Məhkəmə qərarları › İş №2(045)-1480/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1480/2023

23.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1480/2023 23.08.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 0*.07.*937-ci il təvəllüdlü X2 30.05.20*8-ci ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun anası X6 0*.07.*937-ci ildə anadan olmuş, 30.05.20*8-ci ildə isə vəfat etmişdir. Anası Goranboy rayon Xəsədərli kəndi ərazisində yerləşən kənd qəbiristanlığında dəfn edilmişdir. Həmin tarixdən anasının ölümünə dair şəhadətnamə almamışlar. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 3-*6-5/8-*5- 354/2023 nömrəli məktubunda qeyd edilir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılıb və anası X2 ölüm akt qeydi aşkar edilməyib. Goranboy Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilən arayışda qeyd edilir ki, anası X2 ölümündən 5 il keçdiyi və xəstəxana ölüm səbəbini bilmədiyinə görə diaqnoz qoya bilmir və bunun nəticəsində ölüm haqqında tibbi şəhadətnamə (Forma - *06) yazıla bilmir. Hazırda mərhum anasından qalmış miras əmlakın qəbul edilməsi və vərəsəlik şəhadətnaməsinin alınması üçün tərəflərindən anasının ölüm haqqında şəhadətnaməsinin notariusa təqdim edilməsi zərurəti ortaya çıxmışdır. Belə olan halda anasının ölüm faktının müəyyən edilməsi yalnız məhkəmə qaydasında həyata keçirilə bilər. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid X4 ifadəsində göstərdi ki, o, Goranboy rayonunun Xasadarlı kəndində yaşayır. Ərizəçi onun qonçusudur. Həmçinin, X6 onun qonşusu olmuşdur. X6 30.05.20*8-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X*0 ifadəsində göstərdi ki, X6 onun anasının xalası qızıdır. X6 30.05.20*8-ci il tarixdə vəfat etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. xx.xx.2023-cü il tarixdə Maraqlı şəxs məhkəməyə məktub ünvanlayaraq Ərizəçi ərizəsinə şöbənin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiklərini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) *85-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZE seriyalı, *38**625 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 0*.07.*937-ci il tarixdə Xaçmaz rayonunda anadan olmuşdur; Goranboy RİHB-nin Səmədabad kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 57 nömrəli arayışdan görünür ki, Ərizəçi anası X6 30.05.20*8-ci il tarixdə vəfat etmişdir; Qasım İsmayılov rayonu Əzizbəyov kənd soveti tərəfindən verilmiş XH-ЖГ seriyalı, 3998*8 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.*97*-ci ildə Qasım İsmayılov rayonunun Xəsədərli kəndində doğulmuşdur, anası X3r; Goranboy RMX PHŞ tərəfindən verilmiş arayışdan görünür ki, Goranboy rayon Xasədərli kənd sakini 0*.07.*937-ci il təvəllüdlü X5 30.05.20*8-ci il tarixdə vəfat etmişdir. Bu tarixdən mərhumənin qohumları X* ölümü barədə Goranboy Rayon Mərkəzi Xəstəxanasına müraciət etməmişlər. Mərhumənin oğlu Ərizəçi *6.06.2023-cü il tarixdə Goranboy Rayon Mərkəzi Xəstəxanasına müraciət edərək anasının ölüm kağızının yazılmasını tələb etmişdir. X* ölümündən 5 il keçdiyi üçün xəstəxana ölüm səbəbini bilmədiyinə görə diaqnoz qoya bilmir və bunun nəticəsində ölüm haqqında tibbi şəhadətnamə (Forma -*06) yazıla bilmir; Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 3-*6-5/8-*5-354-2023 nömrəli məktubu ilə Ərizəçi atasının ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, ərizəçinin anası - 0*.07.*937-ci il tarixdə Xaçmaz rayonunda anadan olmuş X6 30 may 20*8-ci il tarixdə vəfat etmişdir. Ərizəçi atasının ölümünü başqa yolla qeydə ala bilmir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 3 nömrəli Qərarının: 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biribirindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur; 9-cu bəndinə əsasən MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir; 9.4-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. MPM-in: *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, 0*.07.*937-ci il tarixdə Xaçmaz rayonunda anadan olmuş X2 30 may 20*8-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi üçün yoxlanılmış sübutlar vardır və həmin faktın başqa yolla müəyyən edilməsi mümkün olmadığından bu, məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 2*6-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 0*.07.*937-ci il tarixdə Xaçmaz rayonunda anadan olmuş X2 30 may 20*8-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar