Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-1538/2024 24.10.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi, İddiaçı və nümayəndəsi Vəkil, Cavabdeh Goranboy Rayon X3 Hüquqi Şəxsin direktoru X2 iştirakı ilə, İddiaçı cavabdeh Goranboy Rayon Mərkəzi X1rşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddia ərizəsinə, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Goranboy Rayon Mərkəzi Xəstəxanası " X8in İSX (ASM) şöbəsinin Dəliməmmədli ASM bölməsində bölmə müdiri vəzifəsində çalışmağı ilə bağlı, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi "X9 Goranboy Rayon Mərkəzi Xəstəxanası" X8 direktoru X5 tərəfindən verilmiş 21 iyun 2024- cü il tarixli 18-1-39/3-1-748/2024 saylı əmrin qanunsuz və əsassız hesab edilməklə ləğv edilməsi, onu 05 iyul 2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək “Goranboy Rayon Mərkəzi Xəstəxanası" X8in İSX (ASM) şöbəsinin Dəliməmmədli ASM bölməsində müdiri vəzifəsinə 1 ştat vahidi əsas iş yeri üzrə işə qəbul edilməyi ilə bağlı Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi " X9 Goranboy Rayon Mərkəzi Xəstəxanası" X8 direktoru X5 tərəfindən verilmiş 05 iyul 2024-cü il tarixli 18-1-39/3-1-943/2024 saylı əmrin qanunsuz və əsassız hesab edilməklə ləğv edilməsi, onun "Goranboy Rayon Mərkəzi Xəstəxanası " X8in İSX (ASM) şöbəsinin Dəliməmmədli ASM bölməsində bölmə müdiri vəzifəsinə bərpa edilməyinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Goranboy Rayon X3 Hüquqi Şəxsin direktoru X5 işin mahiyyəti üzrə baxılmasını tələb etmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya icraata xitam verilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 2011-ci il 31 mart tarixli, 03 nömrəli Qərarının 2-ci bəndində qeyd olunur ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı geri qaytarma barədə ərizəsi təmin edilməli, iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlərin əsli iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən MPM-in 170, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Goranboy Rayon Mərkəzi X1rşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verdildiyi gündən 10 gün müddətində Goranboy Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-1538/2024
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-1538/2024
24.10.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver