Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1537/2023 08.08.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X32 qızının katibliyi, Ərizəçi nümayəndəsi X6 iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) “nikahın qeyd edilmə faktının müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Ermənistan SSR-nin Vardenis (Basarkeçər) rayonunun Böyük Məzrə kəndində *935-ci ildə doğulmuş X*4 ilə Ermənistan SSR-nin Vardenis (Basarkeçər) rayonunun Böyük Məzrə kəndində xx.xx.*938-ci il tarixdə doğulmuş Ərizəçi Bəhmən qızının *5 may *958-ci il tarixdə nikahlarını bağlamaları, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında *958-ci ilin may ayının *5 günündə nikahın qeydə alınması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.*938-ci il tarixdə Ermənistan SSR Vardenis (Basarkeçər) rayonunun, Böyük Məzrə kəndində doğulmuş, *988-ci ilin dekabr ayınadək həmin kənddə yaşamışdır. *958-ci ilin may ayının *5-də Ermənistan SSR Vardenis (Basarkeçər) rayonunun, Böyük Məzrə kənd sakini, qohumu (əmizadə oğlu) X*4 (*935-ci il) ilə rəsmi qaydada Ermənistan SSR Vardenis (Basarkeçər) rayonunun, Böyük Məzrə kənd sovetliyində nikah bağlamış, nikahın bağlanması haqqında akt qeydləri kitabında *958-ci ilin may ayının *5 günündə qeyd edilmişdir. Bu nikahdan onların Qəhrəmanova (Mehdiyeva) Ulduz Saleh qızı, X*5, Qəhrəmanova (Quliyeva) Sevda Saleh qızı, X7, X**, X*0 adlı uşaqları doğulmuş, onun X*4 ilə nikahın bağlanması haqqında şəhadətnaməsi əsasında həmin uşaqlara doğum haqqında şəhadətnamələr yazılmış, doğumun akt qeydləri kitabında qeyd edilmişdir. *988-ci ilin dekabr ayında Ermənistan SSR-dən qaçqın düşən zaman o və Saleh Qəhrəmanova aid nikahın bağlanması haqqında şəhadətnamə Böyük Məzrə kəndində olan evlərində qalmışdır. X*4 xx.xx.2005ci il tarixdə ölmüşdür. X8 ölümündən sonra Goranboy rayonun Qaradağlı kəndində miras əmlakları qalmışdır. Əlində nikah haqqında şəhadətnamə olmadığına görə miras əmlaklara qanun üzrə vərəsəlik şəhadətnaməsi ala bilmir. Məlum hadisələr, hazırkı dövlətlər arası münasibətlərlə bağlı sənədi tərtib edən və verən orqandan - Ermənistan Respublikasının Vardenis rayonunun VVAQ şöbəsindən nikahın qeyd edilməsi haqqında akt qeydləri kitabından arayışın alınması mümkün deyildir. Bununla əlaqədar olaraq Maraqlı şəxsnə müraciət olunmuş, *2.*0.2022-ci il tarixli, 05/Q-568/*5 saylı məktubla ona belə bir cavab yazılmışdır: "Maraqlı şəxs ərizənizə cavab olaraq bildirir ki, onun Ermənistan Respublikasının Basarkeçər rayonunda nikaha daxil olması haqqında akt qeydi kitabları şöbənin arxivində saxlanılmadığına görə tələb edilən sənədin ona verilməsi mümkün deyildir. Ona verilmiş cavabla razılaşmadığınız halda qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi X*5 ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid X22 ifadəsində bildirdi ki, Ərizəçi onun həmkəndlisidir. O, *958-ci ilin may ayında Ermənistan SSR-nin Vardenis (Basarkeçər) rayonunun Böyük Məzrə kəndində X*4 ilə Ərizəçi Bəhmən qızınının toy məclisində iştirak etmişdir. Həqiqətən də, qaçqın düşən zaman Ərizəçi Bəhmən qızı özünə və ailəsinə aid olan lazımı sənədləri götürə bilməmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid X*6 ifadəsində bildirdi ki, Ərizəçi onun həm sinif yoldaşı, həmdə qonşusu olmuşdur. O, *958-ci ilin may ayında Ermənistan SSR-nin Vardenis (Basarkeçər) rayonunun Böyük Məzrə kəndində X*4 ilə Ərizəçi Bəhmən qızınının toy məclisində digər qonşuları ilə birlikdə iştirak etmişdir. X24 vəfat etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Maraqlı şəxsnə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) *85.5-ci maddəsinin tələblərinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayonu Qaradağl kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı *22*20 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X*4 xx.xx.2005-ci il tarixdə “kəskin miokard infarktı” səbəbindən ölmüşdür; Vardenis rayonunun Böyük Məzrə kənd sovetliyi tərəfindən verilmiş İ-ЗЖ seriyalı 05059* nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X** 08.*2.*969-cu ildə Ermənistan Respublikası Vardenis rayonunun Böyük Məzrə kəndində doğulmuş, atası X*4, anası Ərizəçidır; Basarkeçər rayon Böyük Məzrə kənd sovetliyi tərəfindən verilmiş İ-ЗЖ seriyalı *030937 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 **.07.*967-ci ildə Basarkeçər rayon Böyük Məzrə kəndində doğulmuş, atası X*4, anası Ərizəçidır; Vardenis rayonunun Böyük Məzrə kənd sovetliyi tərəfindən verilmiş İİ-СЛ seriyalı 092*67 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X*0 *7 mart *976-cı ildə Ermənistan Respublikası Vardenis rayonunun Böyük Məzrə kəndində doğulmuş, atası X*4, anası Ərizəçidır; Basarkeçər rayon Böyük Məzrə kənd sovetliyi tərəfindən verilmiş İ-ЗЖ seriyalı 7*8785 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X*7 30.09.*963-cü ildə Basarkeçər rayon Böyük Məzrə kəndində doğulmuş, atası X*4, anası Ərizəçidır; Vardenis rayonunun Böyük Məzrə kənd ЗАГС tərəfindən verilmiş İİ-СЛ seriyalı 49*368 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.*938-ci ildə Vardenis rayonunun, Böyük Məzrə kəndində doğulmuş, atası X9, anası X3r; Basarkeçər rayon Böyük Məzrə kənd sovetliyi tərəfindən verilmiş İ-ЗЖ seriyalı 843834 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X*2 04 dekabr *965-ci ildə Saleh oğlu Ermənistan Respublikası Böyük Məzrə kəndində doğulmuş, atası X*4, anası Ərizəçidır; Goranboy rayon Qaradağlı kənd icra nümayəndəliyi tərəfindən verilmiş *93 nömrəli, 03 aprel 2023-cü il tarixli arayışdan görünür ki, X4 ilə mərhum həyat yoldaşı X*4 Ermənistan SSR Basarkeçər (Vardenis) rayonundan *988-ci ildə qaçqın düşmüş və Goranboy rayon, Qaradağlı kəndində ər-arvad olaraq məskunlaşmışdırlar; Basarkeçər rayonu VVAQ şöbəsi tərəfindən verilmiş İ- ЗЖ seriyalı 928342 nömrəli azərbaycan dilinə tərcumə olunmuş doğum haqqında şəhadətnamənin tarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X*3 *4.04.*959-cu ildə Ermənistan SSR Basarkeçər rayonunun Böyük Məzrə kəndində doğulmuş, atası X*4, anası Ərizəçidır; Maraqlı şəxs tərəfindən verilmiş *2.*0.2022-ci il tarixli, 05/q-568/*5 nömrəli məktubdan görünür ki, onun Ermənistan Respublikasının Basarkeçər rayonunda nikaha daxil olma haqqında akt qeydi kitabı şöbənin arxivində aşkar edilməmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, X4 *5 may *958-ci il tarixdə Ermənistan SSR-nin Vardenis (Basarkeçər) rayonunun Böyük Məzrə kəndində X*4 ilə nikaha daxil olmuşdur. Birgə nikahlarından Qəhrəmanova (Mehdiyevə) Ulduz Saleh qızı, X*5, Qəhrəmanova (Quliyeva) Sevda Saleh qızı, X7, X**, X*0 dünyaya gəlmişlər. X*4 xx.xx.2005-ci il tarixdə Goranboy rayonu, Baxçakürd kəndində vəfat etmişdir. Ərizəçi X4 əri X*4 arasında mövcud olmuş nikah haqqında şəhadətnamənin Ermənistan SSR-nin Vardenis (Basarkeçər) rayonunun Böyük Məzrə kəndindən qaçqın düşən zaman naməlum şəraitdə itirmişdir. X8 vəfat etməsi ilə əlaqədar vərəsəlik işinin açılması və vərəsəsi qismində çıxış etmək üçün nikah haqqında şəhadətnamə lazım olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. MPM-in: 4.*-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 305.*.*-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən, məhkəmə nikahın qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: *58.*-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. *62.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 0*.03.200*-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın *6-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli Qərarının 4-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Nikahın qeydə alınma faktının müəyyən edilməsi xahişi ilə məhkəməyə o, halda müraciət edilə bilər ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanının itmiş qeydin bərpa edilməsinin mümkün olmamasını təsdiq edən sənəd mövcud olsun. Məhkəmə ərarvadın hər ikisinin sağ olduqları dövrdə onların nikahının qeydə alınması faktının müəyyən edilməsindən imtina edə bilməz, çünki qanunvericilik buna hər hansı məhdudiyyət qoymamışdır. Nikahın qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə ər və ya arvad, yaxud onların hər ikisi müraciət edə bilər. Məhkəməyə ərarvaddan biri ərizə verdikdə, digəri maraqlı şəxs qismində işdə iştirak etməyə cəlb edilməlidir. İşin hallarından göründüyü kimi ərizəçi X* Saleh Sayad oğlu ilə rəsmi nikaha Ermənistan SSR-nin Vardenis (Basarkeçər) rayonunun Böyük Məzrə kəndində daxil olmuş və həmin ərazidən kütləvi şəkildə deportasiya olunub qaçqın düşdükləri üçün özünə aid müəyyən sənədləri (nikah haqqında şəhadətnamə və digər sənədlər) itirməsi və ya özü ilə götürməməsi ağlabatan səbəbdir. Odur ki, ərizəçiyə aid nikah qeydinə dair sənədlər saxlanılan arxivin hazırda Ermənistan Respublikasında yerləşməsi və obyektiv səbəblər nəzərə alınsa, məhkəmə qətnaməsi olmadan ərizəçinin nikahının qeydə alınması faktının müəyyən edilməsi mümkün deyildir. Ona görə də, ərizəçinin tələbi təmin edilməlidir. MPM-in: *4.2-ci mаddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir; 77.*-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələblərinin və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir; 2*7.4-cü mаddəsinə əsаsən məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X2 və X8 arasında *5 may *958-ci il tarixində Ermənistan SSR-nin Vardenis (Basarkeçər) rayonunun Böyük Məzrə kəndində nikahın qeydə alınması fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 2*6-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi X4 ilə X*4 arasında *5 may *958-ci il tarixdə Ermənistan SSR-nin Vardenis (Basarkeçər) rayonunun Böyük Məzrə kəndində nikahın qeydə alınması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-1537/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1537/2023
08.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver