Məhkəmə qərarları › İş №2(045)-151/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-151/2024

18.01.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-151/2024 18.01.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X2 Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zeynalzadə Aysel İlham qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair mülki işə Goranboy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 Təhsil İdarəsi Goranboy-Naftalan Rayonları üzrə Təhsil Sektoru Goranboy rayon Şıxlar kənd ibtidai məktəbinin 36 nömrəli xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi və onun işə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmədə iddia tələbini müdafiə edərək göstərdi ki, İddiaçı 01 noyabr 1988-ci ildə Goranboy rayon Şıxlar kənd orta məktəbində ibtidai sinif müəlliməsi təyin olunmuşdur. Həmin vaxtdan 04 sentyabr 2023-cü il tarixədək fəaliyyətini davam etdirmişdir. O fəaliyyət göstərdiyi dövrdə bir dəfə də olsun intizam tənbehi almamışdır. Son dövrlərdə olan təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması üçün keçirilən sertifikatlaşdırmada birinci mərhələdə iştirak etmiş, cüzi sayda keçid balı çatmadığı üçün birinci keçirilən sertifikasiyadan keçməmişdir. İddiaçı iş yeri saxlanılmaqla növbəti il yəni 2023-cü ildə o yenidən sertifikasiya imtahanına buraxılmışdır. Lakin səhhətində çətinlik yarandığından o sertifikasiya imtahanında bu dəfə iştirak edə bilməmişdir. Bunu onun təqdim etdiyi arayış təsdiq edir. Lakin buna baxmayaraq X1 Təhsil İdarəsi Goranboy-Naftalan Rayonları üzrə Təhsil Sektoru Goranboy rayon Şıxlar kənd ibtidai məktəbinin 36 nömrəli xx.xx.2023-cü il tarixli əmrinə əsasən İddiaçı əmək müqaviləsi ləğv edilmişdir. Buna görə də X1 Təhsil İdarəsi Goranboy- Naftalan Rayonları üzrə Təhsil Sektoru Goranboy rayon Şıxlar kənd ibtidai məktəbinin 36 nömrəli xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi və İddiaçı işə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, həmçinin iddiaya dair öz etiraz və mülahizələrini məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş X1 Təhsil İdarəsi Goranboy-Naftalan Rayonları üzrə Təhsil Sektoru Goranboy rayon Şıxlar kənd ibtidai məktəbinin diretoru Cavabdeh imzaladığı 36 nömrəli xx.xx.2023-cü il tarixli əmrinin surətindən görünür ki, təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsədi ilə 29 avqust 2023-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmada iştirak etməyən Goranboy rayon Şıxlar kənd ibtidai məktəbinin ibtidai sinif müəllimi İddiaçı təkar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi 4 sentyabr 2023-cü il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş SN0008 ******* saylı əmək qabiliyyətinin olmaması barədə arayışdan görünür ki, o 28 avqust 2024-cü il tarixdən 31 avqust 2023-cü il tarixədək əmək qabiliyyətinin olmaması ilə əlaqədar işdən azad edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı 01 noyabr 1988-ci ildə Goranboy rayon Şıxlar kənd orta məktəbində ibtidai sinif müəlliməsi təyin olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 50 manat mediasiya xərci ödəmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli əmrindən görünür ki, 29 avqust 2023-cü il tarixli təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin siyahısı təsdiq edilmişdir. Təhsil müəssisələrinə təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsinin təmin edilməsi tapşırılmışdır. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsini dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, İddiaçı 01 noyabr 1988-ci ildə Goranboy rayon Şıxlar kənd orta məktəbində ibtidai sinif müəlliməsi təyin olunmuşdur. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli əmrinə əsasən 29 avqust 2023-cü il tarixli təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin siyahısı təsdiq edilmiş, İddiaçı 29 avqust 2023-cü il tarixli təkrar sertifikatlaşdırmadan keçməmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli əmrinə əsasən təhsil müəssisələrinə təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsinin təmin edilməsi tapşırılmış, X1 Təhsil İdarəsi Goranboy- Naftalan Rayonları üzrə Təhsil Sektoru Goranboy rayon Şıxlar kənd ibtidai məktəbinin diretoru Cavabdeh imzaladığı 36 nömrəli xx.xx.2023-cü il tarixli əmrlə Goranboy rayon Şıxlar kənd ibtidai məktəbinin ibtidai sinif müəllimi İddiaçı təkar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi 4 sentyabr 2023-cü il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. İşin göstərilən halları işdə iştirak edən şəxslərin izahatı və iş materiallarında olan digər sübutlarla tam təsdiq olunur. Məhkəmə işin müəyyən olunmuş həqiqi hallarını qiymətləndirərək belə qənaətə gəlir ki, İddiaçı əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsi barədə X1 Təhsil İdarəsi Goranboy-Naftalan Rayonları üzrə Təhsil Sektoru Goranboy rayon Şıxlar kənd ibtidai məktəbinin diretoru Cavabdeh imzaladığı 36 nömrəli xx.xx.2023-cü il tarixli əmrin qanuni əsası mövcuddur və həmin əmr qanuni hesab edilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydasının 5.2-ci bəndinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydasının 5.4-cü bəndinə əsasən Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. Belə ki, sertifikatlaşdırmadan keçməyən İddiaçı 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, ona təkrar sertifikatlaşdırmada iştirak etmək hüququ verilmiş, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli əmrinə əsasən 29 avqust 2023-cü il tarixli təkrar sertifikatlaşdırmadan keçməmiş şəxs hesab edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydasının 5.2-ci bəndinə əsasən təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Qanunvericiliyin göstərilən müddəasından göründüyü kimi, hər hansı səbəbdən təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar