Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-300/2024 04.04.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmail Vəzir oğlunun katibliyi, İddiaçının nümayəndəsi - Şirvan Regional Vəkil Bürosunun vəkili Nümayəndə, Cavabdeh2 iştiraklarıı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1na və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etirbarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, əldən çıxmış faydaya görə 3000 manat, dövlət rüsumu kimi ödənilmiş 100 manat pulun Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada, mənəvi ziyana görə 7000 manat pulun isə Cavabdeh1 tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1na və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hacıqabul rayonu, Meyniman kəndində yerləşən 0,22 ha paylı torpaq sahəsinin onun payına düşən 0,0244 ha torpaq sahəsinin Cavabdeh2 satılması barədə Hacıqabul notariat ofisində xx.xx.2020-ci il tarixdə reyestrdə 4Ə-59 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin torpaq sahəsinə dair Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsini, əldən çıxmış faydaya görə 3000 manat pulun, ödənilmiş dövlə rüsumu kimi 100 manat pulun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Hacıqabul rayon notariat ofisindən müştərək qaydada, Hacıqabul notariat ofisinin notariusu Ruslan Səfərovun etdiyi qanunsuz hərəkətlərə görə vurulmuş mənəvi ziyana görə 7000 manat pulun Hacıqabul notariat ofisindən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, onunla əvvəllər qohumluq münasibətlərində olan digər şəxslərlə birlikdə xx.xx.2020-ci il tarixdə Hacıqabul rayon notariat ofisində keçmiş qaynı Cavabdeh3 özünə məxsus əmlakı idarə etməyi, ona sərəncam verməyi və qanunla icazə verilmiş bütün mülki-hüquqi əqdlərin bağlanması hüququnu özündə əks etdirən reyestrdə 7E-1138 nömrəsi ilə qeydə alınmış etibarnamə vermişdir. Yaşar Əmişova etibarnamə verməkdə məqsədi paylı mülkiyyətdə olan torpağın satılması zamanı özünə məxsus olan torpaq payının Y.Əmişov tərəfindən satılmasının həyata keçirilməsi olmuşdur. Lakin, bundan sonra keçmiş həyat yoldaşı X16 ona telefonla zəng edərək qardaşı Y.Əmişovun torpağı qeyd etdiyi qiymətdən baha satacağını bildirmiş və bundan sonra o, Y.Əmişova verdiyi etibarnaməni ləğv etmək qərarına gəlmişdir. xx.xx.2020-ci il tarixdə o, keçmiş baldızı X13 ilə birlikdə Şirvan şəhər 1 saylı notariat ofisində Cavabdeh3 verdikləri etibarnaməni ləğv etmək məqsədilə reyestrdə 8İ-1367 nömrəsi ilə qeydə alınmış ərizə ilə müraciət etmişlər. O, etibarnamənin ləğv edilməsi barədə Cavabdeh3 məlumat vermişdir. Bundan təxminən 3-4 həftə sonra keçmiş həyat yoldaşı Manafov Vidadi onunla telefon əlaqəsi saxlayaraq Cavabdeh3 tərəfindən torpaqların satıldığını bildirmişdir. O, 2020-ci ilin mart ayında Hacıqabul rayon notariart ofisinə gedərək orada işləyən Xəyalə adlı şəxsdən ona məxsus torpaq sahəsinin öz iştirakı olmadan hansı formada satılması barədə maraqlanmışdır. Xəyalı adlı şəxs elektron informasiya sistemində olan məlumatlara əsasən ona məxsus torpaq sahəsinin satıldığını və alqı-satqı müqaviləsində onun əvəzinə Cavabdeh3 iştirak etdiyini bildirmişdir. Bundan sonra notariat ofisinin notariusu X2 qəbulunda olarkən sonuncu məsələni araşdıracağını bildirmişdir. Həmin vaxt Cavabdeh2 ona mobil telefonla zəng edərək Hacıqabul rayonuna gələrək torpaq sahəsini ona qaytaracağını bildirmişdir. Lakin Cavabdeh2 xəbər çıxmamış və o, tanışı X17 ilə yenidən Hacıqabul rayon notariat ofisinə getmişdir. Notariat ofisinin notariusu X14 ona hədə-qorxu gələrək ofisin giriş-çıxış qapılarını bağlamış və onun razılıq ərizəsinə imza etməyə məcbur etmişdir. O, bundan qorxu və sarsıntı keçirsə də, heç bir sənədə imza etməmişdir. Bundan sonra o, 3-cü dəfə notariat ofisinə getmiş R.Səfərov sənədləri imza etməyəcəyi təqdirdə onu ofisdən buraxmayacağını bildirmiş, o, isə yalan olaraq tək gəlmədiyini, ofisin qarşısında Rəhim Baxışovun onu gözlədiyini bildirmişdir. Sonra R.Səfərov onu buraxmışdır. Bundan bir müddət sonra notariat ofisində işləyən Xəyalı adlı şəxs onun mobil telefonuna zəng edərək öz əmək kartının ona verəcəyini və bağlanmış müqavilədə təqsirli olduğunu bildirmişdir. O, Xəyalə adlı şəxslə razılaşmamışdır. Bundan sonra Ruslan Səfərov bir neçə dəfə onunla telefon əlaqəsi yaradaraq əvvəlcə 500 manat, sonra isə 1500 manat pul verəcəyini ona bildirmişdir. O, R.Səfərova razılaşmayaraq heç bir məbləğdə pulun qəbul etmədiyini, özünə məxsus torpaq sahəsinin ona qaytarılmasını tələb etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh3 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 13 saylı Şirvan Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, digər Cavabdeh1 notariusu X10 isə yalnız məhkəmənin hazırlıq iclasında iştirak etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək bildirdi ki, Kənd Təsərrüfatı Nazirliyi nəzdində Azərbaycan Toxumçular Assosiasiyasının sədr müavini vəzifəsində işləyir. Rəhbərlik tərəfindən üzərinə toxumçuluğu inkişaf etdirmək, yeni və keyfiyyətli toxumların əkilib-becərilməsi vəzifəsi qoyulmuşdur. Buna görə də, o, toxumçuluğu inkişaf etdirmək üçün Hacıqabul rayonu Meyniman kəndi ərazisində olan torpaq sahələrini alaraq keyfiyyətli toxumların əkilməsi ilə məşğul olmuşdur. 2019-cu ilin axırlarında Meyniman kəndindən Yaşar adlı şəxs ona telefonla zəng edərək kənd ərazisində ailə üzvlərinə məxsus 11 hektar torpaq sahəsinin olduğunu və həmin torpaq sahəsinin satmaq istədiklərini bildirmişdir. Yaşar onunla danışarkən qardaşının keçmiş arvadı İddiaçı da, həmin sahədə 2 hektar torpaq payının olduğunu bildirərək, Sevdanın qızına cehiz almaq üçün pul lazım olduğunu və bu səbəbdən 2 hektar torpaq üçün 4000 manat pulun Sevdaya qabaqcadan ödəməsini ondan xahiş etmişdir. Yaşar ona bildirmişdir ki, hazırda Rusiya Federasiyasının ərazisindədir, Hacıqabul rayonuna qayıtdıqda sonra Sevdadan etibarnamə alaraq torpaq sahəsini ona satacaqdır. O, Yaşarın bu təklifi ilə razılaşmış və İddiaçı ilə görüşərək 4000 manat pulu ona vermişdir. Lakin, torpaq sahəsinin alqı-satqı müqaviləsi bağlanmadığı üçün o, Sevda ilə birlikdə Şirvan şəhər notariat ofisinə gedərək Sevdanın razılığı ilə 4000 manat pulun borc verilməsi ilə əlaqədar borc müqaviləsi bağlamışdır. Bundan bir müddət sonra Yaşar Rusiyadan qayıtmış və xx.xx.2020-ci il tarixdə Hacıqabul rayon notariat ofisində notarius Ruslan Səfərovun iştirakı ilə 11.1305 ha torpaq sahəsinin alqı-satqı müqaviləsini bağlamışlar. Müqavilə bağlandıqdan bir neçə gün sonra ona məlum olmuşdur ki, İddiaçı Cavabdeh3 verdiyi etibarnaməni ləğv etmiş, notarius R.Səfərov etibarnamənin ləğv edilməsinə diqqət yetirməyərək alqı-satqı müqaviləsini tərtib etmişdir. İddiaçı özünə məxsus 2 ha pay torpağının dəyərini, yəni 4000 manat pulu ondan qabaqcadan almışdır. Lakin, sonradan S.Qafarova aldığı 4000 manat pulu mənimsəmək qərarına gəlmiş və məqsədli şəkildə etibarnaməni ləğv edərək yenidən ona torpağın dəyərininin ödənilməsinə nail olmaq istəmişdir. İddiaçı özünə məxsus pay torpağını digər şəxslərin yanında satmağa özü razılıq vermiş, lakin sonradan hüquqlarından sui-istifadə etmişdir. Sevdanın özünə məxsus torpağı satmağa razılıq verməsini Cavabdeh3 və Manafov Vidadi də, təsdiq edə bilər. İddiaçı məqsədyönlü şəkildə borc müqaviləsi bağlandıqdan 3 il sonra özünə məxsus pay torpağının qanunsuz satılması ilə əlaqədar prokurorluğa şikayət etmişdir. İddiaçı onunla bağladığı borc müqaviləsinə görə 3 illik iddia müddətinin keçməsini gözləmişdir. İddiaçı bundan başqa bir neçə dəfə ondan pul istəmiş və o, ümumilikdə İddiaçı 500 manat pul vermişdir. İddiaçı hər dəfə onu aldadaraq notariusda ərizə verərək 2 ha pay torpağının onun razılığı ilə satıldığını etiraf edəcəyini bildirmiş, lakin notariusa geməmiş və heç bir razılıq ərizəsi verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 izahat verərək bildirdi ki, İddiaçı ilə uzaq qohumluq əlaqələri var və sonuncunun qardaşı ilə əvvəllər iş yoldaşı olmuşdur. Şahid R.Baxışovun sözlərinə görə İddiaçı əvvəllər Hacıqabul rayonu Meyniman kəndində yaşamış, hazırda isə bacısına məxsus Şirvan şəhərində yerləşən evdə yaşayır. Cavabdeh2 İddiaçı 3 ay müddətinə 4000 manat borc vermiş və onlar arasında borc müqaviləsi bağlanmışdır. Onu Cavabdeh2lə Cavabdeh3 tanış etmişdir. İddiaçı Cavabdeh3 etibarnamə verdikdən sonra onun keçmiş həyat yoldaşı X24 telefonla zəng edərək Yaşarın torpağı baha satacağını bildirərək verdiyi etibarnaməni ləğv etməsini ona tapşırmışdır. Cavabdeh3 torpaq sahəsini baha satmış və satışdan özü qazanc əldə etmişdir. İddiaçı məxsus pay torpaq sahəsi qanunsuz satıldıqdan 2 ay sonra o, İddiaçı ilə birlikdə Hacıqabul rayon notariat ofisinə gələrək torpaq sahəsinin qaytarılmasını tələb etmişdir. Notariat ofisində işləyən Xəyalə adlı şəxs torpaq sahəsinin alqı-satqı müqaviləsinin ləğv edilməsi müqabilində onlardan 5000 manat pul istəmişdir. Həmin vaxt orada olan notariat ofisinin notariusu Ruslan Səfərov otaqda səs-küy salaraq qapını bağlatdırmış və İddiaçı razılıq ərizəsinə məcburi qol çəkdirmək istəmişdir. Ofisdə işləyən Yetər adlı şəxs qapını açaraq onları bayıra buraxmışdır. X35 ifadə verdikdən sonra Cavabdeh2 onun ifadəsi ilə əlaqədar bildirmişdir ki, Rəhim Baxışovun ifadəsində qeyd etdiyi hallar həqiqətə uyğun deyil. Belə ki, o, Rəhim Baxışovu əvvəllər tanımamış, onları Cavabdeh3 tanış etməmişdir. O, Rəhim Baxışovu bir dəfə Hacıqabul rayon notariat ofisində görmüş, həmin vaxt Rəhimin kim olduğunu və onun bu məsələ ilə əlaqəsini soruşmuş, Rəhim bildirmişdir ki, İddiaçı onun qeyri-rəsmi həyat yoldaşıdır və onun hüquqlarının müdafiəsi üçün notariat ofisinə gəlmişdir. X35 ifadə verərkən məhkəmə tərəfindən ona İddiaçı ilə qohumluq əlaqələri, habelə ifadəsində qeyd etdiyi məlumatların haradan bilməsi barədə suallara qeyri-səmimi cavab verərək İddiaçı ilə qohum olduğunu və torpaq alqı-satqısı ilə əlaqədar yaranmış mübahisələr zamanı daima İddiaçı yanında olduğunu və bu səbəbdən hadisələrin nə cür cərəyan etdiyindən məlumatlı olduğunu qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 izahat verərək bildirdi ki, İddiaçı onun qardaşı Manafov Vidadinin keçmiş həyat yoldaşı olmuşdur. Pay torpaqları verilən zaman İddiaçı ilə V.Manafov arasında olmuş nikah ləğv edilməmişdir. Qardaşı Cavabdeh3 2019-cu ilin sonlarında Cavabdeh2 adlı şəxsin onlara məxsus torpaqları almaq istəməsini bildirmişdir. O, özünə məxsus pay torpağının satılmasına öz razılığını vermişdir. Həmin vaxt S.Manafovun öz qızına cehiz almaq üçün pula ehtiyacı var idi. Buna görə də, Cavabdeh2 ilkin olaraq Sevdaya 4000 manat pul vermişdir. Eyni zamanda, onun özünün də, pula ehtiyacı olduğu üçün qardaşı Yaşar Cavabdeh2 500 manat alaraq ona vermişdir. Bundan sonra özünə məxsus pay torpağının satılmasından əldə edilən gəlirin qardaşları tərəfindən borc məbləği kimi mənimsəniləcəyindən ehtiyat edərək qardaşı Cavabdeh3 verdiyi etibarnaməni ləğv etmişdir. Etibarnaməni ləğv etməkdə məqsədi o olmuşdur ki, alqı-satqıda özü şəxsən iştirak etsin və banka krediti olduğu üçün alacağı pul məbləğini dərhal banka ödəsin. İddiaçı pay torpağının dəyəri Cavabdeh2 tərəfindən tam şəkildə ona əvvəlcədən ödənilmişdir. Hətta İddiaçı qızına cehiz almaq lazım olarkən heç kim ona borc verməmiş, Cavabdeh2 isə çətin vaxtda ona kömək əlini uzatmışdır. İş materiallarında olan İddiaçı Qəzfərağa qızının müraciəti ilə bağlı Hacıqabul rayon prokurorluğu tərəfindən toplanmış 72c-23 saylı materialdan görünür ki, prokurorluqda aparılmış araşdırma zamanı Cavabdeh3 yazılı izahat verərək bildirmişdir ki, İddiaçı onun qardaşı Manafov Vidadinin keçmiş həyat yoldaşıdır. Onların birgə nikahından bir qız övladları olmuşdur. Təxminən 1996-cı ilin ortalarında Hacıqabul rayonu Meyniman kəndi ərazisində dövlət tərəfindən əhaliyə pay torpaqları verilmişdir. Həmin payda Sevdanın, Vidadinin və qızının da, adına 1 ha olmaqla ümumilikdə 3 ha pay torpağı olmuşdur. Bundan bir neçə ay sonra Sevdanın qızı vəfat etmiş və onun adına olan 1 ha pay torpağı Vidadi ilə Sevdanın arasında bölüşdürülmüşdür. Sevdanın adına ümumilikdə 1.5 ha pay torpağı olmuşdur. Bundan 10 il sonra Sevda Vidadidən ayrılmış və Şirvan şəhərində anasına məxsus evdə yaşamışdır. 2019-cu ilin axırlarında İddiaçı onunla əlaqə saxlayaraq qızının cehizi üçün ona təcili pul lazım olduğu üçün özünə məxsus torpaq payını satmaq istədiyini bildirmişdir. O, həmin vaxt Rusiya Federasiyasında olmuşdur. Sevda Afər adlı şəxsin torpaq almaq istədiyini ona bildirmişdir. O, Afər adlı şəxslə telefonla danışaraq torpaq sahəsi satmaq istədiklərini bildirmiş, Afərdən Sevdanın qızına cehiz alınması üçün təcili pul lazım olduğunu və bu səbəbdən Sevdanın pulunu qabaqcadan verməsini ondan xahiş etmişdir. Afər onunla razılaşmış və Sevdaya 2 ha pay torpağına görə 4000 manat pul vermişdir. Sevda həmin vaxt özü torpağı Afərə hektarının 2000 manata satmağa razılıq vermişdir. Lakin onlar bunu notariusda borc müqaviləsi kimi rəsmiləşdirmişlər. O, Afərə söz vermişdir ki, Rusiyadan qayıtdıqdan sonra torpağın alqı-satqısını rəsmiləşdirəcəkdir. Bundan bir neçə ay sonra o, ölkəyə qayıtmış və torpaqda payı olan şəxslərdən etibarnamə alaraq 11 ha torpağı Cavabdeh2 satmışdır. Alqı-satqıdan bir neçə gün sonra ona məlum olmuşdur ki, İddiaçı etibarnaməni ləğv etmişdir. İddiaçı tərəfindən etibarnamənin ləğv edilməsi notarius Ruslan Səfərovun diqqətindən yayınmışdır. Hacıqabul rayon prokurorluğu tərəfindən toplanmış 72c-23 saylı materialdan görünür ki, prokurorluqda aparılmış araşdırma zamanı X16 yazılı izahat verərək bildirmişdir ki, İddiaçı onun keçmiş həyat yoldaşıdır. Onların birgə nikahından bir qız övladları olmuşdur. Təxminən 1996-cı ilin ortalarında Hacıqabul rayonu Meyniman kəndi ərazisində dövlət tərəfindən əhaliyə pay torpaqları verilmişdir. Həmin payda onun, Sevdanın və qızının da, adına 1 ha olmaqla ümumilikdə 3 ha pay torpağı olmuşdur. Bundan bir neçə ay sonra onların qızı vəfat etmiş və onun adına olan 1 ha pay torpağı onunla Sevdanın arasında bölüşdürülmüşdür. Sevdanın adına ümumilikdə 1.5 ha pay torpağı olmuşdur. Bundan 10 il sonra o, Sevdadan ayrılmış və Sevda Şirvan şəhərində anasına məxsus evdə yaşamışdır. 2019-cu ilin axırlarında İddiaçı onun qardaşı Cavabdeh3la əlaqə saxlayaraq qızının cehizi üçün ona təcili pul lazım olduğunu və bu səbəbdən özünə məxsus torpaq payını satmaq istədiyini bildirmişdir. Sevda həmin vaxt torpağı satmaq üçün Afər adlı bir şəxs tapmışdır. Lakin Sevda pay torpağını qardaşı Cavabdeh3 razılığı olmadan sata bilməmişdir. Çünki həmin torpaq sahəsi ataları rəhmətə gedəndən sonra dövlət aktı ilə Cavabdeh3 adına olmuşdur. Cavabdeh3 həmin vaxt Rusiya Federasiyasında olduğu üçün etibarnamə verə bilməmişdir. Sevdanın xahişindən sonra Yaşar Afər adlı şəxslə telefonla danışaraq torpaq sahəsi satmaq istədiklərini bildirmiş, Afərdən Sevdanın qızına cehiz alınması üçün təcili pul lazım olduğunu və bu səbəbdən Sevdanın pulunu qabaqcadan verməsini ondan xahiş etmişdir. Afər onunla razılaşmış və Sevdaya 2 ha pay torpağına görə 4000 manat pul vermişdir. Sevda həmin vaxt özü torpağı Afərə hektarının 2000 manata satmağa razılıq vermişdir. Lakin onlar bunu notariusda borc müqaviləsi kimi rəsmiləşdirmişlər. Yaşar Afərə söz vermişdir ki, Rusiyadan qayıtdıqdan sonra torpağın alqı-satqısını rəsmiləşdirəcəkdir. Bundan bir neçə ay sonra Yaşar ölkəyə qayıtmış və torpaqda payı olan şəxslərdən etibarnamə alaraq 11 ha torpağı Cavabdeh2 satmışdır. Alqı-satqıdan bir neçə gün sonra ona məlum olmuşdur ki, İddiaçı etibarnaməni ləğv etmişdir. İddiaçı tərəfindən etibarnamənin ləğv edilməsi notarius Ruslan Səfərovun diqqətindən yayınmışdır. İş materiallarında olan JN 229, kod 91004018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 14 nömrəli qərarına əsasən Hacıqabul rayonu Birinci Meyniman kənd sakinləri X1, X4, X11, Cavabdeh3, X18, X19, X20, X7, X5, X8, X3 mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 11,1305 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, Hacıqabul rayonu Birinci Meyniman kəndində yerləşən 11.1305 ha torpaq sahəsi paylı mülkiyyətdə olmaq paylar aşağıdakı şəkildədir: X13 – 10/66 hissə, X18 – 10/66 hissə, X19 – 9/66 hissə, X20 – 6/66 hissə, X5 – 9/66 hissə, X15 – 6/66 hissə, X7 – 6/66 hissə, Cavabdeh3 – 10/66 hissə. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş 2447 saylı xx.xx.2023-cü il tarixli məktuba əsasən Hacıqabul rayon Meyniman kəndində İddiaçı və digər 7 nəfərin paylı mülkiyyətində 0.22 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evinin olduğu, həmin torpaq sahəsindən İddiaçı düşən payın 0.0244 ha torpaq sahəsi olduğu məlum olur. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş 3-21-3-38/2-M-1462/02- 39/23 saylı xx.xx.2023-cü il tarixli məktuba əsasən Hacıqabul rayonu İ Meyniman kəndində İddiaçı və digər 7 nəfərin paylı mülkiyyətində olmuş 11.1305 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin xx.xx.2020-ci il tarixdə 4Ə-59 nömrəli alqı-satqı müqaviləsinə əsasən digər şəxsə satılması və İddiaçı payının torpağın 9/66 hissəsi olması məlum olur. İş materiallarında olan Şirvan şəhər 1 saylı notarial ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı və digər şəxslər daşınmaz əmlakla bağlı mülki-hüquqi hərəkətlərin edilməsini Cavabdeh3 etibar etmişlər. İş materiallarında olan İddiaçı və X13 tərəfindən Cavabdeh3 verilmiş xx.xx.2020-ci il tarixli etibarnamənin ləğv edilməsi barədə ərizələri Şirvan şəhər 1 saylı notarial ofisi tərəfindən 8İ-1367 reyestr nömrəsi ilə qeydə alınaraq təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli AN-İ ******* saylı “Daşınmaz Əmlakın Alqı-Satqı” müqaviləsindən görünür ki, 1 İddiaçı digər şəxslərlə birlikdə özünə məxsus 1.578 torpaq sahəsini Cavabdeh2 satmışdır. Alqı-satqı zamanı İddiaçı adından müqaviləyə etibarnamə əsasında Cavabdeh3 imza etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Şirvan şəhər 1 saylı notariat ofisi tərəfindən təsdiqlənən kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 İddiaçı 4000 manat məbləğində pulu borc qismində vermiş, həmin müqavilə reyesrtdə 3M-586 nömrəsi ilə qeyd edilmişdir. Məhkəmə, iddiaçının, şahidlərin və cavabdehin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Əvvəla məhkəmə tərəflərin hansı hüquq münasibətlərində olması ilə əlaqədar bildirir ki, tərəflər arasında əvvəlcə yalan əqd olaraq kredit müqaviləsi bağlanmışdır. Əslində bağlanan müqavilə kredit müqaviləsi olmamış, gələcəkdə iddiaçıya məxsus satılacaq torpaq sahəsinin dəyərinin ona ödənilməsi olmuşdur. Bundan sonra isə iddiaçının iştirakı olmadan ona məxsus torpaq sahəsinin alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı tələbində bildirir ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh2 ilə kredit müqaviləsi bağlayaraq ondan 4000 manat məbləğində borc pul almışdır. Bundan sonra xx.xx.2020-ci il tarixdə Hacıqabul rayon notariat ofisində keçmiş qaynı Cavabdeh3 özünə məxsus əmlakı idarə etməyi, ona sərəncam verməyi və qanunla icazə verilmiş bütün mülki-hüquqi əqdlərin bağlanması hüququnu özündə əks etdirən etibarnamə vermiş, xx.xx.2020-ci il tarixdə isə həmin etibarnaməni ləğv etmiş, lakin etibarnaməni ləğv etməsinə baxmayaraq xx.xx.2020-ci il tarixdə onun tərəfindən ləğv edilmiş etibarnamə əsasında alqı-satqı müqaviləsində onun əvəzinə Cavabdeh3 imza etməklə özünə məxsus 1.578 torpaq sahəsi Cavabdeh2 satılmış və nəticədə onun mülkiyyət hüququ pozulmuşdur. Bununla əlaqədar məhkəmə bildirir ki, iddia tərəfi etibarnamənin ləğv edilməsi barədə etibar edilmiş Cavabdeh3 və yaxud üçüncü şəxs Cavabdeh2 məlumat vermələrini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişlər. Belə ki, iş üzrə Cavabdeh2 məhkəmə iclasında ifadə verərkən etibarnamənin ləğv edilməsinin alqı-satqı müqaviləsi bağlandıqdan sonra ona məlum olduğunu qeyd etmişdir. Eyni zamanda, iş üzrə digər Cavabdeh3 Hacıqabul rayon prokurorluğu tərəfindən toplanmış 72c-23 saylı materialla əlaqədar verdiyi yazılı izahatı məhkəmə iclasında elan edilmişdir. Cavabdeh3 yazılı ifadəsində bildirmişdir ki, İddiaçı tərəfindən ona verilmiş etibarnamənin ləğv edilməsi alqısatqı müqaviləsi bağlandıqdan sonra bir neçə gün sonra ona məlum olmuşdur. Hacıqabul rayon prokurorluğu tərəfindən toplanmış 72c-23 saylı materialla əlaqədar X9 verdiyi yazılı izahatı məhkəmə iclasında elan edilmiş, onun da, Cavabdeh3 ilə eyniməzmunlu izahat verdiyi məlum olmuşdur. Bundan başqa, iddiaçı iş üzrə Cavabdeh2 ilə kredit müqaviləsi bağlayaraq ondan 4000 manat məbləğində borc pul aldığını bildirsə də, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçının pula ehtiyacı olduğu üçün o, Cavabdeh2 satacağı özünə məxsus pay torpağının dəyərini, yəni 4000 manat pul almışdır. Lakin, iddiaçı ilə Cavabdeh2 arasında etibarlı münasibətlər olmadığına görə, sonuncu verdiyi pul məbləğinin rəsmiləşdirilməsi üçün yalan olaraq borc müqaviləsi bağlamışdır. Bundan sonra iddiaçı borc müqaviləsi üzrə qanunda nəzərdə tutulan iddia müddətinin keçməsini gözləmiş və hüquqdan sui-istifadə edərək əlavə gəlir əldə etmək məqsədilə ona məxsus pay torpağının qeyri-qanuni şəkildə satıldığını və ona ziyan vurulduğunu iddia etmişdir. Qeyd edilən hal məhkəmədə şahid qismində dindirilmiş X6, habelə Cavabdeh3 və X9 Hacıqabul rayon prokurorluğunda verdikləri ifadələri ilə bir daha öz təsdiqini tapır. İddiaçının idda ərizəsində daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlandıqdan sonra Hacıqabul rayon notariat ofisində X10 tərəfindən ona qarşı hədə-qorxu gəlinməsinə, razılıq ərizəsinə imza etməyə məcbur edilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddia tərəfi bu halın baş verməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.3-cü maddəyə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab edilir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarına əsasən yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir. Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Həmin Məcəllənin 365.2-ci maddəsinə əsasən etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Həmin Məcəllənin 366.1 və 366.2-ci maddələrinə əsasən etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur. Etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki halları ondan ibarət olmuşdur ki, iddiaçı özünə məxsus torpaq sahəsini iş üzrə Cavabdeh2 satmaq barədə razılıq vermiş, sonuncu torpaq sahəsinin dəyərini 4000 manat pulu qabaqcadan İddiaçı ödəmiş və onlar arasında yalan olaraq kredit müqaviləsi bağlanılmış, İddiaçı xx.xx.2020-ci il tarixdə iş üzrə digər Cavabdeh3 etibarnamə vermiş, xx.xx.2020-ci il tarixdə hüquqdan sui-istifadə edərək buna heç bir əsaslı səbəb olmadan etibarnaməni ləğv etmiş, bu barədə etibar edilmiş şəxs Cavabdeh3 və ya üçüncü şəxs Cavabdeh2 heç bir məlumat verməmiş, Cavabdeh2lə bağladığı borc müqaviləsinə görə iddia müddətinin keçməsini gözləmiş, öz mülki hüquqlarını vicdanla həyata keçirməyərək həmin müddət keçdikdən sonra isə özünə məxsus torpaq sahəsinin qeyri-qanuni şəkildə satıldığını, Hacıqabul rayon notariat ofisində təzyiqlərə məruz qaldığını əsassız olaraq bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1na və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etirbarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, əldən çıxmış faydaya görə 3000 manat, dövlət rüsumu kimi ödənilmiş 100 manat pulun Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada, mənəvi ziyana görə 7000 manat pulun isə Cavabdeh1 tutulması” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №2(071)-300/2024
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-300/2024
04.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver