Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-442/2024 13.05.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X4 (sədrlik edən), məhkəmə iclasının katibi X3, İddiaçı1, iddiaçının nümayəndəsi (vəkil) Vəkil1, Cavabdeh3 və cavabdehlərin nümayəndəsi (vəkil) Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Masallı Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə, Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamənin, alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X6 qalmış miras əmlaka dair cavabdeh Masallı Regional “ASAN-Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi, dövlət rüsumuna görə ödənilmiş 100 (bir yüz) manatın cavabdehdən tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı1 xx.xx.1985-ci ildə Masallı şəhərində anadan olmuşdur və hazırda ünvan 1 ünvanında yaşayır. Mərhum atası X10 və onların mülkiyyətində ünvan 1 ünvanında yerləşən 0.1081 ha torpaq sahəsi və onun üzərində yerləşən atasının mülkiyyətində olan 158 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi vardır. Mərhum atası xx.xx.2019-cu il tarixdə vəfat etmiş, ondan qeyd olunan torpaq sahəsi və fərdi yaşayış evi miras əmlak kimi qalmışdır. Atasının vəfatından sonra vərəsələri olaraq o, anası və qardaşları notariat ofisinə müraciət etmişlər və vərəsəlik işi açılmışdır. X17 Xidmət Mərkəzində Notariat Ofisinin notariusu tərəfindən vərəsəlik işi ilə bağlı araşdırma aparılmış və xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və miras əmlak üzərində 1/4 hissədə paylar müəyyən edilmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 0.1081 ha torpaq sahəsinin 0.04 ha hssəsi Cavabdeh3 satılmışdır. Daha sonra xx.xx.2021-cü il tarixdə 0 0681 ha torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bundan sonra məlum olmuşdur ki, mərhum atası vəfat etməzdən əvvəl xx.xx.2013-cü ildə vəsiyyətnamə verərək torpağını və fərdi yaşayış evini İddiaçı1 vəsiyyət etmişdir. Həmin vəsiyyətnaməni arxivdən tapmışdır və xx.xx.2021-cü il tarixdə notarius Əlövsət İbrahimov tərəfindən təsdiq olunmuşdur. Vəsiyyətnamə olmasına baxmayaraq xx.xx.2020-ci il tarixdə notarius qanunsuz olaraq vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsi vermək əvəzinə, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Halbu ki, “Notariat Haqqında" Qanunun 59 və 50-ci maddələri notariusun üzərinə birbaşa vəzifə qoymuşdur ki, mirasın açıldığı yeri, vərəsələrin dairəsini və vəsiyyətnamənin olub-olmamasını notarius axtarmalıdır. Ona verilmiş vəsiyyətnamədən onun məlumatı olmaya bilərdi, lakin notarisun vəzifəsidir ki, vəsiyyətnamənin olub-olmamasını yoxlamalıdır, vəsiyyətnaməni Masallı notariat orqanı verib və arxivində saxlanılmışdır. Lakin notarius vəzifəsini icra etməyərək vəsiyyətnaməni müəyyən etmədən qanun üzrə vərəsəliyi müəyyən etmişdir. Vəsiyyətnamənin olubolmaması yoxlanmadığı üçün vərəsələr arasında paylar qanun üzrə vərəsə kimi 1/4 hissədə bərabər şəkildə müəyyən olunmuş, nəticədə onun mülkiyyət və vəsiyyətnamə üzrə hüquqları pozulmuşdur. Həmçinin, qeyd olunan əmlaklar İddiaçı2 və Faridin mərhum atasının birgə nikahı dövründə əldə olunduğu üçün anasının payı mirasın yarısına müəyyən olunmalıdır. Lakin notariat orqanı həmin payıda müəyyən etməmiş, anasınında payı 1/4 hissədə, yəni digər vərəsələrlə bərabər bölünmüşdür. Göründüyü kimi notarius tərəfindən notariat hərəkətləri qanuna uyğun aparılmadığı üçün vərəsəlik şəhadətnaməsi düzgün verilməmiş, paylar düzgün müəyyən olunmamış və nəticədə hüquqları pozulmuşdur. Odur ki, hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmişlər. İddiaçı həmdə İddiaçı2 nümayəndəsi İddiaçı1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, əmlaklar İddiaçı2 və Faridin mərhum atasının birgə nikahı dövründə əldə olunduğu üçün anasının payı mirasın yarısına müəyyən olunmalıdır, notariat orqanı həmin payıda müəyyən etməmiş, anasınında payı 1/4 hissədə, yəni digər vərəsələrlə bərabər bölünmüşdür, notarius tərəfindən notariat hərəkətləri qanuna uyğun aparılmadığı üçün vərəsəlik şəhadətnaməsi düzgün verilməmiş, paylar düzgün müəyyən olunmamış və nəticədə hüquqları pozulmuşdur, odur ki, iddianın təmin ediməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi (vəkil) Vəkil1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh3 məhkəmə iclasında iddia ərizəsini qəbul etməyərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlərin nümayəndəsi (vəkili) Vəkil2 məhkəmə iclasında iddia ərizəsinin qəbul etməyərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Masallı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin notariusu Əlövsət İbrahimov məhkəməyə məktub göndərərək 13 may 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iş yükünün ağırlığı ilə əlaqədar gələ bilməyəcəyi üçün işə onun iştirakı olmadan baxaraq qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir, məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə gəlməyən cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə tərəfindən iş üzrə aşagıdakı sənədlər tədqiq edilmişdir. İş materiallarında olan nikah haqqında arayışdan görünür ki, X14 ilə X2 arasında 23 iyul 1983-cü il tarixdə Masallı rayon Qeydiyyat şöbəsində 144 saylı nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Hüseynova soyadı verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.2019-cu il tarixdə Qara ciyər serrozu səbəbindən Masallı şəhərində ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X9 daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 0,0681 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 158 kv.m fərdi yaşayş evi xüsusi mülkiyyət hüququ ilə X5, İddiaçı1, Cavabdeh2 və İddiaçı2 hər birinin 1/4 hissədə payları daşınmaz əmlakın dövlət reyestrində 38 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, **********363 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, Cavabdeh1ndə notariat ofisinin xüsusi notariusu X15 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, xx.xx.2019-ci il tarixdə vəfat etmiş HÜSEYNOV AKİF BAĞİ OĞLUNUN vərəsələri: MASALLİ, M.TALİŞXANOV KÜÇ, EV 24-A ünvanında qeydiyyatda olan HÜSEYNOVA SEYİDXANİM DAMƏD QİZİ (AZE0*******, xx.xx.2005 Masallı, FİN:xxxxxxx, d/t: xx.xx.1953) MASALLİ RAYONU, MASALLİ ŞƏHƏRİ, M.TALİŞXANOV KÜÇƏSİ ünvanında qeydiyyatda olan Cavabdeh2 (AA*******, xx.xx.2020- Asan-Masallı, FİN:xxxxxxx, d/t:xx.xx.1976)MASALLİ, H.ƏLİYEV KÜÇ, EV 24-A ünvanında qeydiyyatda olan X12 (AZE17109739, xx.xx.2017 - Asan- Masallı1, FİN:7FGWJ3Q, d/t:xx.xx.1977) MASALLİ RAYONU, MASALLİ ŞƏHƏRİ, M.TALİŞXANOV küçəsi, EV 24 ünvanında qeydiyyatda olan İddiaçı1 (AA*******, xx.xx.2020 - Asan-Masallı, FİN:xxxxxxx, d/t:xx.xx.1985) və onları hər biri miras əmlakdan 1/4 irs-almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDKY-DA DƏDRX-İN ƏRAZİ İDARƏSİ tərəfindən xx.xx.2020 tarixdə verilmiş **********44-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən MASALLİ ŞƏHƏRİ HEYDƏR ƏLİYEV PR.EV.86 ünvanında yerləşən 0.1081 ha torpaq sahəsindən HÜSEYNOV AKİF BAĞİ OĞLUNA düşən paydan və HÜSEYNOV AKİF BAĞİ OĞLUNA məxsus olan ümumi sahəsi 158 kv/m olan fərdi yaşayış evidən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X9 daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 0,1081 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 158 kv.m fərdi yaşayş evi xüsusi mülkiyyət hüququ ilə X10, İddiaçı2, X5, X7 və Cavabdeh2 hər birinin ümumi birgə payları daşınmaz əmlakın dövlət reyestrində 38 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 18 yanvar 2021-ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcılar İddiaçı2, İddiaçı1, Cavabdeh2, X12 ilə alıcı Cavabdeh3 arasında Masallı resional “ASAN xidmət” mərkəzində notariat ofisində ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.1081 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə onlara məxsus hissəsindən aşağıda göstərilən hissəni "Alıcının" mülkiyyətinə verirlər Satıcılar HÜSEYNOVA SEYİDXANİM DAMƏD QİZİ HÜSEYNOV ZİYA AKİF OĞLU, İddiaçı1 və Cavabdeh2 tam hissə, 0.1081 ha, torpaq sahəsindən bölgü planı əsasında 0,04 ha torpaq sahəsinı -Alıcı Cavabdeh3 MÜLKİYYƏTİNƏ VERİR; Qalan 681.0. kvim torpaq sahəsi və ümumi sahəsi 158.0 kv.m olan fərdi yaşayış evi mülkiyyətçilərin mülkiyyətində qalır. 2. Satılan daşınmaz əmlak aşağıdakı hüquqmüəyyənedici sənədə əsasən Satıcıya məxsusdur. -Torpaq sahəsi tərəfindən xx.xx.2021 tarixdə HÜSEYNOVA SEYİDXANİM DAMƏD QİZİ, HÜSEYNOV ZİYA AKİF OĞLU İddiaçı1 VƏ Cavabdeh2 verilmiş **********44-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyət üzrə, 0.1081 ha torpaq sahəsi və Ümumi sahəsi 158.0 kvim olan fərdi yaşayış evi; 3. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrinden əldə edilmiş xx.xx.2021 tarixli, qeydiyyat nomrəsi **********RN33502 olan arayışa əsasən müqavilə bağlananadək Masallı şəhəri, Heydər Əliyev pros ev 86 unvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. 4 Satıcılar daşınmaz əmlakı 5300 manat (beş min üç yüz manal) qiymətinə satdılar. Alıcı isə həmin qiymətə aldı Alıcı Cavabdeh3 Satıcılar HÜSEYNOVA SEYİDXANİM DAMƏD QİZİ, HÜSEYNOV ZİYA AKİF OĞLU İddiaçı1 və Cavabdeh2 satdığı hissə 0.04 ha torpaq sahəsini ondan 5300 manat (beş min üç yüz manat sıfır qəpik) qiymətinə aldı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 220.8-ci maddəsinə əsasən mülkiyyətində olan torpaq sahəsinin a. (Yaşayış fondları, həyətyanı sahələr və bağ sahələrinin tutduğu torpaqlar) təqdim edilməsinə görə aşağıdakı düstura uyğun olaraq sadələşdirilmiş vergi tutulmuşdur: 4b. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 220.8-ci maddəsinə əsasən təqdim edilmiş daşınmaz əmlaklara görə Satıcı HÜSEYNOVA SEYİDXANİM DAMƏD QİZİNDAN 100.00 AZN, ümumilikdə cəmi 100.00 AZN miqdarda sadələşdirilmiş vergi tutulmuşdur. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)- 3065/2022 nömrəli qərardaddan görünür ki, İddiaçı1 cavabdehlər Cavabdeh2, X8 və İddiaçı2 qarşı (üçüncü şəxs Masallı regional “ASAN xidmət” Mərkəzində notariat ofisi) xx.xx.2021-ci il qeydiyyat tarixli, **********63-10301 reyestr nömrəli hüquqların X9 daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa düzəliş edilməklə mərhum atası X6 miras qalmış Masallı şəhəri, Digah küçəsində yerləşən torpaq sahəsinin və yaşayış evindən ona düşən payını 01 oktyabr 2013-cü il tarixli vəsiyyətnaməni nəzərə almaqla ayrılıb ona verilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 3-cü maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsələr sayılırlar. 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. “Notariat haqqında” Azərbaycan Respublikasının qanunun 59-cü maddəsində qeyd edilmişdir ki, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Tətbiq olunan maddi hüquq normalarına əsasən məhkəmə qeyd edir ki, mərhum X10 övladları X12, İddiaçı1 (iddiaçı) və Cavabdeh2 mərhum atalarının birinci növbə qanun üzrə vərəsələri hesab olunurlar. Belə ki, onlar mirasın açıldığı vaxt miras qoyan atalarının paydan bərabər miras hüquqlara malikdirlər. Lakin notariat orqanına məlumat verilmədiyindən nəticə olaraq notariat hərəkətləri zamanı “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 59-cu maddəsinin tələbləri pozulmaqla qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, bununla da iddiaçı və digər ailə üzvləri mirasdan bərabər şəkildə pay almaq hüququndan məhrum olmuşlar. Odur ki, iddia qeyd edilən hissədə əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə həmçinin iddianın alqı-satqı müqaviləsinin və Hüquqların X9 daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı2, İddiaçı1, Cavabdeh2, X12 ilə alıcı Cavabdeh3 arasında Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisində ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.1081 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə onlara məxsus hissəsindən müqavilədə göstərilən hissəni Alıcı Cavabdeh3 mülkiyyətinə vermişlər və alıcı Cavabdeh3 vicdanlı əldə edən şəxs olduğu üçün iddia tələbi alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi hissədə təmin edilməməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh3 burada vicdanlı əldə edəndir. Belə ki, Mülki Məcəllənin 182.1-ci maddəsinə əsasən Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Göründüyü kimi iddiaçı iddia tələbində mərhum atası X6 qalmış miras əmlaka dair cavabdeh Masallı Regional “ASAN-Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Belə ki, iş materiallarında olan 18 yanvar 2021-ci il tarixli, AN-İ № ******* saylı alqısatqı müqaviləsindən görünür ki, satıcılar İddiaçı2, İddiaçı1, Cavabdeh2, X12 ilə alıcı Cavabdeh3 arasında Masallı Regional “ASAN xidmət” mərkəzində notariat ofisində ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.1081 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə onlara məxsus hissəsindən müqavilədə göstərilən hissəni Alıcı Cavabdeh3 mülkiyyətinə vermişlər və alıcı Cavabdeh3 vicdanlı əldə edən olduğu üçün iddia tələbi alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. X1 miras qalmış əmlaka dair Masallı Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, **********363 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-442/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-442/2024
13.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver