Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-1482/2025 07.11.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X1 Samir oğlunun sədrliyi ilə, İddiaçı Əsəd oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ümumilikdə mülkiyyətlərində olan torpaq sahəsində paylarının müəyyən olunması (ayrılıqda) torpaq paylarının bölünməsi (yerlərinin müəyyən edilməsi)” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Əsəd oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Goranboy rayonu, Balakürd kəndində yerləşən ümumi birgə mülkiyyətlərində olan 0.25 ha torpaq sahəsinə paylarının müəyyən olunmaqla (ayrılmaqla) hər birinin aralarında bərabər şəkildə bölünməsi (yerlərinin müəyyən edilməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Əsəd oğlu ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərlə barışdıqlarını, buna görə də iddia ərizəsinin baxılmamış saxlanmasını və sənədlərinin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır; 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra iddiaçı ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzdən görünür ki, iddiaçı 60 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və MPM-nin 259, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Əsəd oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ümumilikdə mülkiyyətlərində olan torpaq sahəsində paylarının müəyyən olunması (ayrılıqda) torpaq paylarının bölünməsi (yerlərinin müəyyən edilməsi)”tələbinə dair iddia ərizəsinə dair müki iş baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, ödənilmiş 60 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Hafiz Əliyev
Məhkəmə qərarları › İş №2(045)-1482/2025
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-1482/2025
07.11.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver