Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-1777/2023 11.08.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Mən, Goranboy Rayon Məhkəməsinin hakimi Mustafayev Taleh Məhəmmədəli oğlu Ərizəçi “Mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair” ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi ərizəilə məhkəməyə müraciət edərək, Goranboy rayonunun Təhlə kəndində yerləşən anası X* miras qalmış 0,99 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair mirası faktiki qəbul etməyinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, “Elektron Məhkəmə” İnformasiya sistemindən və ərizəçinin şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinın yaşayış yeri Qəbələ rayonu, Aydınqışlaq kəndi qeyd edilmişdir. Belə olan halda, ərizəyə ərazi aidiyyəti qaydaları pozulduğu üçün Goranboy Rayon Məhkəməsində baxıla bilməz. Bundan başqa iş materiallarında olan 29.*2.2022-ci il tarxili, 760* saylı qəbzdən görünür ki, *00 manat dövlət rüsumu Ərizəçi tərəfindən ödənilməli olduğu halda, X2 adlı şəxs tərəfindən ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 35.*-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; *52.*.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır; *52.*.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 309.*-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəməyə müraciət edilərkən hər bir şəxs iddia ərizəsinə və ya onun verilməsinə dair MPM-lə müəyyən edilmiş qaydaya, formaya və məzmuna, həmin sənədlərə dair müəyyən edilmiş tələblərə əməl etməlidir. Beləliklə, gəldiyim nəticəyə görə ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, MPM-in *52, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi “Mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair” ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiya geri qaytarılsın. Ərizəçi izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra *0 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-1777/2023
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-1777/2023
11.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver