Məhkəmə qərarları › İş №2(045)-1498/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1498/2025

03.02.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1498/2025 03.02.2026 GORANBOY RAYON MƏHKƏMƏSİ Hаkiм Əliyev Hafiz Samir oğlunun sədrliyi, Səmədzadə Səməd Dilqəm oğlunun katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçınun Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Goranboy rayonu 58-ci kvartalda yerləşən onun xüsusi mülkiyyətində olan 0.015 ha torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt olunmuş hissəsindən çıxarılması və həmin topaq sahəsinin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, məhkəməyə təqdim etdiyi 24 iyul 2012-ci il tarixli, Serya MA N0399776 saylı Azərbaycan Respublikası Əmlak X2 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrinin 7 saylı Bərdə Ərazi idarəsi tərəfinden verilmiş çıxarışdan görünür ki, Goranboy şəhəri, 58-ci kvartalda yerləşən 0.015 ha torpaq sahəsi sahibkarlıq məqsədi ilə ona satılmışdır və onun xüsusi mülkiyyətindədir. Məhkəməyə təqdim etdiyi torpaq sahəsinin plan və ölçüsünə dair sənəddə onun mülkiyyətində olan torpaq sahəsinin döngə noqtələri, koordinatları və döngə nöqtələri arasındakı məsafələr dəqiq göstərilmişdir. Məhkməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli 7 sayl Bərdə Ərazi İdarəsinin mütəxəssiləri tərəfindən tərtib olunmuş Akt-dan görünür ki, mülkiyyətində olan 0.015 ha torpaq sahəsi sənəd əsasında GPS aləti vasitəsi ilə ölçülərək ona tanıdılmışdır. Cavabdehi o əvvəllər tanımamışdır. Bu günlərdə mülkiyyətində olan torpaq sahəsinin döngə nöqtələri, koordinatları 7 saylı Bərdə Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən ona tanıtdırılanda bilmişdir ki, cavabdeh onun mülkiyyətində olan torpaq sahəsində obyekt tikmişdir. Ona görə də o cavabdehlə görüşüb onun mülkiyyətində olan torpaq sahəsindən çıxmasını xahiş etmişdir. Lakin, cavabdeh ona bu torpaq sahəsi ona məxsus olduğunu və onu heç kəs ordan çıxara bilməyəcəyini bildirmişdir. İndi istəyir ki, mülkiyətində olan 0.015 ha torpaq sahəsinin zəbt olunmuş hissəsindən cavabdeh çıxarılsın, həmin torpaq sahəsi onun özünə qaytarılsın. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, onun istifadəsində olan torpaq sahəsi kənd bələdiyyəsi tərəfindən ona satılmış və hazırda onun qanuni istifadəsindədir, o, heç kimin torpağını zəbt etməmişdir. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saymışdır. Öncəki məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin, bildirdi ki, cavabdeh tərəfindən onun xüsusi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi uzun müddətdir istifadəsindədir və sonuncu ona aid olan torpaq sahəsindən çıxmaq istəmir. Ümumiyyətlə, həmin ərazidə yerləşən torpaq sahələrinin koordinatlarında anlaşılmazlıqlar vardır və ekspertiza mərkəzi tərəfindən verilmiş rəylə razı deyildir. DƏDRX -nin 7 saylı Bərdə Ərazi İdarəsi X4 nümayəndəsi X1 Cavabdeh 12-ci kvartalda yerləşən 0.015 ha torpaq sahəsindən qanuni şəkildə istifadə edir və ona məxsusdur. İddiaçının iddia etdiyi torpaq sahəsi 12-ci kvartalda deyil 58-ci kvartalda yerləşən 0.015 ha torpaq sahəsidir. Həmin sənədləri iddiaçı hansı yolla əldə etdiyi məlum olmadığını, heç bir əsası olmayan sənədlər olduğunu ifadə etmişdir; İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: xx.xx.2012-ci il tarixli 017335 nömrəli Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı Xidmətinin Bərdə Ərazi İdarəsi Torpaq sahəsinin planı və ölçüsü rəqəmli kadastr xəritəsindən çıxarışından görünür ki, Goranboy şəhəri, 58-ci kvartal, **********04 reyestr nömrəli torpaq sahəsinin sahibi İddiaçıdır; Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA ******* nömrəli, **********04 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il tarixli çıxarışdan görünür ki, Goranboy şəhəri, 58-ci kvartalda yerləşən 0.015 ha sahibkarlıq və digər təyinatlı torpaq sahəsi İddiaçı (tam) xüsusi mülkiyyətinə verilmişdir; Məhkəmə Ekspertizası Mərkəzinin 11 dekabr 2025-ci il tarixli, 3-21-3-46/2-6480/2025 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, TEKUİS məlumat bazasında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı Xidmətinin xx.xx.2012-ci il qeyydiyyat tarixi, ********** qeydiyyat nömrəli, **********04 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa” əsasən İddiaçı xüsusi mülkiyyətinə verilmiş Goranboy şəhəri, 58-ci kvartalda yerləşən 0.015 ha torpaq sahəsi cavabdeh tərəfindən zəbt olunmamışdır. Cavabdeh hal-hazırda xx.xx.2025-ci il tarixi ********** qeydiyyat nömrəli, **********90-06301 reyestr nömrəli çıxarışla mülkiyyətinə verilmiş torpaq sahəsindən istifadə edir. Aparılmış tədqiqatın dəyəri 95 (doxsan beş) manat təşkil edir; "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzlərdən görünür ki, İddiaçı 95 manat ekspertiza xərci ödəmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli qəbzlərdən görünür ki, İddiaçı hazırki tələb üzrə 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları və iddia tələbinin dəlillərini digər yanaşı sübutlarla yoxlayaraq, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddiа təmin еdilməməlidir. Məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, Goranboy şəhəri, 58-ci kvartalda yerləşən 0.015 ha sahibkarlıq və digər təyinatlı torpaq sahəsi İddiaçı (tam) xüsusi mülkiyyətinə verilmişdir. İddiaçı Cavabdeh ona məxsus torpaq sahəsindən istifadə etdiyini iddia etsədə, məlum olmuşdur ki, cavabdeh hal-hazırda xx.xx.2025-ci il tarixi ********** qeydiyyat nömrəli, **********90-06301 reyestr nömrəli çıxarışla mülkiyyətinə verilmiş torpaq sahəsindən istifadə edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Belə ki, Аzərbаycаn Rеspublikаsı Torpaq Məcəlləsinin 84-cü mаddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 146.1 və 146.2-ci maddələrinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir; 152.1, 152.2, 152.3 və 152.4-cü maddələrinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Məhkəmə tədqiq еdilmiş sübutlаrа əsаslаnаrаq və qаnunvеriciliyin yuхаrıdа göstərilən nоrmаlаrını rəhbər tutаrаq iddiа tələbi üzrə bеlə nəticəyə gəlir ki, iddiaçı Cavabdeh mülkiyyətində olan, Goranboy şəhərində yerləşən torpaq sahəsi ilə İddiaçı mülkiyyətində olan, 58-ci kvartalda yerləşən 0.015 ha torpaq sahəsinin koordinatları üst üstə düşmür. Sözügedən məsələ Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4 7 saylı Bərdə Ərazi İdarəsinin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 dekabr 2025-ci il tarixli, 3-21-3-46/2-6480/2025 nömrəli rəyləri ilə də təsdiq olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 14.2-ci mаddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir; 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələblərinin və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir; 217.4-cü mаddəsinə əsаsən məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır; 107-ci mаddəsinə əsаsən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 115-ci mаddəsinə əsаsən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin qaytarılması” tələbinə dair iddiası rədd edilməlidir. İddia tələbi təmin edilmədiyindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlilidir. rə əsasən MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin qaytarılması” tələbinə dair iddia tələbi rədd edilsin. Ödənilmiş 100 (yüz) manat miqdarında dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar