Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1956/2024 24.12.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X*3 Məhəmməd oğlunun sədrliyi, Məmmədova Nurcan İlham qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla doğum faktının müəyyən edilməsi tələbinə dair mülki işə xüsusi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxs olmaqla doğum faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək X2nun 0* sentyabr 2024-cü il tarixdə Goranboy rayonu, Səfikürd kəndində doğulması faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə baxışında izahat verən Ərizəçi ərizəsini müdafiə edərək bildirmişdir ki, X** ilə 07 dekabr 2020-ci il tarixdə Maraqlı şəxsndə *39 sayla qeydə alınmış birgə nikahlarından olan X2 0* sentyabr 2024-cü il tarixdə Goranboy rayonu, Səfikürd kəndində anadan olmuşdur. X2 0* sentyabr 2024-cü il tarixdə Goranboy rayonu, Səfikürd kəndində anadan olmuş, lakin xəstəxana şəraitində doğulmadığı üçün ona doğumu haqqında tibbi arayış verilməmiş və həmin tibbi arayış olmadığı üçün doğum haqqında şəhadətnamə götürməmişdir. X*2 ev şəraitində doğulmuşdur. X6 doğum faktının müəyyən edilməsi ilə əlaqədar qeydiyyat şöbəsinə müraciət etsə də, ona doğum şəhadətnaməsi verilməmişdir. Buna görə də X2nun 0* sentyabr 2024-cü il tarixdə Goranboy rayonu, Səfikürd kəndində doğulması faktının müəyyən edilməsini xahiş edir. X2 üçün doğum haqqında şəhadətnaməni başqa yolla əldə etmək mümkün olmadığından, uşağı üçün doğum haqqında şəhadətnamə ona səhiyyə və sosial məsələlərini həll edə bilmədiyi üçün lazım olduğundan hazırki ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının йери вя vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına öz nümayəndəsinin gəlməsini təmin etməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışında şahid qismində ifadə verən X3 bildirmişdir ki, ərizəçi onun qardaşının gəlinidir. O, X6 0* sentyabr 2024-cü il tarixdə Goranboy rayonu, Səfikürd kəndində doğulması faktını təsdiq edir. Məhkəmə baxışında şahid qismində ifadə verən X7 bildirmişdir ki, ərizəçinin qayınanasıdır. O, X6 0* sentyabr 2024-cü il tarixdə Goranboy rayonu, Səfikürd kəndində doğulması faktını təsdiq edir. Məhkəmə baxışında şahid qismində ifadə verən X4 bildirmişdir ki, ərizəçinin xalasıdır. O, X6 0* sentyabr 2024-cü il tarixdə Goranboy rayonu, Səfikürd kəndində doğulması faktını təsdiq edir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Maraqlı şəxsndən 07.*0.2024-cü il tarixli məktubundan görünür ki, ərizəçinin müraciətinə cavab olaraq Ərizəçi və X8 birgə övladlarının olub-olmaması ilə bağlı məlumatlar Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktlarının” “X* Sistemində” sistemində aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Ərizəçi ilə X** 07 dekabr 2020-ci il tarixdə Maraqlı şəxsndə rəsmi nikahları *39 saylı qeyd edilmişdir, nikah bağlandıqdan sonra arvada “Həsənova” soyadı verilmişdir. İş materiallarında olan Goranboy şəhər İHB-nın Səfikürd kənd İƏD nümayəndəliyinin *4 oktyabr 2024-cü il tarixli 934 saylı arayışından görünür ki, Ərizəçi Goranboy rayonu, Səfikürd kəndində yaşayır. İş materiallarında olan qəbzdən görünür ki, Ərizəçi məhkəməyə müraciət etməkdən ötrü *00 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə ərizəçini izahatını və şahid ifadələrini dinləyib, işin faktiki hallarını araşdıraraq və məhkəmə baxışında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, həqiqətən də doğum faktı müəyyən olunması tələb edilən X*2 0* sentyabr 2024-cü il tarixdə Goranboy rayonu, Səfikürd kəndində, ev şəraitində doğulmuşdur. İşin göstərilən halları ərizəçinin izahatı, bunu tamamlayan şahidlərin ifadəsi və iş materiallarında olan məhkəmə tərəfindən sübut kimi qəbul edilmiş digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.*-ci maddəsində qeyd olunur ki, uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin *58.2-ci maddəsində qeyd olunur ki, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin *59.* və *59.2-ci maddələrində qeyd olunur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin *66.*-ci maddəsinə əsasən doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 305.*.*-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 307.2.**-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.5-ci maddəsinə görə doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: 2.5.*. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2. valideynlərin nigah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.5.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; 2.5.5. uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd; 2.5.6. uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd; 2.5.7. valideynlərindən biri, yaxud hər ikisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda onların Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması barədə sənəd. Həmin Qaydanın 2.6-cı bəndində isə təsbit edilmişdir ki, bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 3**-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, X6 0* sentyabr 2024-cü il tarixdə Goranboy rayonu, Səfikürd kəndində doğulması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin *4.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 2*7.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 2*6- 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X6 0* sentyabr 2024-cü il tarixdə Goranboy rayonu, Səfikürd kəndində doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №2(045)-1956/2024
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1956/2024
24.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver