Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1511/2025 18.12.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Hafiz Samir oğlunun sədrliyi, Səmədzadə Səməd Dilqəm oğlunun katibliyi, İddiaçı Rzayeva (Həsrətova) Nigar İdris qızının, Cavabdeh iştirakı ilə, İddiaçı Rzayeva (Həsrətova) Nigar İdris qızının Cavabdeh qarşı “pay torpağının zəbt olunması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Rzayeva (Həsrətova) Nigar İdris qızı iddia ərizəsi ilə və daha sonra dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, Goranboy rayon Qarasuçu kənd ərazisində yerləşən 2.76 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.94 ha hissəsindən çıxarılmasını və onu hədələdiyinə görə barəsində qanuna müvafiq tədbir görülməsinə və zəbt olunmuş torpağının qaytarılmasına göstərilmiş verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizədə tələbini onunla əsaslandırmışdır ki, o, Goranboy rayonun Qarasuçu kənd sakini X9 1992-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından 1995-ci ildə X7 və 1993-cü ildə X10 adlı uşaqları anadan olmuşdur. Qızı Leyla 2007-ci ildə vəfat etmişdir. Məhkəməyə təqdim etdiyi Goranboy rayon Aqrar İslahat Komissiyasının 2000-ci il 08 sentyabr tarixli 43 saylı qərarına müvafiq olaraq Gorannoy rayonun Qarasuçu kənd ərazisindən onun və 2 ailə üzvlərinə 2.76 ha kənd təsərrüfatı məhsulları təyinatlı torpaq sahəsi mülkiyyətinə verilmişdir. Bununla əlaqədar Goranboy rayon Aqrar İslahat Komissiyasının 2000-ci il 08 sentyabr tarixli 43 qərarı əsasında 28 sentyabr 2001-ci il tarixli, JN-0072, KOD 50906048 nömrəli “Torpağın Mülkiyyət Hüququna dair” Dövlət aktı da verilmişdir. Sonradan maddi imkansızlıqdan çıxarış ala bilməmiş, lakin sonradan DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin mühəndisi X8 tərəfindən 19 noyabr 2024-cü il tarixdə 2001-ci il tarixli, JN-0072, sənəd ilə 2.76 ha pay torpaq sahəsinin sərhədləri GPS aləti vasitəsilə ölçülərək ona tanıdılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 7 saylı Bərdə Ərazi İdarəsinin mühəndisi mühəndisi X8 tərəfindən xx.xx.2024-cü il tarixdə akta görə 2001-ci il tarixli, JN- 0072 sənəd ilə 2.76 ha pay torpaq sahəsinin sərhədləri GPS aləti vasitəsilə ölçüləndən sonra o, Goranboy rayon Qarasuçu kənd ərazisində yerləşən 2.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onun xüsusi mülkiyyətində olsa da, qardaşı Cavabdeh həmin torpaq sahəsinin 1 hektarını qanunzuz zəbt elmiş və çoxillik yonca bitkisi əkdiyini bilmişdir. O, qardaşının qanunsuz zəbt etdiyi torpaq sahəsindən çıxmasını tələb etdikdə, həyat yoldaşı X5 və oğlu Ozəl Rzayevi balta ilə öldürüb, torpağa basdıracağı ilə hədələmişdir. Məhkəmədən iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Rzayeva (Həsrətova) Nigar İdris qızı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, Cavabdeh onun qardaşıdır. Onun Goranboy rayonu Qarasuçu kəndində 2.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmir. Belə ki, qardaşı, yəni Cavabdeh həmin torpaq sahəsinin 0,94 hektarını qanunsuz zəbt etmiş yonca bitkisi əkmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, sözügedən torpaq sahəsini əkmək üçün iddiaçı ona dəfələrlə arpa və taxıl vermiş, yəni ö özbaşına iddiaçının mülkiyyətində olan torpağı zəb etməmişdir. Buna dair iddiaçı ilə aralarında razılıq olmuşdur. Göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsi X17 nümayəndəsi X1 ifadəsində bildirdi ki, Goranboy rayonunun Qarasuçu kəndində yerləşən torpaq sahəsinin kontur və parametrləri “Torpağa mülkiyyət hüququna dair” JN 0072 saylı, KOD 50906048 nömrəli dövlət aktı ilə mülkiyyətlərinə verilmiş 2.76 ha torpaq sahəsinin 0.94 hissəsi ilə eynilik təşkil etmədiyini, Cavabdeh hal-hazırda istifadəsində olan 0.94 ha torpaq sahəsi “Torpağa mülkiyyət hüququna dair” JN 0072 saylı, KOD 50906048 nömrəli dövlət aktında göstərilən torpaq sahəsinin hüdudları daxilində yerləşir. Odur ki, iddia ərizəsinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu ildə Goranboy rayonun Qarasuçu kəndində anadan olmuşdur. Həmin kənddə də qeydiyyatdadır; Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X11iu xx.xx.1956-cı ildə Goranboy rayonun Hazırəhmədli kəndində anadan olmuşdur. Həmin kənddə də qeydiyyatdadır; JN-0072, KOD 50906048 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 2000-ci il tarixli, 43 saylı qərarına əsasən 2,76 hektar torpaq sahəsi Goranboy rayon Qarasuçu kənd sakinləri X4, X3 və X6 mülkiyyətinə verilmişdir; X8 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Goranboy rayonun Qarasuçu kəndi ərazisində vətəndaşın xx.xx.2024-cü il tarixli məktubu əsasında J№-72 sənəd ilə 2.76 ha pay torpaq sahəsinin sərhədləri GPS aləti vasitəsilə ölçülərək özünə tanıdılmışdır; Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 20 noyabr 2025-ci il tarixli, 3-21-3-46/2-6078/2025 saylı rəyindən görünür ki, Goranboy rayonunun Qarasuçu kəndində yerləşən torpaq sahəsinin kontur və parametrləri “Torpağa mülkiyyət hüququna dair” JN 0072 saylı, KOD 50906048 nömrəli dövlət aktı ilə mülkiyyətlərinə verilmiş 2.76 ha torpaq sahəsinin 0.94 hissəsi ilə eynilik təşkil etmir. Cavabdeh hal-hazırda istifadəsində olan 0.94 ha torpaq sahəsi “Torpağa mülkiyyət hüququna dair” JN 0072 saylı, KOD 50906048 nömrəli dövlət aktında göstərilən torpaq sahəsinin hüdudları daxilində yerləşir; xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı 100 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödəmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları, həmçinin mütəxəssis rəyini və iddia tələbinin dəlillərini digər yanaşı sübutlarla yoxlayaraq, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddiа tələbi qismən təmin еdilməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları və iddia tələbinin dəlillərini digər yanaşı sübutlarla yoxlayaraq, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 2000-ci il tarixli, 43 saylı qərarına əsasən 2,76 hektar torpaq sahəsi Goranboy rayon Qarasuçu kənd sakinləri X4, X3 və X6 mülkiyyətinə verilmişdir. Lakin, hazırki vəziyyətdə iddiaçı qanuni mülkiyyətində olan bu torpaq sahəsindən sərbəst istifadə edə bilmir. İddiaçının həmin torpaq sahəsində mülkiyyət hüququ cavabdeh tərəfindən pozulmuş, nəticədə iddiaçının torpaq sahəsi üzərində sahibliyinə və istifadəsinə maneə yaradılmışdır. Cavabdehlə aralarında olan narazılığa görə iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus 2.76 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.94 ha hissəsindən cavabdehin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-in) 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində MM-in 157.2-ci maddəsində göstərilən şərtlərin cavabdehə münasibətdə məcmu halında mövcud olub-olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddiaçının torpaq sahəsindən çıxarılma tələbində tətbiq olunan normada göstərilən şərtlər cavabdehə münasibətdə məcmu halında mövcuddur. Belə ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət tərəfindən tanınmış və buna dair çıxarış verilmişdir. Buna baxmayaraq, həmin 2.76 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.94 ha hissəsi Cavabdeh istifadəsində və sahibliyindədir. Cavabdehin həmin torpaq sahəsi üzərində heç bir hüququ qeydiyyata alınmamışdır. Ona görə də cavabdehin sahibliyi qanunsuzdur. İddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. MM-nin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ- əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra TM-in) 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2-ci bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 111.3-cü bəndinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Göründüyü kimi, iddiaçının mülkiyyətində olan 2.76 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.94 ha hissəsi cavabdeh tərəfindən istifadə olunur. Həmin torpaq sahəsi üzərində cavabdehin mülkiyyət və istifadə hüquqları mövcud deyil. Cavabdeh qeyd olunan ərazidən istifadə edir, yəni həmin torpaq üzərində tikinti işləri aparır və iddiaçıya həmin torpaq sahəsindən istifadə edilməsinə maneə yaradır. Cavabdeh tərəfindən iddiaçın mülkiyyətinə müdaxilə edilmiş, bu müdaxilə isə qanuni olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə cavabdeh tərəfindən edilən müdaxiləyə son qoyulmalı və iddiaçının mülkiyyət hüquqları bərpa edilməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh barəsində qanuna müvafiq tədbir görülməsi hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Normanın tələbindən göründüyü kimi həmin məsələ hər hansı bir vəsatətlə əlaqələndirilməmiş, məhkəmənin işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxardığı halda tətbiq etməli olduğu tədbir kimi müəyyən edilmişdir. Məhkəmə tərəfindən isə hazırkı iş üzrə xüsusi qərardadın çıxarılması üçün əsaslar müəyyən edilmədiyindən iddia tələbi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə məhkəmənin gəldiyi nəticəyə görə, iddia tələbi təmin edilməli, JN 0062, KOD 50906048 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən İddiaçı mülkiyyətində olan Goranboy rayonu Qarasuçu kəndində yerləşən 2.76 ha torpaq sahəsinin 0.94 ha hissəsindən Cavabdeh məcburi qaydada çıxarılmalı və torpaq sahəsi iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı məxsus olan “Torpağa mülkiyyət hüququna dair” JN 0062, KOD 50906048 saylı dövlət aktına əsasən Goranboy rayonu Qarasuçu kəndində yerləşən 2.76 ha torpaq sahəsinin 0.94 ha hissəsindən Cavabdeh çıxarılsın və həmin torpaq sahəsi iddiaçıya qaytarılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Hafiz Əliyev
Məhkəmə qərarları › İş №2(045)-1511/2025
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1511/2025
18.12.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver