azərbaycan Respublikasının MPM-nin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 2*7.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 2*8.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan faktların, o cümlədən mirasın qəbul edilməsi faktının, habelə, şəxsin sənəddə göstərilən adı, soyadı, atasının adı, onun pasportdakı adı, soyadı, atasının adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə belə hesab edir ki, iş üzrə miras əmlak olan Goranboy rayonunun Nərimanlı kəndi ərazisində 0.*5 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin miras qoyanın ölümündən sonra miras qoyanın yalnız arvadı Ərizəçi tərəfindən fakitiki qəbul edilməsi üzrə mübahisə olmadığından və qeyd edilən fakt işin mübahisəsiz halı olduğundan, Goranboy rayonunun Nərimanlı kəndi ərazisində 0.*5 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evində miras qoyan X*2 payı üzrə arvadı Ərizəçi tərəfindən mirasın qəbul edilməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 2*6-220, 307-3** və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Goranboy rayonunun Nərimanlı kəndi ərazisində 0.*5 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evində miras qoyan X*2 payı üzrə arvadı Ərizəçi tərəfindən mirasın qəbul edilməsi faktı müəyyən edilsin. Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №2(045)-1434/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1434/2023
20.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver