Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-1599/2023 30.10.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlu, X1 qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “Alğı-satqı müqaviləsinin bağlanmış hesab olunması” tələbinə dair ərizəsinə, Goranboy Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə müraciət edərək, Cavabdeh ilə onlar arasında ünvan 1 ünvanda yerləşən evinə və evin yerləşdiyi 0,05 ha həyətyanı torpaq sahəsinə görə alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Mülki işin məhkəmə baxışı iclası 30 oktyabr 2023-cü il tarixdə saat 15:30-a təyin edilmiş, lakin buna baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri göndərilmiş, lakin tərəflər göstərilən tarixdə məhkəməyə təkrar gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq müvafiq sübutların əldə olunması ilə edilmiş sorğuya cavab əldə olunması üçün məhkəmə baxışını bir fəftəyə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə, qeyd edir ki, iddiaçı tərəf bundan əvvəldə məhkəmə iclaslarında iştirak etməyərək yeni sübutların əldə olunması üçün iclasların təxirə salınmasına dair elektron ərizə ilə bir neçə dəfə məhkəməyə müraciət etsə də, bugünə kimi məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçılar və cavabdeh məhkəmə iclaslarında iştirak etmədiyinə görə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra iddiaçı ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 27705 saylı qəbzdən görünür ki, İddiaçı1 100 (yüz) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə iddia ərizəsi baxılmamış saxlanılmalı və ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “Alğı-satqı müqaviləsinin bağlanmış hesab olunması” tələbinə tələbinə dair müki iş baxılmamış saxlanılsın və ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçılara geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-1599/2023
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-1599/2023
30.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver