Məhkəmə qərarları › İş №2(045)-1890/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1890/2024

18.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1890/2024 18.12.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X4 27 iyul *942-ci ildə Gədəbəy rayonu Əmiraslanlı kəndində doğum faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, doğum faktını qeyd etdirmək istədiyi şəxs məhrum atası X8r. Məhkəməyə təqdim etdiyi *0 sentyabr 20*0-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, atası X*4 *0 sentyabr 20*0-cu il tarixdə, Bakı şəhəri, Binəqədi rayonunda miokardin kəskin infarktı keçirərək vəfat etmişdir. Məhkəməyə təqdim etdiyi doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, atası X*4, anası X*6 olmuşlar. Atasının sağlığında şəxsiyyət vəsiqəsi və digər sənədləri olsa da doğum haqqında şəhadətnaməsi olmamışdır. Atası sağlığında heç buna əhəmiyyətdə verməmişdir. Atasının ölümündən sonra istəyir ki, ondan qalan miras əmlakı adına sənədləşdirsin. Lakin, atasının doğum haqqında şəhadətnaməsi olmadığı üçün bunu edə bilmir. Ona görə də Maraqlı şəxsnə ərizə ilə müraciət edib xahiş etmişdir ki, atası X5 27 iyul *942-ci ildə Gədəbəy rayonunun Əmiraslanlı kəndində doğulması nəzərə alaraq ona doğum haqqında şəhadətnamə verilməsinə köməklik olunsun. Lakin, müraciəti müsbət həll olunmamışdır. Qeydiyyat şöbəsinin ona ünvanladığı 29 yanvar 2024-cü il tarixli, 3-*6-5/8-*5-38/2024 saylı məktubunda bildirilir ki, atası X4 doğum haqqında akt qeydi şöbənin arxivində və Vətəndaşlıq vəziyyəti aktlarının “X* Sistemində" aşkar edilməmişdir. Ona məsləhət olunur ki, bu barədə məhkəməyə müraciət etsin. Ona görə də məhkəməyə müraciət etməli olur. İndi istəyir ki, atasının 27 iyul *942-ci ildə Gədəbəy rayonunun Əmiraslanlı kəndində doğulması faktı məhkəmə qaydasında müəyyən edilsin. Həmin faktın müəyyən edilməsi ona atasından miras qalan əmlakı adına sənədləşdirmək üçün lazımdır. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş şahid X3 ifadəsində bildirdi ki, X*4 ilə Gədəbəy rayonunda qonşu olmuşlar. Həqiqətən də X*4 *942-ci il tarixdə Gədəbəy rayonunda doğulmuşdur. Məhkəmə iclasında iştirak etmiş şahid X*7 ifadəsində bildirdi ki, X*4 onun həmkəndlisi olmuşdur və sonuncu ilə eyni məktəbdə təhsil almış və bilrikdə böyümüşdür. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Maraqlı şəxsnə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) *85.5-ci maddəsinin tələblərinə əsasən işə maraqlışəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Maraqlı şəxs rəisi X9 bildirmişdir ki, ərizəçi tərəfindən atası X*0 doğum haqqında şəhadətnaməsinin verilməsi üçün şöbəyə müraciət etmişdir. Aparılmış yoxlama nəticəsində X4 doğum haqqında akt qeydi şöbənin arxivində və Vətəndaşlıq vəziyyəti aktlarının “X* Sistemi”-ndə aşkar edilməmişdir. Odur ki, ərizənin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Maraqlı şəxs tərəfindən verilmiş AZ-İV seriyalı 969*97 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi qəzə xx.xx.*975-ci ildə Gədəbəy rayonu, Əmiraslanlı kəndində doğulmuş, atası X*4, anası X*2r; Maraqlı şəxs tərəfindən verilmiş AZ-İİ seriyalı 297942 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X*4 *0.09.20*0-cu ildə “miokardın kəskin infarktı” səbəbindən ölmüşdür; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 02.*2.2008-ci il tarixli, P344**62 nömrəli ümumvətəndaş pasportun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X*4 27.07.*942-ci ildə Gədəbəy rayonunda doğulmuşdur; Gədəbəy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 07 sentyabr 2022-ci il tarixli, 05/69-425 nömrəli arayışdan görünür ki, X*5 *0 mart *969-cu ildə Gədəbəy rayonu, Əmiraslanlı kəndində doğulmuşdur, atası X*4, anası X*2r; Maraqlı şəxs tərəfindən verilmiş AZ-İİ seriyalı 282782 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 *3.**.200*-ci ildə “mədənin xərçəngi” səbəbindən ölmüşdür; Maraqlı şəxs tərəfindən verilmiş 29.0*.2024-cü il tarixli, 3-*6-5/8-*5-38/2024 nömrəli məktubdan görünür ki, 27.07.*942-ci il təvəllüdlü Gədəbəy rayonunun Əmiraslanlı kəndində doğulmuş X4 doğumu şöbənin arxivində və avtomaşdırılmış qeydiyyat informasiya sistemində aşkar edilməmişdir; Gədəbəy rayon Dövlət Arxivi tərəfindən verilmiş 02 nömrəli, 08 yanvar 2024-cü il tarixli arxiv arayışından görünür ki, Gədəbəy rayon X7 kənd sovetinin *935-*942-ci illərə dair doğum aktının qeydiyyatı kitabında soyadı “Yusifov” olmaqla onun mərhum atası X4 adına doğum akt qeydi aşkar olunmamışdır; Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, Ərizəçi atası 27.07.*942-ci il təvəllüdlü X2 rayonu, Əmiraslanlı kəndində doğulmuş, valideynləri etinasızlıq göstərərək doğumun qeydə alınması üçün aidiyyəti dövlət orqanına müraciət etməmişlər. Hazırda doğum haqqında şəhadətnaməsi atasından miras qalan əmlakı adına sənədləşdirmək üçün lazım olmuş və dövlət orqanında doğumu qeydə alınmadığı üçün həmin faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. MPM-in: 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: *58.*-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır; *59.*-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır; *66.*-ci maddəsinə əsasən doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. *66.2-*-ci maddəsinə əsasən doğum faktının müəyyən edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli Qərarının 4-cü bəndində göstərilir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. İşin hallarından göründüyü kimi Ərizəçi atası 27.07.*942-ci il təvəllüdlü X2 rayonu, Əmiraslanlı kəndində doğulmuş və bu fakt dövlət orqanında qeydə alınmadığı üçün ərizəçinin doğum haqqında şəhadətnaməsi olmamışdır. Odur ki, ərizəçinin 27.07.*942-ci il təvəllüdlü X2 rayonu, Əmiraslanlı kəndində doğulması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyi üçün bu fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Ona görə də, ərizəçinin tələbi təmin edilməlidir. MPM-in: *4.2-ci mаddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir; 77.*-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələblərinin və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir; 2*7.4-cü mаddəsinə əsаsən məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi atası 27.07.*942-ci il təvəllüdlü X4 Gədəbəy rayonu, Əmiraslanlı kəndində doğulması faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən, MPM-in 2*6-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi atası 27.07.*942-ci il təvəllüdlü X4 Gədəbəy rayonu, Əmiraslanlı kəndində doğulması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar