Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-182/2023 27.03.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, Cavabdeh1 və üçüncü şəxsin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X15 və üçüncü şəxs DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər X15, Cavabdeh1 və üçüncü şəxs DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər ilə arasında bağlanmış, R.İnsanovaya məxsus Şamaxı rayonun Nağaraxana kəndində yerləşən ümumi sahəsi 114.6 k.m, yaşayış sahəsi 43,6 kv.m-dən ibarət olan 3 otaqlı fərdi yaşayış evinin və yerləşdiyi 0,18 ha həyətyanı torpaq sahəsinə dair alqı-satqı müaviləsinin bağlanmış hesab olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı rayonun, Nağaraxana kəndi ərazisində yerləşən vətəndaş X11 məxsus sənəd üzrə 0,18 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evini, R.V.İnsanova tərəfindən xx.xx.1999-cu il tarixdə Şamaxı rayon Nağaraxana kənd icra nümayəndəliyi vasitəsilə verilmiş vəkalətnamə əsasında çıxış edən Cavabdeh1 xx.xx.2002-ci il tarixdə almışdır. Alqı-satqı müqaviləsi bağlandıqdan sonra X11 həmin kənddən köçüb satmış olduğu evi ona təhvil verib getmişdir. Həmin vaxtdan fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi onun faktiki istifadəsindədir. Şamaxı Rayon Dövlət Texniki İnventarlaşma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən həmin ev onun adına qeydiyyata alınmış və 14 avqust 2002-ci il tarixdə 556 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsini vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün o, xx.xx.2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı ərazi idarəsinə müraciət etmiş, lakin 14 saylı Ərazi İdarəsi tərəfindən onun ərizəsinin icrasına imtina verilmişdir. İmtina məktubu onunla əsaslandırılmışdır ki, Şamaxı rayon Nağaraxan kəndi ərazisində əldə olunmuş fərdi yaşayış evinin yerləşdiyi 0,18 ha torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Torpaq islahatı zamanı Şamaxı rayon Aqrar İslahat Komitəsinin 29 may 1998-ci il tarixli 08 saylı qərarına əsasən Nağaraxana kəndi ərazisindən torpaq almaq hüququ olan subyektlərin siyahısında 320 nömrə ilə evin əvvəlki mülkiyyətçisi X9 adına qeyd olunmuş və onun adına JN-320 nömrəli şəhadətnamə tərtib olunmuşdur. Evin yerləşdiyi 0,18 ha həyətyanı torpaq sahəsi X9 mülkiyyətində qaldığına görə, həyətyanı torpaq sahəsini onun adına qeydiyyata alınması mümkün olmamışdır. Həmin imtina məktubunda nəticə etibarı ilə evin yerləşdiyi 0,18 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsi təqdim edəcəyi təqdirdə əmlakın üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyata alınması məsələsinə qanunamüvafiq qaydada yenidən baxılacağı bildirilmişdir. Bu səbəbdən də, məcbur olub hazırkı iddia tələbilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirdi ki, torpaq Nağaraxanada yerləşir, 18 sot idi. Alqı-satqı ilə bağlı çox şey yadında qalmayıb. X9 nümayəndəsi olmuş və alqı-satqıdan sonra torpaq sahəsi də evlə birlikdə İddiaçı təhvil verilmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X7 izahat verib bildirdi ki, ev iddiaçının adına olsa da, torpaq sahəsinin cavabdehin adında olması müəyyənləşdirilmişdir. Alqı-satqı müqaviləsində torpaq sahəsinə istinad edilmədiyindən iddiaçının ərizəsinin icrasından imtina olunmuşdur. Torpaq sahəsinin üzərində hazırda heç bir məhdudiyyət yoxdur. Onlara aid hissədə iddianın rədd olunmasını xahiş edir. Cavabdeh X15 və İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və cavabdeh bunun səbəbi barədə məhkəməyə məlumat verməsə də iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə iddiaçının və cavabdeh X9 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin izahatı dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X6 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 566 inventar işi nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən 114,6 m ümumi sahəsi, 43,6 m yaşayış sahəsi, 2 mərtəbədən ibarət olan 3 yaşayış otağından ibarət olan fərdi yaşayış evi Şamaxı rayon DNK-da təsdiq olunmuş xx.xx.2002-ci il tarixli RR 4ə -2-255 saylı alqı-satqı müqaviləsi əsasında X3 adına qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2002-ci il tarixli 159484 saylı, alqı-satqı müqaviləsinin surətindən görünür ki, X13 tərəfindən verilmiş vəkalətnaməyə əsasən Cavabdeh1 20 iyun 1994-cü il tarixli 556 nömrəli qeydəalma vəsiqəsinə və Şamaxı rayonlararası texniki inventarlaşdırma bürosunun xx.xx.2002-ci il tarixli 06 nömrəli arayışına əsasən Şamaxı rayonu Nağaraxana kəndində yerləşən 1975-ci ildə tikilmiş ümumi sahəsi 114,6 kv.m yaşayış sahəsi 43,6 kv.m olan üç otaqdan ibarət yaşayış evini X1. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli **********67 saylı məktubundan görünür ki, Şamaxı rayonu, Nağaraxana kəndi ərazisindən əldə olunmuş fərdi yaşayış evinin yerləşdiyi 0.18 ha torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindəntorpaq islahatı zamanı Şamaxı rayon Aqrar İslahat Komitəsinin 29 may 1998-ci il tarixli 08 saylı qərarına əsasən Nağaraxana kəndi ərazisindən torpaq almaq hüquq olan subyektlərin siyahısında 320 nömrə ilə evin əvvəlki mülkiyyətçisi X9 adına qeyd olunmuş və onun adına JN-320 nömrəli şəhadətnamə tərtib olunmuşdur. Evin yerləşdiyi 0,18 ha həyətyanı torpaq sahəsi X8 mülkiyyətində qaldığna görə, həyətyanı torpaq sahəsini onun adına qeydiyyata alınması mümkün olmamışdır. Evin yerləşdiyi 0,18 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsi təqdim edəcəyi təqdirdə əmlakın üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məsələsinə qanunamüvafiq qaydada yenidən baxıla bilər. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən ümumi sahəsi 114,6 kv.m yaşayış sahəsi 43,6 kv.m olan üç otaqlı fərdi yaşayış evi cavabdeh X2 məxsus olmuşdur. X13 Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən ümumi sahəsi 114,6 kv.m yaşayış sahəsi 43,6 kv.m olan üç otaqlı yaşayış evi Şamaxı rayon DNK-da təsdiq olunmuş xx.xx.2002-ci il tarixli xx.xx.2002-ci il saylı alqı-satqı müqaviləsi əsasında Şirinova (Bədirxanova) Xanım Mirəziz qızına 50 milyon manat satmış, torpaq sahəsini və üzərindəki tikilini iddiaçıya təhvil verərək, başqa ünvana köçüb getmişdir. Lakin, tərəflər torpağa dair alqı-satqı müqaviləsini notarial qaydada yazılı müqavilə imzalamaqla rəsmiləşdirməmişlər. Həmin dövrdən halhazıradək qeyd olunan torpaq və üzərində yerləşən evdə fasiləsiz olaraq iddiaçı və onun ailə üzvləri yaşamış və sahiblik etmişlər. Başqa sözlə, tərəflərin hər ikisi alqı-satqı müqaviləsini faktiki olaraq icra etmişlər. Lakin, onlar əqdin notarial qaydada təsdiq edilməsindən boyun qaçırmışlar. Qeyd edilənlər səbəbindən alqı-satqı müqaviləsi qanunla müəyyən edilmiş qaydada bağlanmadığından, iddiaçı torpağın mülkiyyətçisi kimi həmin torpağa dair müvafiq sənədləşdirmə işlərini apara bilmir. Bu səbəbdən o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24 iyun 2005-ci il tarixədək qüvvədə olmuş 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. “İ.K.Rəcəbovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 03 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbacyan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MM-nin 335.2-ci maddəsinin tələbinə görə əgər tərəflərdən biri notariat qadasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Məhkəmə, fərdi yaşayış evinin cavabdeh İX13 tərəfindən 50 milyon manata Şirinova (Bədirxanova) Xanım Mirəziz qızına satılmasına dair xx.xx.2002-ci il tarixli 159484 nömrəli müqavilədə fərdi yaşayış evinin bütövlükdə göstərilməsini, kənd yerlərində fərdi yaşayış evlərinin üzərində yerləşdiyi torpaq sahəsi istisna olmaqa satılmasının praktikada tətbiq edilmədiyindən alıcının fərdi yaşayış evini bu qaydada əldə etməsinin ağlabatan olmadığını, eləcə də fərdi yaşayış evi satıldığı vaxtdan cavabdehin fərdi yaşayış evini və torpaq sahəsini alıcıya təhvil verərək başqa ünvana köçüb getməsini nəzərə alaraq, müqavilə tərəflərinin torpaq sahəsinin də satılmasında razılığa gəlmələrini lakin bunun alqı-satqı müqaviləsinin məzmununa daxil etmədikləri nəticəsinə gəlir. Beləliklə məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, cavabdeh evlə birlikdə torpaq sahəsinin də satılmasına dair iradə ifadə etdiyindən, torpaq sahəsindən və tikilidən ibarət daşınmaz əmlakı iddiaçıya sataraq ona təhvil verərək, başqa ünvana köçüb getməklə torpaq sahəsini satmaqla bağlı iradəsini bir daha nümayiş etdirdiyindən, iddia tələbi təmin edilməli, 0,18 ha torpaq sahəsinin alqı-satqısına dair müqavilə bağlamış hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Şamaxı rayon, Nağaraxana kəndində yerləşən ümumi sahəsi 114,6 kv.m yaşayış sahəsi 43,6 kv.m olan üç otaqlı fərdi yaşayış evinin yerləşdiyi 0,18 ha həyətyanı torpaq sahəsinə dair X13 ilə Şirinova (Bədirxanova) Xanım Mirəziz qızı arasında xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-182/2023
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-182/2023
27.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver