Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-1506/2025 30.07.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Goranboy Rayon Məhkəməsinin hakimi X1, İddiaçı cavabdehlər “DƏDKR” PHŞ və Cavabdeh2 Şəhər Salma və Tikinti Şöbəsi və Dəliməmmədli şəhər inzibati ərzi üzrə nümayəndəliyinə qarşı “dövlət mülkiyyətində olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması” barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 15 sot torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması və qərarın icrası üçün Əmlak Məsələləri Dövlət Xidmətinə müvafiq tapşırıq verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının 1.3-cü bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. İş materiallarından göründüyü kimi iddiaçı ailəsi ilə birlikdə 75 ildən artıqdır ki,dövlət mülkiyyətində olan Dəliməmmədli şəhəri Azərbaycan küçəsi ev 2 ünvanında yerləşən 15 sot torpaq sahəsinə faktiki sahiblik edirlər və həmin sahənin rəsmi qaydada mülkiyyətlərinə verilməsini istəyir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 153cü maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Beləliklə, şərh olunanlara və yuxarıda göstərilən qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməli, ərizəyə əlavə olunmuş bütün sənədlər iddiaçıya rəsmi qaydada verilməli və iddiaçıya inzibati məhkəmə icraatı qaydasında müvafiq İnzibati Məhkəmədə iddia qaldırmaq hüququ izah edilməlidir. Qeyd olunanlara və MPM-in 153, 263-264, 267-268-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddianın yolverilməzliyinə görə İddiaçı cavabdehlər “DƏDKR” PHŞ və Cavabdeh2 Şəhər Salma və Tikinti Şöbəsi və Dəliməmmədli şəhər inzibati ərzi üzrə nümayəndəliyinə qarşı “dövlət mülkiyyətində olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması” iddia ərizəsi icraata qəbul edilməkdən imtina edilsin və ərizəyə əlavə olunmuş bütün sənədlər iddiaçıya qaytarılsın. İddiaçı inzibati məhkəmə icraatı qaydasında müvafiq İnzibati Məhkəmədə iddia qaldırmaq hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. X3
Məhkəmə qərarları › İş №2(045)-1506/2025
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-1506/2025
30.07.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver