Məhkəmə qərarları › İş №2(045)-1578/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1578/2023

27.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1578/2023 27.09.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X35 qızının katibliyi, İddiaçı X7 iştirakı ilə, İddiaçı X7 cavabdeh Goranboy rayon Notariat ofisinə qarşı (X20, X10, X16, X21, X24 üçüncü şəxs qismində cəlb edilməklə) “ötürülmüş prosessual müddətin bərpası” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X22 iddia ərizəsi və daha sonra dəqiqləşmə ərizəsilə məhkəməyə müraciət edərək, 09 fevral 2014-cü ildə vəfat etmiş mərhum analığı X4 qalmış mirasın qəbulu üçün ötürülmüş proessual müddətin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, 27 oktyabr 1955-ci ildə Goranboy rayonunun Balakürd kəndində anadan olmuş və hazırda da yuxarıda qeyd etdiyi ünvanda ailəsi ilə birlikdə yaşayır. Məhkəməyə təqdim etdiyi ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, atası X11 20 avqust 1982-cı il tarixdə Goranboy rayonunun Balakürd kəndində “ürəyin xroniki işemiya” xəstəliyindən vəfat etmişdir. Məhkəməyə təqdim etdiyi ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, analığı X17 09 fevral 2014-cü il tarixdə “xroniki Koronar çatışmamazlığından” Goranboy rayonunun Balakürd kəndidə vəfat etmişdir. Məhkəməyə təqdim etdiyi Goranboy rayon Qeydiyyat şöbəsi tərəfimdən verilimş, 02 may 2023-cü il tarixli İ-İE №150721 saylı çıxarışdan görünür ki, atasının və analığının sağlıqlarında nikahlarını rəsmi qeyd etdirməklə ər-arvad kimi birgə yaşamışlar. JN-109,KOD 50904028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, analığı X1 Goranboy rayon Aqrar İslahat Komissiyasının 16 may 2001-ci il tarixli 16 saylı qərarına əsasən mülkiyyətinə Goranboy rayon Balakürd kəndi ərazisində, 0.12 ha həyətyanı torpaq sahəsi verilmişdir. Məhkəməyə təqdim etdiyi 02 may 2023-cü il tarixli, 146 saylı Balakürd kənd İƏDU nümayəndəliyin arayışından görünür ki, analığı Nəzakət Şəmmədovaya ölənə kimi o, baxmış və onun himayəsində omuşdur. Bu günlərdə təsadüfən bilmişdir ki, analığı Nəzakət Şəmmədova ölümündən əvvəl, yəni 06 dekabr 2013-cü il tarixdə, Goranboy rayon Balakürd kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəlikdə təsdiqləməklə Goranboy rayonunun Balakürd kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsini və yaşayış evinin bir hissəsini ona vəsiyyət etmişdir. Onun bu vəsiyyətnamənin mövcudluğu barədə xəbəri omadığı üçün qanunla müəyyən edilmiş müddətdə notariat orqanına müraciət etməmişdir. Bugünlərdə Goranboy rayon Notariat Ofisinə ərizə ilə müraciət etdikdə mülki qanunvericilikdə göstərilən müddətlər buraxıldığına görə notarius ona vərəsəlik şəhadətnaməsi verilməsindən imtina etmişdir. Notarius mirasın qəbulu ilə əlaqədar ötürülmüş prosessual müddətin bərpa olunması üçün xüsusi icraat qaydasında məhkəməyə müraciət edilməyini tövsiyə etmişdir. Ona görə də mirasın qəbulu ilə əlaqədar ötürülmüş prosessual müddətin bərpa olunması üçün məhkəməyə müraciət edir. Hesab edir ki, məhkəmə ötürülmüş prosessual müddətin buraxılmasını üziirlü hesab edərək ərizəsini təmin edər. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş üçünçü şəxs X25 ifadəsində bildirdi ki, İddiaçı onun ata bir, ana ayrı qardaşıdır. Mərhum anası həqiqətən 0,12 ha torpaq sahəsinin və evin bir hissəsini iddiaçıya vəsiyyət etmişdir. Çünki onun bütün əziyyətini iddiaçı qardaşı Vilayət çəkmişdir. Sözügedən vəsiyyətdən bu yaxınlarda təsadüfən xəbərləri olub, ona mirasın qəbulu üçün qardaşı vaxtında müraciət edə bilməmişdir. Odur ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi onun heç bir mənafeyinə toxunmur və iddianın təmin edilməsinə etiraz etmir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Goranboy rayon Notariat ofisinə, üçünçü şəxslər X12, X6, X8, X13 və X18 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin və üçünçü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: JN 109F, Kod 50904028 nömrəli “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Goranboy rayon Agrar İslahat Komissiyasının 16 may 2001-ci il tarixli, 16 saylı qərarına əsasən, 0.25 hektar torpaq sahəsi Goranboy rayonu, Balakürd kənd sakinləri X5 və X14 mülkiyyətinə verilmişdir; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş İ-İE seriyalı 150721 nömrəli çıxarışdan görünür ki, X11 ilə X23 arasında nikah xx.xx.1958-ci il tarixdə bağlanmış və 27 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra sonuncuya “Şəmmədova” soyadı verilmişdir; Goranboy rayon Qızılhacılı qəsəbə icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ seriyalı 322457 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.1982-ci il tarixdə “ürəyin xroniki işemiya xəstəliyi” səbəbindən ölmüşdür; Goranboy rayon Balakürd kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ seriyalı 322469 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X17 xx.xx.2014-cü il tarixdə “xroniki koronar çatmamazlıq” səbəbindən ölmüşdür; Goranboy rayon Balakürd kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2013cü il tarixli vəsiyyətnamədən görünür ki, X2 rayon Balakürd kəndində yerləşən həyətyanı torpaq sahəsini 0.12 ha və yaşayış evinin bir hissəsini Goranboy rayonu, Balakürd kəndində yaşayan ögey oğlu İddiaçı vəsiyyət etmişdir; Goranboy rayon Balakürd kənd icra nümayəndəliyi tərəfindən verilmiş 146 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı mərhum atası X11 və mərhum analığı X17 vəfat etdikdən sonra ailə üzvləri X20, X10, X16, X21, X9 ibarətdir; Goranboy rayon Notariat ofisi tərəfindən verilmiş 38 nömrəli, xx.xx.2023-cü il tarixli, məktubundan görünür ki, X22 mirasın qəbul edilməsi müddətini ötürmüşdür. Mirasın qəbulu və ya ötürülmüş prosessual müddətin bərpası üçün məhkəməyə müraciət etməsi tövsiyə görülmüşdür; Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, üçünçü şəxsin ifadəsini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2014-cü il tarixdə ölmüş X2 rayonu, Balakürd kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsini və yaşayış evinin bir hissəsini xx.xx.2013-cü il tarixdə İddiaçı vəsiyyət etmişdir. X22 vərəsə kimi Goranboy rayon Notariat ofisinə müraciət edərək mərhum analığı X3 miras qalmış əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Müraciəti araşdırılarkən müəyyən edilmişdir ki, miras əmlakın qəbulu üçün müəyyənləşdirilmiş müddət onun tərəfindən ötürülmüşdür, müddətin bərpa edilməsi üçün məhkəməyə müraciət etməli olduğu ona izah edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər; 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir; 1248-ci maddəsinə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Qanunvericiliyin mənasına görə, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat ofisinə mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarında qeyd olunur ki, qanunvericinin müəyyən etdiyi mirasın qəbul edildiyi müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Mülki Məcəllənin 1248-ci maddəsinə uyğun olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qeyd olunan qanunvericilik norması mirasın qəbulu müddətinin ötürülməsinin həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmadığını ehtiva etməklə, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddətin kəsici müddət olmasını da istisna edir. Göstərilənlər baxımından, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Həmçinin, qeyd olunur ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. Məhkəmə, tədqiq olunmuş sübutların nəticəsi olaraq, istinad olunan maddi hüquq normalarının tələbinə və Konstitusiya Məhkəməsinin Plenumunun anoloji işlər üzrə gəldiyi hüquqi nəticəyə əsaslanaraq, hesab edir ki, mərhumə X17 ona məxsus əmlakın bir hissəsini xx.xx.2013-cü il tarixli vəsiyyətnamə ilə İddiaçı vəsiyyət etməklə ona vərəsəlik hüququ vermiş, lakin iddiaçı sözügedən vəsiyyətnamədən xəbərsiz olmuş, X5 xx.xx.2014cü il tarixdə vəfatından uzun müddət sonra iddiaçı təsadüfən ona analığından vəsiyyətnamə üzrə miras qaldığını bilmişdir. Bundan sonra o, mirasın qəbulu üçün aidiyyəti notariat orqanına müraciət etsə də, qanunla müəyyən edilmiş müddəti ötürdüyü üçün vəsiyyətnamənin icrası mümkün olmamışdır. Belə olan halda iddiaçı vəsiyyət üzrə vərəsəlik hüququnu başqa qaydada realizə edə bilmədiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, mirasın qəbul edilməsi üçün iddiaçı tərəfindən ötürülmüş müddətin üzrlü hesab edilərək bərpa edilməlisini əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci mаddəsиnə əsаsən işdə iştirak еdən şəхslərin iş üşün əhəmiyyətli оlаn və оnlаrа məlum оlаn fакtlаr bаrədə izаhаtlаrı iş üzrə tоplаnmış digər sübutlаrlа yаnаşı yохlаnılmаlı və qiymətləndirilməlidir. 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, xx.xx.2014-cü ildə vəfat etmiş X3 miras qalmış əmlakın qəbulu üçün ötürülmüş müddət iddiaçı X15 münasibətdə bərpa edilməli, onun üçün mirasın qəbulu müddəti 3 (üç) ay uzadılmalı, həmin müddət qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Qeyd olunanlara əsaslanaraq və MPM-in 216-220-ci, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2014-cü il il tarixdə vəfat etmiş X3 miras qalmış əmlakın qəbulu üçün ötürülmüş müddət iddiaçı X15 münasibətdə bərpa bərpa edilsin, onun üçün mirasın qəbulu müddəti 3 (üç) ay uzadılsın, həmin müddət qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar