Məhkəmə qərarları › İş №2(045)-1475/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1475/2025

05.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1475/2025 05.11.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X30 Samir oğlunun sədrliyi, Səmədzadə Səməd Dilqəm oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X4nun 20 iyun *967-ci ildə Ermənistan Respublikasının Masis rayonunda doğum faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X*4 onun atası, X*0 isə anasıdır. Ərizəçi X4 03 yanvar 20*2-ci il tarixdə Goranboy rayonunun Qaradağlı kəndində miokardin infarktı keçirərək vəfat etmişdir. Atasının sağlığında doğum haqqında şəhadətnaməsi olmuşdur. Bu əsasda ona şəxsiyyət vəsiqəsi və digər sənədlər verilmişdir. Lakin məlum hadisələrdən sonra köçüb gələrkən atası doğum haqqında şəhadətnaməsin itirmişdir. Sağlığında atası heç buna əhəmiyyətdə verməmişdir. İndi atasının ölümündən sonra istəyir ki,özünə xaricə getmək üçün pasport alsın. Lakin, atasının doğum haqqında şəhadətnaməsi olmadığı üçün ona pasport verməkdən imtina olunub. Çünki, onun doğum şəhadətnaməsində ata qrafasına nədənsə atasının milliyəti göstərilməmişdir. Yaranmış zərurətlə əlaqədar Maraqlı şəxsnə müraciət etmişdir. Qeydiyyat Şöbəsindən isə ona məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdu. Məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxslər Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) *85-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.*995-ci il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X*5 3*.0*.*993-cü il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X*6 06.02.*998-ci il tarixdə anadan olmuşdur Goranboy RİHB-nın Qaradağlı İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş *0 aprel 2025-ci il tarixli, *37 saylı arayışdan görünür ki, 0*.07.*967-ci il təvəllüdlü X*2 həqiqətən Goranboy rayonunun, Qaradağlı kəndində qeydiyyatdadır və yaşayır. Goranboy RİHB-nın Qaradağlı İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş *0 aprel 2025-ci il tarixli, *38 saylı arayışdan görünür ki, 0*.07.*967-ci il təvəllüdlü X6 həyat yoldaşı mərhum X*4 03.0*.20*2-ci il tarixində vəfat etmiş və Qaradağlı kənd qəbiristanlığında dəfn olunmuşdur. XVİİİ-ЖГ №468302 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx *995-ci il tarixdə Abşeron rayonunun, Xırdalan şəhərində anadan olmuşdur. X4, anası isə X7r. XXİ-ЖГ №324*98 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X*6 06 fevral *998-ci il tarixdə Abşeron rayonunun Xırdalan şəhərində anadan olmuşdur. X4, anası isə X7r. AZ-İ №65844* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X*7 06 iyun 2005-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. X4, anası isə X7r. İV-ЖГ №260094 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, 20 iyun *967-ci ildə doğulmuş X*4 ilə X9 *9 noyabr *99*-ci il tarixdə 4*2 saylı akt qeyd ilə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Nağıyev, arvada Nağıyeva soyadı verilmişdir. Goranboy RİHB-nın Qaradağlı İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 06 yanvar 20*2-ci il tarixli, AZ-İ № 5*907* saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X*4 03 yanvar 20*2-ci il tarixdə Goranboy rayonu, Qaradağlı kəndində ölmüşdür. Ölüm haqqında “06” yanvar 20*2-ci ildə 0* №-li akt qeydi tərtib olunmuşdur. Ölümün səbəbi: miokardin infarktı. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-*6-5/8-*5-*34/2025 nömrəli məktubdan görünür ki, 20.06.*967-ci il təvəllüdlü X8 doğumu Ermənistanın Zəngibasar rayonunda qeydə alındığına görə Goranboy rayon qeydiyyat şöbənin arxivində və Ədliyyə Nazirliyinin "Vətəndaşlıq vəziyyəti aktlarının X3” aşkar edilməmişdir; Kapital Bank tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, *842603596 nömrəli qəbzdən görünür ki, ərizəçi *00 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə ərizəçinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti Başçısının Qaradağlı Kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin 05.**.2025-ci il tarixli Goranboy Rayon Məhkəməsininin sorğusuna cavab məktubundan görünür ki, mərhum X*4 ölən günədək Goranboy rayonunun Qaradağlı kəndində yaşayıb və 03.0*.20*2-ci il tarixində vəfat etmişdir. X* atası mərhum X5, anası isə mərhum X**r; Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, Ərizəçi mərhum X4 20 iyun *967-ci ildə Ermənistan Respublikasının Masis rayonunda doğulmuşdur. Ərizəçinin atası vəfat etməmişdən qabaq doğum haqqında şəhadətnaməsini itirmişdir. Bu səbəbdən doğumun qeydə alınması üçün aidiyyəti dövlət orqanına müraciət etmişdir. X2 doğumu Ermənistanın Zəngibasar rayonunda qeydə alındığı üçün həmin faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. MPM-nin: 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: *58.*-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır; *59.*-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır; *66.*-ci maddəsinə əsasən doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. *66.2-*-ci maddəsinə əsasən doğum faktının müəyyən edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli Qərarının 4-cü bəndində göstərilir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. İşin hallarından göründüyü kimi, Ərizəçi mərhum X4 20 iyun *967-ci ildə Ermənistan Respublikasının Masis rayonunda doğulmuş və bu fakt Ermənistan Respublikasının Masis rayonunda qeydə alınmışdır. Məlum hadisələrlə bağlı köçkün düşərkən sənədlərini itirmiş, atasının doğum haqqında şəhadətnaməsi olmadığı üçün ərizəçiyə xaricə getmək üçün pasport verməkdən imtina olunub. Çünki, onun doğum şəhadətnaməsində ata qrafasına nədənsə atasının milliyəti göstərilməmişdir. Odur ki, Ərizəçi mərhum X4 20 iyun *967-ci ildə Ermənistan Respublikasının Masis rayonunda doğulması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyi üçün bu fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Ona görə də, ərizəçinin tələbi təmin edilməlidir. MPM-n/in: *4.2-ci mаddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir; 77.*-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələblərinin və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir; 2*7.4-cü mаddəsinə əsаsən məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, 20 iyun *967-ci ildə anadan olmuş X8 Ermənistan Respublikasının Masis rayonunda doğulması faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən, MPM-nin 2*6-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X8 20.06.*967-ci il tarixdə Ermənistan Respublikasının Masis rayonunda doğulması faktı müəyyən edilsin. 20.06.*967-ci il tarixdə Ermənistan Respublikasının Masis rayonunda mərhum X*4 “Doğum haqqında şəhadətnamə” sində adı, soyadı, və ata adı X*4, ata qrafasında “X5”, milliyyəti “azərbaycanlı”, ana qrafasında “X*8”; X8 doğulması barədə doğum aktı qeydi kitablarında müvafiq qeydiyyatlar aparılsın. Doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəs ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X3*

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar