Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-1527/2023 11.07.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlu, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin geri qaytarılması və zərərin əvəzi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Goranboy rayonunun Şəfəq kəndində yerləşən, onun xüsusi mülkiyyətində olan 0.1239 ha həyətyanı torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt olunmuş hissəsindən onun çıxarılması, həmin torpaq sahəsinin özünə qaytarılması və evinə dəyən 3000 (üç min) manat məbləğində maddi zərərin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) tələblərinə riayət olunmamaqla verildiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilməmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 30540 nömrəli qəbzdən göründüyü kimi İddiaçı tərəfindən 50 (əlli) manat dövlət rüsumu ödənilmişdir. Halbuki, hazırki tələb üzrə iddiaçı tərəfindən 100 (yüz) manat dövlət rüsumu ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 (yüz) manat dövlət rüsumu ödənilməlidir. MPM-in: 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır; 150.1 və 150.1.2-ci maddələrinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir; 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 30540 nömrəli qəbzdən görünür ki, iddiaçı hazırki tələb üzrə 50 (əlli) manat məbləğində dövlət rüsumu ödəmişdir. Qeyd olunanlara əsasən və MPM-in 152, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin geri qaytarılması və zərərin əvəzi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. 50 (əlli) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Goranboy Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №2(045)-1527/2023
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-1527/2023
11.07.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver