Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1966/2025 27.01.2026 GORANBOY RAYON MƏHKƏMƏSİ X45 Samir oğlunun sədrliyi, Səmədzadə Səməd Dilqəm oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) “qohumluq münasibətlərinin müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 20*4-cü ilin iyun ayının 20-də vəfat etmiş X*2 onun atası olması faktı müəyyən edilsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxx *960-cı ildə Goranboy rayonunun Həmənli kəndində anadan olmuş, hal-hazırda ailəsi ilə birlikdə Həmənli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayıram. X*0 adında atası olmuş və o da Goranboy rayonunun Həmənli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamışdır və 20*4-cü ilin iyun ayının 20-də vəfat etmişdir. O, notariat əməliyyatı aparmaq üçün Goranboy rayon Notariat Kontoruna müraciət etmiş, Notariat kontoru ondan atasının doğum şəhadətnaməsini tələb etmişdir, lakin o, həmin sənədi Notariat kontoruna təqdim edə bilməmişdir. Ona görə də ona məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. İndi tələbi ondan ibarətdir ki, 20*4-cü ilin iyun ayının 20-də vəfat etmiş X*2 onun atası olması faktı müəyyən edilsin. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, X23 onun atası olmuşdur. Atası X6 rayonunun Həmənli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış və 20*4-cü ilin iyun ayının 20-də vəfat etmişdir. Qohumluq faktının müəyyən edilməsi ona vərəsəlik hüququndan irəli gələn məsələlərin həll edilməsi üçün lazımdır. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) *85-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X3* ifadəsində göstərdi ki, Ərizəçi onun qardaşıdır. Qardaşının doğum haqqında şəhadətnaməsində ata qrafasının boş olmağının səbəbi həmin vaxtda ata və anasının arasında rəsmi nikahının olmamasıdır. Məhkəmə iclasında iştirak edən şahid X*8 ifadəsində göstərdi ki, ərizəçi onun qardaşıdır. Qardaşı Ərizəçi xx xxx *960-cı ildə Goranboy rayonunun Həmənli kəndində anadan olmuşdur. Onun doğum haqqında şəhadətnaməsinin ata qrafasında X9 olduğu qeyd edilmişdir. Bundan başqa onun daha bir qardaşı vardır və sonuncu ruhi xəstəlikdən əziyyət çəkir. Məhkəmə, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AZE seriyalı, *59448*0 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X*3 XX.XX.*93*-ci il tarixdə Goranboy rayonunun Həmənli kəndində anadan olmuşdur; AA seriyalı, ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.*960-cı il tarixdə Goranboy rayonunun Həmənli kəndində anadan olmuşdur; Granboy Rayon İcra Hakimiyyəti Başçısının Qaramusalı Kədn İƏDÜ Nümayəndəliyi tərəfindən verilmiş *0.02.2025-ci il tarixli 09 nömrəli arayışından görünür ki, X23 20.06.20*4-cü il tarixində vəfat etmişdir. Mərhum ölənə kimi Goranboy rayonunun Həmənli kəndində yaşamışdır. Öləndən sonra ailə tərkibi: X*3- *93* arvadı; X24-*952 qızı; X26- *955 qızı; X*8-*958 oğlu; Ərizəçi-*960 oğlu; X*9-*96* qızı; X20-*964 oğlu; Granboy Rayon İcra Hakimiyyəti Başçısının Qaramusalı Kənd İƏDÜ Nümayəndəliyi tərəfindən verilmiş *0.02.2025-ci il tarixli, AZ-İ 6869*9 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 20.06.20*4-cü il tarixdə vəfat etmişdir; Maraqlı şəxs 2*.02.2025-ci il tarixli, 3-*6-5/8-*5-70/2025 nömrəli məktubu ilə Ərizəçi atalıq faktı ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur; Goranboy rayon Qaramusalı Bələdiyyəsi tərəfindən verilən aktdan görünür ki, AR-nın ləğv edilmiş DTXK-nin Bərdə rayon şöbəsi tərəfindən verilmiş İN00*4 nümrəli dövlət aktı sənədinin adlı siyahısında mülkiyyətçilərdən “X27” ifadəsi əvəzinə “ X28” kimi olaraq səhv yazılmışdır; Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Xİİİ-74 44495* nömrəli arayışından görünür ki, X2 rayonunun Həmənli kəndində *8.04.*958-ci ildə anadan olmuşdur. Bu barədə 04.05.*958-ci il tarixdə akt qeydlər kitabında ** nömrə ilə qeyd edilmişdir. X9; X5r; Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli İ-İE 0*0*95 nömrəli arayışından görünür ki, X8 rayonunun Həmənli kəndində *5.08.*955-ci ildə anadan olmuşdur. Bu barədə 05.09.*955-ci il tarixdə akt qeydlər kitabında 24 nömrə ilə qeyd edilmişdir. X5r; Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli AZ *433074 nömrəli arayışından görünür ki, X7 rayonunun Qırıxlı kəndində 25.*0.*952-ci ildə anadan olmuşdur. Bu barədə 3*.*0.*952-ci il tarixdə akt qeydlər kitabında *9 nömrə ilə qeyd edilmişdir. X5r; Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli AZ 528*79 nömrəli arayışından görünür ki, X3 rayonunun Həmənli kəndində 20.08.*964-cü ildə anadan olmuşdur. Bu barədə *5.09.*964-cü il tarixdə akt qeydlər kitabında 59 nömrə ilə qeyd edilmişdir. X5r; Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli AZ *20778 nömrəli arayışından görünür ki, X4 rayonunun Həmənli kəndində 25.**.*96*-ci ildə anadan olmuşdur. Bu barədə 0*.*2.*96*-ci il tarixdə akt qeydlər kitabında 75 nömrə ilə qeyd edilmişdir. X5r; Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli İ-İE 88*70* nömrəli arayışından görünür ki, Verdiyev X30 rayonunun Həmənli kəndində xx.xx.*960-cı ildə anadan olmuşdur. Bu barədə 24.05.*960-cı il tarixdə akt qeydlər kitabında 23 nömrə ilə qeyd edilmişdir. X5r; Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-*6-5/8-70-*03/2025 nömrəli arayışından görünür ki, Goranboy üzrə *949-2025-ci ilə aid X* VVAQ şöbəsində, Goranboy VVAQ şöbəsinin arxivində nikah akt qeydiyyatı tapılmamışdır; Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, ərizəçi xx.xx.*960-cı ildə anadan olmuşdur. Ərizəçinin X5r. Ərizəçinin anası X*3 ilə X23 ilə ailə həyatı qurmuş, lakin nikahları rəsmi qeydə alınmamışdır. X23 20 iyun 2020-ci il tarixdə “beyinə qansızma” səbəbindən ölmüşdür. Ərizəçi atasından miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün notariat ofisinə müraciət etmiş, lakin miras qoyanla qohumluğunu təsdiq edən sənədləri təqdim edilmədiyindən müvafiq sənədin verilməsindən imtina olunmuşdur. Belə ki, Ərizəçi doğum haqqında şəhadətnaməsində ana qrafasında X*3 göstərilsə də, ata qrafası boş saxlanılmışdır, yəni onun atalığı müəyyən edilməmişdir. X23 öldüyündən onun Ərizəçi ilə qohumluq münasibətində olmasının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir. Odur ki, ərizəçi bununla əlaqədar haqlı olaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 45.2-ci maddəsinə əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: **33.*-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. **33.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. **59.*.*-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə- ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. **60-cı maddəsinə əsasən, əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, qohumluq faktının müəyyən edilməsi ərizəçinin vərəsəlik hüququndan irəli gələn məsələlərin həll edilməsi, qanun üzrə vərəsəlik şəhadətnaməsinin alınmasında hüquqi əhəmiyyəti olduğundan, lakin Notariat Ofisi tərəfindən mərhumla ərizəçinin qohumluq münasibətlərinin müəyyən edilməsinin mümkün olmaması səbəbindən ərizəçinin müraciətinin həll edilməməsi nəticəsində ərizəçi qohumluq münasibətlərini təsdiq edən sənədi başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizəçi hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 3 nömrəli Qərarının: 2-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, MPM-in 307.2.*-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir; 2.*-ci bəndinə əsasən, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. 2.3-cü bəndinə əsasən, qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, X*2 Ərizəçi atası olması faktının müəyyən edilməsi bir sıra hüquqi məsələlərin həll üçün hüquqi əhəmiyyəti olduğundan, habelə X*2 Ərizəçi atası olması ərizəçinin və şahidlərin izahatı ilə, sənədlər və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. MPM-in: *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.*-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətləri barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, 20.06.20*4-cü ildə Goranboy rayonunun Həmənli kəndində vəfat etmiş X*4 xx.xx.*960-cı il təvəllüdlü Ərizəçi barəsində atalığının etiraf olunması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 20 iyun 20*4-cü il tarixdə Goranboy rayonunun Həmənli kəndində vəfat etmiş X*2 xx xxx *960-cı il tarixdə anadan olmuş Ərizəçi atası olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X47
Məhkəmə qərarları › İş №2(045)-1966/2025
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1966/2025
27.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver