Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-163/2023 03.10.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X14 qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “uşağın himayəyə verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh iddia ərizəsi və daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 16 iyul 2009-cu il təvəllüdlü X10 onun himayəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin bildirdi ki, tərəflərin arasında bağlanmış nikah qeydi pozulmuş və uşaqlar ananın himayəsinə verilmişdir. Hazırda cavabdehlə birgə nikahdan doğulmuş 16 iyul 2009-cu il təvəllüdlü X16 İddiaçı, 23 iyul 2013-cü il təvəllüdlü X11 isə Cavabdeh yanında qalması barədə razılığa gəlmişlər. Əlavə olaraq da uşağın saxlanılması üçün aliment tələbi yoxdur. Bu barədə olan ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X5 izahatında göstərdi ki, iddiaçı ilə cavabdeh arasında 16 iyul 2009-cu il təvəllüdlü X10 iddiaçının, 23 iyul 2013-cü il təvəllüdlü X6 isə cavabdehin yanında qalması barədə razılığa gəlmişlər. Eyni zamanda iddiaçıdan uşağın saxlanması üçün aliment tələbi yoxdur. Bu barədə olan ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında dindirilən 16 iyul 2009-cu il təvəllüdlü X16 atası İddiaçı ilə qalmaq istədiyini bildirdi. Məhkəmə iclasında dindirilən 23 iyul 2013-cü il təvəllüdlü X11 anası Cavabdeh ilə qalmaq istədiyini bildirdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 023602 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X16 16 iyul 2009-cu ildə Tər-Tər rayonunun, Azadqaraqoyunlu kəndində doğulmuş, atası İddiaçı, anası X4r; Goranboy Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 253970 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X11 23 iyun 2013-cü ildə Goranboy şəhərində doğulmuş, atası İddiaçı, anası X4r; Goranboy Rayon Mərkəzi X8 Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Əliyev X7 MRX-nin poliklinikasının ruhi-əsəb kabinetində dispanser qeydiyyatında dayanmır; Goranboy Rayon Mərkəzi X8 Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Əliyev X7 MRX-nin poliklinikasının narkoloji kabinetində dispanser qeydiyyatında dayanmır; Tər-Tər rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(061)-467/2021 saylı qanuni qüvvəsini almış qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 27 dekabr 2012ci il tarixdə Goranboy rayon Qeydiyyat şöbəsində bağlanmış 313 saylı nikah qeydi pozulmuş, birgə nikahlarından anadan olmuş X16 və X11 anası Cavabdeh yanında saxlanılmış və İddiaçı 16 iyul 2009-cu il təvəllüdlü X10 və 23 iyul 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 120 manat, cəmi 240 manat məbləğində aliment fevral 2021-ci il tarixdən hesablanmaqla tutularaq Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir; Tər-Tər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 405923 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı və Cavabdeh Tər-Tər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah xx.xx.2021-ci il tarixdə pozulmuşdur; Maraqlı şəxs başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyindən görünür ki, adı çəkilən Komissiya 16 iyul 2009-cu il təvəllüdlü X10 atası İddiaçı, 23 iyul 2013-cü il təvəllüdlü X6 anası Əliyeva (Heydərli) Yasəmən Rəşid qızının yanında qalmalarını və himayəsinə verilmələrini məqsədəmüvafiq hesab edir; İddiaçının nümayəndəsi X1 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, iddiaçının cavabdehdən heç bir aliment tələbi yoxdur; Cavabdehin nümayəndəsi X2 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, cavabdehin 16 iyul 2009-cu il təvəllüdlü X10 iddiaçının himayəsinə verilməsinə razıdır, onun iddiaçıdan hər hansı aliment tələbi yoxdur. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, uşaqların fikirlərini nəzərə alıb, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Tər-tər rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə 16 iyul 2009cu il təvəllüdlü X10 və 23 iyul 2013-cü il təvəllüdlü X6 tərəflər arasındakı nikah pozulduqdan sonra anaları Cavabdeh himayəsinə verilməsi qət edilsə də, uşaqlardan 16 iyul 2009-cu il təvəllüdlü X16 faktiki olaraq hazırkı iş üzrə iddiaçının yanında yaşayıb təhsil alır, uşağa onun tərəfindən qayğı göstərilmiş və tərbiyə verilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisə aşağıdakı hüquq normalarına müvafiq olaraq həll edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər; 60-cı maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidir. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir; 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının (bundan sonra – Plenum Qərarı) 7.1-ci bəndində göstərilmişdir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz. Nikahın pozulması tələbinə dair işə baxılarkən yetkinlik yaşına çatmayan ümumi uşaqların hansı valideynin yanında qalmaları ilə bağlı mübahisə yaranarsa, eləcə də uşaqların kimin yanında qalması ilə bağlı ər-arvad arasında bağlanmış saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa məhkəmə iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq uşağın maraqlarının müdafiəsi üçün Ailə Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş qaydada qəyyumluq və himayə orqanını işdə iştirak etməyə cəlb etməlidir. Həmin orqan mübahisə ilə bağlı uşağın və ayrı yaşayan valideynlərin həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair əsaslandırılmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Zərurət olduqda, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 97-ci maddəsinin tələbinə müvafiq olaraq məhkəmə-psixoloji ekspertizası da təyin edilə bilər. Alınan rəylər məhkəmə üçün məcburi əhəmiyyətə malik deyil və onlar məhkəmə tərəfindən uşağın üstün mənafeyi əsas götürülməklə MPM-in 88-ci maddəsi ilə müəyyən edilmiş qaydada qiymətləndirilir. Uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədəmüvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Məhkəmələrə izah edilsin ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” ifadəsi uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə 10 yaşına çatmış uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Yuxarıda qeyd olunan işin halları və normativ hüquqi sənədlərə əsasən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, valideynlərin nikahları rəsmi olaraq pozulduqdan və yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən kimin yanında qalmasının müəyyən edilməsindən asılı olmayaraq hər bir valideyn (ata və ya ana) öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar, uşağın tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşağın hüquq və mənafeləri, onun rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur, uşaqdan ayrı yaşayan valideyn onunla ünsiyyət hüququna, uşağın tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqdan ayrı yaşayan valideyn öz uşağı haqqında tərbiyə və müalicə, sosial müdafiə və digər müvafiq müəssisələrdən məlumat almaq hüququna malikdir. Məhkəmə yetkinlik yaşına çatmayan 16 iyul 2009-cu il təvəllüdlü X10 atasınınn himayəsinə verilməsi məsələsinə dair qeyd edir ki, tərəflərin birgə nikahından doğulmuş 16 iyul 2009-cu il təvəllüdlü X16 hazırda atası İddiaçı yanında qalır və onunla yaşamaq istəyir. Həmçinin, Maraqlı şəxs başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyası da 16 iyul 2009-cu il təvəllüdlü X10 atasının yanında qalmasını və himayəsinə verilməsini məqsədəmüvafiq hesab etmişdir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, uşağın mənafeyi baxımından, onun tərbiyəsi və inkişafı üçün şərait yaradılması baxımından, onun özünün qalmaq istədiyi valideyn himayəsindən kənar şəraitdə yaşamasının qarşısının alınması baxımından, əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının təmin olunması baxımından, artıq vərdiş etdiyi şəraitdə yaşamasının təmin olunması baxımından və digər diqqətəlayiq halları nəzərə alaraq qeyd edir ki, 16 iyul 2009-cu il təvəllüdlü X16 İddiaçı himayəsinə verilməsi onun maraqlarına zidd deyildir və ilk növbədə uşağın mənafeyinə xidmət edəcəkdir. Aliment məsələsinə dair məhkəmə qeyd edir ki, tərəflər hazıkı iş üzrə uşaqların saxlanılması üçün aliment tələb etmirlər. Tərəflərin bu barədə ərizələri nəzərə alınmalı və hazırkı iş üzrə uşaqların saxlanılması üçün aliment müəyyən edilməməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş 16 iyul 2009-cu il təvəllüdlü X16 İddiaçı himayəsinə verilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş 16 iyul 2009-cu il təvəllüdlü X16 İddiaçı himayəsinə verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-163/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-163/2023
03.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver