Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1730/2023 11.10.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X9 qızının katibliyi, Ərizəçi nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) “doğumun qeyd olunmasının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun xx xxxx *932-ci il tarixdə Goranboy (keçmiş Qasım İsmayılov) rayonunun, Boluslu kəndində doğulmağı, atasının milliyətcə azərbaycanlı olmuş X8, anası milliyətcə azərbaycanlı olmuş X7 olması müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxx *932-ci ildə Goranboy rayonunun Boluslu (keçmiş Cinliboluslu) kəndində doğulmuş və hal-hazirda da həmin kənddə yaşayır. X* 20 aprel *998-ci ildə Goranboy rayonunda vəfat etmişdir. Goranboy rayon Boluslu kənd icra nümayandəliyinin 06 fevral 2023-cü il tarixli 67 saylı arayışından da görünür ki, X* *9 aprel *988-ci ildə ölmüş və ölən günədək Boluslu kendində qeydiyyatda olmaqla həmin kənddə yaşamışdır ve öləndən sonra aşağıdakı tərkibdə ailə üzvü qalmışdır: qızı Ərizəçi *932-ci il. O, X4 övladı olaraq yeganə vərəsəsidir. Ona görə də, Goranboy rayon notariat kontoruna müraciat etmişdi ki, ona vərəsəlik haqqında şahadətnamə verilsin. Notariat kontoru ondan miras qoyanla qohumluq faktını təsdiq edən müvafiq sənədi, yəni doğum şəhadətnaməsini tələb etmişdir. Lakin, onun doğumu barədə sənədi olmadığına görə o, Maraqlı şəxsnə ərizə ilə müraciat etmişdir. Həmin şöbənin 08 iyun 2023-cü il tarixli məktubu ilə ona bildirilmişdir ki, bu barədə akt qeydləri kitabında heç bir qeydiyyat yoxdur, ona məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. İndi tələbi ondan ibarətdir ki, onun xx xxxx *932-ci il tarixdə Goranboy (keçmiş Qasım İsmayılov) rayonununun Boluslu (keçmiş Cinliboluslu) kəndində doğulmağı, atasının milliyyətcə azerbaycanlı X8, anasının milliyyətcə azərbaycanlı X7 olması faktı müəyyən edilərək, bu barədə akt qeydləri kitabında müvafiq bərpa qeydləri aparılsın. O, həmin faktı başqa qaydada müəyyən etdirə bilmir, bu faktin müəyyən edilməsinə dair məhkəmə qətnaməsi yeganə vərəsə kimi anasından almış kənd təsərrüfatı məhsullarının istehsalı torpağına sahiblənmək hüququnun olması üçün lazımdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi X6 ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Maraqlı şəxsnə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) *85.5-ci maddəsinin tələblərinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: JN 403, KOD 509*00*8 nömrəli “torpağa mülkiyyə hüququna dair” dövlət aktından görünür ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının *7 fevral *999-cu il tarixli 07 saylı qərarına əsasən 0,64 hektar torpaq sahəsi Goranboy rаyоnu, Boluslu sakini X4 mülkiyyətinə verilmişdir; Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-*6-5/8-*5-407/2023 nömrəli məktubdan görünür ki, Ərizəçi doğumu Maraqlı şəxs arxivində və avtomaşdırılmış qeydiyyat informasiya sistemində aşkar edilməmişdir; Goranboy Rayon Notariat Ofisi tərəfindən verilmiş *62 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, mirasqoyanla qohumluq faktını təsdiq edən sənədi (doğum haqqında şəhadətnamə) təqdim etməyi, əgər həmin sənəd yoxdursa və doğum qanunamüvafiq qaydada qeydə alınmamışdırsa müvafiq fakt təsdiqi ilə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Goranboy rayon Dövlət Arxivi tərəfindən verilmiş 3-48-*5-*2A/2-B-20/6/2023 nğmrəli, 03 fevral 2023-cü il tarixli arayışından görünür ki, X4 doğum təvəllüdünü təsdiq edən arxiv arayışının verilməsi imkan xaricindədir; Maraqlı şəxs tərəfindən verilmiş *50-05/70 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X4 Goranboy VVAQ şöbəsində və arxivində nikah akt qeydi tapılmamışdır; Goranboy rayonu, Cinliboluslu kənd icra nümayəndəliyi tərəfindən verilmiş V-ЖГ seriyalı 257492 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X7 *9 aprel *998-ci ildə “ateroskleroz” səbəbindən ölmüşdür; Goranboy rayon Boluslu kənd icra nümayəndəliyi tərəfindən verilmiş 53* nömrəli ** oktyabr 2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi 0*.0.*932-ci ildə Goranboy rayonu, Cinliboluslu kəndində doğulmuşdur. X3, X*dır. (əsas: 02 saylı ev təsərrüfatının uçotu kitabı, 4* saylə səhifə, *30 saylı təsərrüfat). Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPMin): 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.**-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Ərizəçi xx.xx.*932-ci ildə Goranboy rayonu, Boluslu (keçmiş adı Cinliboluslu) kəndində doğulmuşdur, atası milliyyətcə azərbaycanlı X8, anası milliyyətcə azərbaycanlı X5r. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: *58.*-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır; *59.*-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır; *66.*-ci maddəsinə əsasən doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. *66.2-*-ci maddəsinə əsasən doğum faktının müəyyən edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. MPM-in: *4.2-ci mаddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir; 77.*-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələblərinin və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir; 2*7.4-cü mаddəsinə əsаsən məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.*932-ci ildə Goranboy (keçmiş adı Qasım İsmayılov) rayonu, Boluslu (keçmiş adı Cinliboluslu) kəndində doğulması faktı müəyyən edilməli, akt qeydləri kitabının ata adı qrafasında X8, milliyyəti qrafasında azərbaycanlı, ana adı qrafasında X7, milliyyəti qrafasında azərbaycanlı qeyd edilməlidir. Qeyd olunanlara əsasən, MPM-in 2*6-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.*932-ci ildə Goranboy (keçmiş adı Qasım İsmayılov) rayonu, Boluslu (keçmiş adı Cinliboluslu) kəndində doğulması faktı müəyyən edilsin, akt qeydləri kitabının ata adı qrafasında X8, milliyyəti qrafasında azərbaycanlı, ana adı qrafasında X7, milliyyəti qrafasında azərbaycanlı qeyd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-1730/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1730/2023
11.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver