Məhkəmə qərarları › İş №2(045)-19/2023

Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-19/2023

18.04.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-19/2023 18.04.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı cavabdeh X3 qarşı (X4, X7 və X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus torpaq sahəsindən çıxarmaqla, qeyri-qanuni tikilmiş tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştiak edən İddiaçı nümayəndəsi X6 ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi və buna dair müvafiq ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək işin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4, X7 və X2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün saymışdır. MPM-in: 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır; 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı hazırki tələb üzrə 100 (yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi işin baxılmamış saxlanılmasını xahiş etdiyi və cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək işin baxılmamış saxlanılmasına etiraz etmədiyi üçün iddia ərizəsi baxılmamış saxlanılmalı və sənədlərin əsli ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 259-260, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh X3 qarşı (X4, X7 və X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. 100 (yüz) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar