Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-183/2023 25.01.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X24 qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) (X4 maraqlı şəxs qismində cəlb edilməklə) “mirasın qəbul edilməsinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X* ona miras kimi qalmış Goranboy rayonu Düzqışlaq (Ağamalıoğlu) kəndində yerləşən 0,48 ha torpaq sahəsini faktiki qəbul etməsi barədə qətnamə çıxarılmasınıı xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, X*2 onun anası olmuşdur. Mərhum anası Şərqiyyə Abbasovaya 09.*2.*998-ci ildə 0,48 ha Ağamalıoğlu kəndində torpaq sahəsi verilmişdir. Anası 29.**.200*-ci ildə vafat etmişdir. Ailədə ondan başqa X4 adlı bir bacısı da var və anası vəfat etdikdən sonra bacısı miras payından imtina etmiş və vərəsə kimi tək o qalmışdır. Lakin qanunla müəyyən edilmiş müddətdə mirasın qəbulu barədə notariat orqanına müraciət etməmişdir. Sonradan ərizə ilə Maraqlı şəxsnə müraciət etdikdə qanunvericiliklə müəyyən edilmiş müddəti buraxdığına görə vərəsəlik şahədətnaməsi verilməsindən imtina edilmişdir. Mirasın qəbul edilməsi faktının müəyyən edilməsi üçün xüsusi icraat qaydasında məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin, bildirdi ki, Goranboy rayon Düzqışlaq kəndində yerləşən 0,48 ha torpaq sahəsi ona və bacısı Qızxanım Abbasovaya mərhum anası X*2 tərəfindən miras qalmışdır. X*7 miras payından imtina etmiş və o, vərəsə kimi tək qalmışdır. Hazırda mərhum anasından miras qalmış pay torpağını o, idarə edir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs X4 verdiyi ifadəsində bildirdi ki, Ərizəçi onun bacısıdır. X* onlara Goranboy rayonu Düzqışlaq kəndində yerləşən 0,48 ha torpaq sahəsi miras qalmışdır. O, anasının vəfatından sonra miras payından imtina etmişdir. Hazırda pay torpaq sahəsindən bacısı istifadə və idarə edir. Odur ki, qeyd edilənləri nəzərə alaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) *85.5-ci maddəsinə əsasən işə həmin maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını, maraqlı şəxsin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: JN 288, Kod 50900038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının 09 dekabr *998-ci il tarixli, 40 saylı qərarına əsasən 0,48 hektar torpaq sahəsi Goranboy rayonu, Ağamalıoğlu kənd sakini X5 mülkiyyətinə verilmişdir; Qasım İsmayılov rayon Ağamalıoğlu kənd sovetliyi tərəfindən verilmiş, İ-JQ seriyalı 338344 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi Firuddin qızı xx.xx.*973-cü ildə Qasım İsmayılov rayonunun Ağamalıoğlu kəndində doğulmuş, atası X9, anası X6r; Qasım İsmayılov rayon VVAQ şöbəsi tərəfindən verilmiş, İ-JQ seriyalı 337*87 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 *4 aprel *966-cı ildə Qasım İsmayılov rayonunun Ağamalıoğlu kəndində doğulmuş, atası X9, anası X6r; Qasım İsmayılov rayon Ağamalıoğlu kənd sovetliyi tərəfindən verilmiş, İİ-JQ seriyalı 405982 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X*0 ilə X** arasında nikah *9 mart *982-ci il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında *0 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra sonuncuya “Abbasova” soyadı verilmişdir; Mingəçevir şəhər nikah evi tərəfindən verilmiş, İV-JQ seriyalı 46257* nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X*4 ilə X4 arasında nikah ** mart *989-cu il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 8* nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra sonuncuya “Məmmədova” soyadı verilmişdir; Qasım İsmayılov rayon Ağamalıoğlu kənd soveti tərəfindən verilmiş, İİ-JQ seriyalı 298524 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X*0 *2.04.*982-ci ildə “qara ciyər serrozu” səbəbindən ölmüşdür; Goranboy rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ seriyalı 099784 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X*2 29 noyabr 200*-ci ildə “qara ciyərin serrozu” səbəbindən ölmüşdür; Goranboy rayon Ağamalıoğlu kənd icra nümayəndəliyi tərəfindən verilmiş Vİİ-JQ seriyalı 288*46 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X*9 ilə Ərizəçi arasında nikah *5 sentyabr *997-ci il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 08 nömrə ilə qeyd edilmişdir; Maraqlı şəxs tərəfindən verilmiş 257 nömrəli, xx.xx.2022 nömrəli məktubundan görünür ki, miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən altı ay ərzində qəbul edilməlidir. Odur ki, mirasın qəbulu ilə əlaqədar ötürülmüş prosessual müddətin bərpası üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir; Goranboy rayon Düzqışlaq kənd icra nümayəndəliyi tərəfindən verilmiş 672 nömrəli, 02.*2.2022-ci il tarixli arayışdan görünür ki, Abbasova X8 rayon Düzqışlaq kəndi ərazisində mərhum anası X*2na məxsus JN-288, KOD 50900038 saylı pay torpaq sahəsini idarə edir və vergilərini ödəyir. Goranboy rayon Düzqışlaq kənd icra nümayəndəliyi tərəfindən verilmiş 5*2 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, mərhum X*2 29 noyabr 200*-ci il (AZ-İN 099784) tarixində ölmüşdür və ölən günədək ünvan 1 ünvanında qeydiyyatda olub yaşamışdır. Öləndən sonra X3 və Ərizəçi Firuddin qızından ibarət tərkibdə onun ailə üzvləri kimi qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-nin): **45-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; **5*.*-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; **59.* və **59.*.*-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbəli vərəsələr sayılırlar; *243.* və *243.2-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; *255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Beləliklə, məhkəmə işin araşdırılmış hallarına, tədqiq edilmiş sübutlara və qüvvədə olan qanunvericiliyə əsasən hesab edir ki, mərhum X2 miras qalmış Goranboy rayonu Düzqışlaq kəndində yerləşən 0,48 ha torpaq sahəsinə mirasın açıldığı gündən Ərizəçi tərəfindən sahiblik edilmiş və faktik olaraq idarə edilməyə başlanılmış, bununla da sözügedən mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Lakin qanunla müəyyən edilmiş müddətdə müvafiq notariat kontoruna müraciət etmədiyi üçün mirası qəbul etməsi faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPMnin): 307.*-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktını və vərəsəliyin açılma yerini müəyyən edir; 308-ci maddəsinin tələbinə görə isə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 3**-ci maddəsinə görə isə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə, tədqiq olunan sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, X2 miras qalmış Goranboy rayonu Düzqışlaq kəndində yerləşən 0,48 ha torpaq sahəsinin ərizəçı (qızı) Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 2*6-220, 227, 233, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X2 miras qalmış Goranboy rayonu Düzqışlaq kəndində yerləşən 0,48 ha torpaq sahəsinin ərizəçı Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-183/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-183/2023
25.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver