Məhkəmə qərarları › İş №2(045)-1630/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1630/2025

17.10.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1630/2025 17.10.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi, İddiaçı və nümayəndəsi Vəkil qızının, Cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik X10 rayon Mərkəzi Xəstəxanasının nümayəndəsi Allahverdiyev Elvin Alim oğlunun iştirakı ilə, İddiaçı cavabdeh “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik X10 rayon Mərkəzi Xəstəxanasına qarşı “28 iyul 2025-ci il tarixli, 18-1-39/3-1-1047/2025” nömrəli əmrinin (onunla bağlanmış əmək müqaviləsinə əmək müqaviləsinə xitam verilməsinə dair) ləğv edilməsi və cavabdehin üzərinə onunla yenidən əmək müqaviləsi bağlanması öhdəliyinin qoyulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə və daha sonra dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi " X16 Goranboy Rayon Mərkəzi Xəstəxanası " X11 28 iyul 2025-ci il tarixli, 18-1- 39/3-1-1047/2025” nömrəli əmrin qanunsuz və əsasız hesab edilməklə ləğv edilməsi, iddiaçının həmin Publik Şəxsdə əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma günləri üçün əmək haqqının cavabdehdən iddiaçının xeyrinə tutulamsına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi "X16 "Goranboy Rayon Mərkəzi Xəstəxanası" X12, Dəliməmmədli "Ailə Sağlamlıq Mərkəzi"ndə bölmə müdiri (həkim ) vəzifəsində 2008-ci ildən etibarən işləmişdir. Əmək məzuniyyətində olmuş və məzuniyyət müddəti xx.xx.2025-ci il tarixdə başa çatmışdır. Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi "X16 Goranboy Rayon Mərkəzi Xəstəxanası" X11 rəhbərliyi tərəfindən ona bildirilmişdir ki, xx.xx.2025-ci il tarixdə işə başladığı gün, “biz Sizinlə bağlanmış əmək müqaviləsinə xitam verəcəyik” (70 yaşı tam olması səbəbilə). Qeyd edir ki, onun 70 yaşı 22 iyun 2024-cü il tarixdə tamam olsa da, o, əmək fəaliyyətini davam etdirmişdir. Onun 70 yaşı tamamdır. Müharibə iştirakçısıdır, tibb elmləri namizədi, 30-a qədər elmi əsərlərin və məqalələrin müəllifidir. xx.xx.2025-ci il tarixdə "Goranboy Rayon Mərkəzi Xəstəxanası "X15 tərəfindən verilmiş 18-1-39/3-1-1047/2025 nömrəli əmrə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir (dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın son yaş həddinə çatması səbəbilə). Ona münasibətdə "Goranboy Rayon Mərkəzi Xəstəxanası" X15 tərəfindən verilmiş xx.xx.2025ci il tarixli, 18-1-39/3-1-1047/2025 nömrəli əmri qanunsuz və əsassız hesab edir. Belə ki, hal-hazıradək "Goranboy Rayon Mərkəzi Xəstəxanası" X9 70 yaşlı həkimlər vardır ki, həmin həkimlərin sağlıq durumları, eyni zamanda peşəkarlıq səviyyələri heç də ondan yaxşı deyildir. Lakin, Goranboy Rayon Mərkəzi X1 işdən kənarlaşdırmış və onunla əmək müqaviləsinə xitam verilmişdir. O, bunun səbəbini rəhbərliyin ona qarşı olan qərəzli münasibəti ilə əlaqələndirir. Həmçinin, o, vəzifəsi ilə yanaşı, elmi axtarışlarla da məşğuldur. Habelə, ölkədə keçirilən seçkilər zamanı həmişə seçkili orqanlarda rəsmi iştirak etmiş, digər dövlət tədbirlərində də aktiv olmuşdur. Hesab edir ki, ona qarşı olan qərəzli münasibət ağıldan daha çox instinqlərlə idarə olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia ərizəsini qəbul etməyərək, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, iş yükünün çoxluğunu və həkim çatışmazlığını nəzərə alaraq, çalışdığı vəzifədə saxlanılmaqla uşaq şöbəsinin həkim-pediatrı X3, intensiv terapiya bölməsinin həkim-pediatrı X6 və Ginekologiya və doğum şöbəsinin həkimneanotoloqu X4 çalışma müddətinin qanunvericiliyin tələbinə uyğun olaraq 6 ay uzadılmasına rəhbərlik tərəfindən etiraz edilməmişdir. Lakin iddiaçıya münasibətdə yuxarıda qeyd olunan hallar olmadığı üçün onun çalışma müddətinin uzadılması məqsədəuyğun hesab edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi " X16 Goranboy Rayon Mərkəzi Xəstəxanası " X15 tərəfindən verilmiş 28 iyul 2025-ci il tarixli, 18-1-39/3-1- 1047/2025 saylı əmrdən görünür ki, "Goranboy Rayon Mərkəzi Xəstəxanası" X11in İSX (ASM) şöbəsinin Dəliməmmədli ASM bölməsində bölmə müdiri vəzifəsində çalışan İddiaçı çalışmanın yaş həddi 22 iyun 2024-cü il tarixdə bitmişdir. Müstəsna hal olaraq əmək müqaviləsinin müddəti müddəti 21 dekabr 2024-cü il tarixdək 6 ay müddətinə uzadılmışdı. Müqavilənin müddəti bitdiyi tarixdən 21 dekabr 2024-cü il tarixdən sonra, işçi xəstəlik vərəqəsi təqdim etdiyinə, məzuniyyətdə olduğuna eləcədə qanunla nəzərdə tutulan ictimai (seçki ilə bağlı) vəzifənin icrasında iştirak etdiyinə görə əmək müqaviləsinə xitam verilməsi yubanmışdır. İddiaçı əmək müqaviləsinə 28 iyul 2025-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən işçinin çalışmanın yaş həddinə çatması ilə əlaqədar xitam verilmişdir; Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi " X16 Goranboy Rayon Mərkəzi Xəstəxanası " X15 tərəfindən verilmiş 30 iyul 2025-ci il tarixli, 18-1/2- 6710/2025 saylı müraciətə baxılması haqqında məktubundan görünür ki, İddiaçı 1977-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Pediatriya fakültəsini müvəffəqiyyətlə bitirərək həkim-pediatr ixtisasına yiyələnmişdir. Tibb sahəsində fəaliyyətini davam etdirərək o, 1984-cü ildə Azərbaycan SSR Səhiyyə Nazirliyi nəzdində fəaliyyət göstərən attestasiya komissiyasından keçmiş və nəticə olaraq cərrah-stomatoloq ixtisası üzrə müvafiq peşə səriştəsini təsdiqləmişdir. İddiaçı praktik tibb fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssisi kimi, Azərbaycan Respublikasının mövcud qanunvericiliyində nəzərdə tutulmuş qaydalara əsasən, 19 yanvar 2023- cü il tarixində stomatoloq ixtisası üzrə növbəti sertifikasiyadan uğurla keçmiş və bu barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş sertifikasiya şəhadətnaməsi ilə təmin olunmuşdur. Əlavə olaraq qeyd edirik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 iyun 2010-cu il tarixli 108 nömrəli Qərarı ilə təsdiq olunmuş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydasfna uyğun olaraq Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş səhiyyə mütəxəssislərinin peşəkarlıq səviyyəsinir və peşə yararlılığının yoxlanılması məqsədi ilə onlar beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər Həmin qaydanın 2.1-ci maddəsinə uyğun olaraq tibb müəssisələrində çalışan və özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan tibb mütəxəssislərinin sertifikasiyası Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir; Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən 21 yanvar 2023-cü il tarixli Sertifikasiya Şəhadətnaməsindən görünür ki, İddiaçı 19 yanvar 2023-cü il tarixində həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində stomatologiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir; 11 aprel 1989-cu il tarixli, PB № 033500 Diplomun dublikatından görünür ki, İddiaçı 1971-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş və 1977-ci ildə pediatriya ixtisası üzrə tam kursu bitirmişdir; 28 mart 1985-ci il tarixli, № 3805 xidməti vəsiqədən görünür ki, İddiaçı 22 iyun 1984cü il tarixdə Azərbaycan SSR Səhiyyə Nazirliyi nəzdində olan attestasiya komissiyasından keçmiş və Səhiyyə Nazirliyinin 26 mart 1985-ci il tarixli, 101-K №-li əmri ilə ona birinci dərəcəli həkim cərrah-stomatoloq adı verilmişdir; Verilmiş sorğulara cavab olaraq Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi " X16 tərəfindən verilmiş çalışma müddətinin uzadılması haqqında məktublardan görünür ki, iş yükünün çoxluğunu və həkim çatışmazlığını nəzərə alaraq, çalışdığı vəzifədə saxlanılmaqla uşaq şöbəsinin həkim-pediatrı X3, intensiv terapiya bölməsinin həkim-pediatrı X6 və Ginekologiya və doğum şöbəsinin həkim-neanotoloqu X4 çalışma müddətinin qanunvericiliyin tələbinə uyğun olaraq 6 ay uzadılmasına etiraz edilməmişdir. Məhkəmə prosess iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı 1977-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Pediatriya fakültəsini müvəffəqiyyətlə bitirərək həkim-pediatr ixtisası üzrə ali təhsil almışdır. Tibb sahəsində fəaliyyətini davam etdirərək o, 1984-cü ildə Azərbaycan SSR Səhiyyə Nazirliyi nəzdində fəaliyyət göstərən attestasiya komissiyasından keçmiş və nəticə olaraq cərrah-stomatoloq ixtisası üzrə müvafiq peşə səriştəsini təsdiqləmişdir. İddiaçı praktik tibb fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssisi kimi Azərbaycan Respublikasının mövcud qanunvericiliyində nəzərdə tutulmuş qaydalara əsasən, 19 yanvar 2023-cü il tarixində stomatoloq ixtisası üzrə növbəti sertifikasiyadan uğurla keçmiş və bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş sertifikasiya şəhadətnaməsi ilə təmin olunmuşdur. 2008-ci il tarixdən İddiaçı "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi "X16 "Goranboy Rayon Mərkəzi Xəstəxanası" X12, Dəliməmmədli "Ailə Sağlamlıq Mərkəzi"ndə bölmə müdiri (həkim) vəzifəsində işləməyə başlamışdır. 22 iyun 2024-cü il tarixdə İddiaçı Dəliməmmədli ASM-də bölmə müdiri vəzifəsində çalışmanın yaş həddi bitmişdir. Müstəsna hal olaraq əmək müqaviləsinin müddəti 21 dekabr 2024-cü il tarixədək 6 ay müddətinə uzadılmışdır. 28 iyul 2025-ci il tarixdə İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən çalışmanın yaş həddinə çatması ilə əlaqədar xitam verilmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilərək, onun əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma günləri üçün əmək haqqının cavabdehdən onun xeyrinə tutulamsını məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış fərdi əmək mübahisəsi aşağıda qeyd olunan qanunvericilik normalarının tətbiq olunması əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ-İV hissələrinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi): 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır; 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək müqaviləsinin ləğv olunması ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir; 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Əmək münasibətləri dedikdə - əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əmək haqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə Əmək Məcəlləsinin prinsiplərinə əsaslanan münasibətlər başa düşülür (Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci hissəsi). Nəzərə alınmalıdır ki, əmək hüququ - işçi ilə işəgötürən arasında heç bir ayrıseçkilik olmadan sərbəst qaydada əmək münasibətlərini yaratmaq imkanını ehtiva edir. İlk növbədə məhkəmə qeyd edir ki, əmək müqaviləsi üzrə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl etməklə onların qarşılıqlı razılıq əsasında dövlət büdcəsindən maliyyələşən müəssisələrdə 65 yaşına çatmış işçilərin həmin müəssisədə çalışma müddətinin işəgötürən tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadılmasının mümkünlüyünü və bu müddət qurtardıqdan sonra ona xitam verilməsini tənzimləyən Əmək Məcəlləsinin 10-1.1, 10-1.2-ci maddələri; habelə 70-ci maddəsinin e) bəndi ilə, həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndi və 73-cü maddəsinin 1-ci hissəsi əlaqəli şəkildə təhlil edilməlidir. Sözügedən normada, habelə Əmək Məcəlləsinin 10-1.2-ci maddəsində göstərilir ki, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Göründüyü kimi Əmək Məcəlləsinin 10-1-ci maddəsində hər hansı müddətli əmək müqaviləsinin bağlanmasından və ya onun uzadılmasından deyil, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın son yaş həddinə çatmış işçisinin həmin müəssisədə çalışma müddətinin işəgötürən tərəfindən hər dəfə 1 ildən çox olmayaraq 5 ilədək uzadıla bilməsindən bəhs olunur, yəni həmin norma əslində işçi ilə yeni müddətli əmək müqaviləsinin bağlanmasını və ya onun uzadılmasını deyil, müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddətinin işəgötürən tərəfindən hər dəfə 1 ildən çox olmayaraq, 5 ilədək uzadıla bilməsinin mümkünlüyünü tənzimləyir. Başqa sözlə Əmək Məcəlləsinin 10-1-ci maddəsi həmin Məcəlləyə sonradan əlavə edilmiş xüsusi bir normadır və bu norma dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddətini müəyyən edir. Yəni, Əmək Məcəlləsinin 10-1.2-ci maddəsində nəzərdə tutulan “hər dəfə 1 ildən çox olmayaraq 5 ilədək uzadıla bilən müddət” üçün işçi ilə işəgötürən arasında yeni müddətli əmək müqaviləsinin bağlanması tələb olunmur və işəgötürən sadəcə olaraq əmək müqaviləsi üzrə müəssisədə çalışan işçisinin 65 yaşına çatmasını nəzərə alaraq, onun müəssisədə çalışma müddətini hər dəfə 1 ildən çox olmayaraq uzada və ya uzatmaya bilər. Göründüyü kimi sözügedən normada dövlət büdcəsindən maliyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddətinin uzadılması zamanı “hər dəfə 1 ildən çox olmayaraq” söz birləşməsindən istifadə olunur, yəni qanunverici işəgötürənə bu haqqı tanıyarkən onun üzərinə həm də 65 yaşına çatmış işçinin öz əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmək iqtidarında olubolmadığını yoxlamaq öhdəliyi qoyur. Məhkəmə hesab edir ki, Əmək Məcəlləsinin 10-1.2-ci maddəsində dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddətinin hər dəfə 1 ilədək, 5 ildən artıq olmamaqla uzadılması üçün konkret meyarlar müəyyən edilməsə də, belə meyarlara işçinin tam əmək qabiliyyətinə, dərin nəzəri biliyə, böyük iş və həyat təcrübəsinə malik olması, əmək funksiyasını yüksək peşəkarlıq səviyyəsində yerinə yetirməsi, həmin müəssisədə və tutduğu vəzifədə uzun illər qüsursuz işləməsi, mədəni, əxlaqi keyfiyyətləri və sair aid edilə bilər. Hazırkı işdə işəgötürən xx.xx.2019-cu il tarixdə 65 yaşı tamam olmuş iddiaçının sözügedən Dəliməmmədli ASM-də çalışma müddətini 28 iyul 2025-ci il tarixədək uzatmışdır. Lakin, sonrakı mərhələdə işəgötürən, iddiaçı ilə əmək münasibətini davam etdirməmək barədə iradəsini ifadə edərək 28 iyul 2025-ci il tarixli, 18-1-39/3-1-1047/2025 saylı əmrlə artıq 71 yaşını keçmiş iddiaçı ilə çalışma müddətini daha müəyyən müddətə uzatmaqdan imtina edərək, onunla əmək münasibətinə xitam vermişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları: əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Həmin normanın mənasına görə dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda, işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilə bilər. Göründüyü kimi işəgötürən tərəfindən işçi ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndində nəzərdə tutulan əsasla xitam verilməsi üçün iki şərtin eyni vaxtda mövcud olması tələb olunur: - işçi dövlət büdcəsindən maliyyələşən müəssisədə çalışmalıdır; - işçi çalışmanın son yaş həddinə, yəni 65 yaşa çatmalıdır. Bu iki şərt mövcud olduğu halda işəgötürən, işçi ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən xitam verə bilər. Yəni, “dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın son yaş həddinə, yəni 65 yaşına çatdıqda” əmək müqaviləsinə xitam vermək (çalışma müddətinin uzadılması istisna olmaqla) işəgötürənin hüququ deyil, vəzifəsidir. Belə ki, işəgötürən istəsə də dövlət büdcəsindən maliyyələşən müəssisədə çalışan 65 yaşına çatmış işçi ilə əmək münasibətlərini (çalışma müddətinin uzadılması istisna olmaqla) davam etdirə bilməz, çünki buna Əmək Məcəlləsinin 10-1.1-ci maddəsinin tələbləri yol vermir. Həmin normada imperativ qaydada göstərilir ki, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın son yaş həddi 65-dir. Məhkəmə, həmçinin hesab edir ki, işəgötürən tərəfindən işçinin çalışma müddəti hər dəfə 1 ildən çox olmayaraq 70 yaşınadək uzadıldıqdan sonra da işəgötürən bir həftə ərzində müqaviləyə xitam verilməsini tələb etməmişsə, həmin müqavilə əvvəl müəyyən olunmuş müddətə, yəni işçinin 71 yaşınadək də uzadıla bilər. Halbuki, işçinin çalışma müddətinin 71 yaşınadək uzadılması qanunla qadağandır, yəni dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın son yaş həddi 65-dir və yuxarıda göstərilən meyarlar olduqda isə işəgötürən işçinin çalışma müddətini hər dəfə 1 ildən çox olmayaraq, maksimum 5 ilədək- 70 yaşınadək uzada bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli, 180 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında xüsusi xidmətlərin meyarları qismində aşağıdakılar nəzərdə tutulımuşdur: 1.1. Azərbaycan Respublikasının orden və medalları ilə təltif edilmə; 1.2. Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmə; 1.3. işlədiyi sahə üzrə elmi dərəcəsinin və ya elmi adının olması; 1.4. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və ya müxbir üzvü olması; 1.5. Dövlət mükafatı laureatı olması. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi üçün qanunla nəzərdə tutulan bütün əsaslar mövcud olmuş və işəgötürən öz hüququndan istifadə edərək, onunla iddiaçı arasında olan əmək münasibətlərinə xitam vermişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsаsən MPM-in 213, 216-220, 227 və 230-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ЕTDİ: İddia təmin edilməsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar