Məhkəmə qərarları › İş №2(045)-1977/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1977/2024

24.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1977/2024 24.12.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Goranboy rayon Məhkəməsinin hakimi X10 oğlunun sədrliyi, Məmmədova Nurcan İlham qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "uşağın alınıb verilməsi və aliment" tələbinə dair iddiası üzrə mülki işə xx.xx.2024-cü il tarixdə, Goranboy rayon məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı Cavabdeh qarşı " aliment" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların birgə münasibətlərindən xx.xx.2018-ci il tarixdə doğulmuş X5 və xx.xx.2021-ci il tarixdə doğulmuş X3 onun yanında qalması və himayəsinə verilməsi, xx.xx.2018-ci il tarixdə doğulmuş X5 və xx.xx.2021-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin, 60 manat mediasiya xərcinin və 50 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində dəqiqləşdirmə apararaq uşaqların atadan alınıb ona verilməsi, xx.xx.2018-ci il tarixdə doğulmuş X5 və xx.xx.2021-ci il tarixdə doğulmuş X3 onun yanında qalması və himayəsinə verilməsi, xx.xx.2018-ci il tarixdə doğulmuş X5 və xx.xx.2021-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin, 60 manat mediasiya xərcinin və 50 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə rəsmi nikaha daxil olmamışdır. Faktiki nikahlarından iki övladı doğulmuşdur: xx.xx.2018-ci il tarixdə doğulmuş X7 və xx.xx.2021-ci il tarixdə doğulmuş X6. Cavabdehdən ayrılmışdır, lakin cavabdeh uşaqları ona vermir. Buna görə də xx.xx.2018-ci il tarixdə doğulmuş X5 və xx.xx.2021-ci il tarixdə doğulmuş X3 onun yanında qalması və himayəsinə verilməsi, xx.xx.2018-ci il tarixdə doğulmuş X5 və xx.xx.2021-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 235 manat sabit pul məbləğində alimentin, 60 manat mediasiya xərcinin və 50 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirdi ki, o iddiaçı ilə barışmaq istəyir. Buna görə də uşaqları ondan almış və ona göstərmir. Əgər cavabdeh barışmazsa uşaqları ona verməyəcəkdir. Məhkəmə tərəflərin izahatını dinləyib, həmçinin iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Goranboy rayon qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X7 xx.xx.2018-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, İddiaçıdır. İşdə olan Goranboy rayon qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X6 xx.xx.2021-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, İddiaçıdır. İşdə olan xx.xx.2024-cü il tarixli ********** saylı qəbzdən görünür ki, İddiaçı 50 manat dövlət rüsumu ödəmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli qəbzlərdən görünür ki, İddiaçı mediasiya xərci üçün cəmi 60 manat ödəmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-75.4-cü maddələrində göstərilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasinin Ailə Məcəlləsinin 84.1, 84.2, 84.2.2-ci maddələrinə əsasən ər- arvad bir-birini maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad. Həmin Məcəllənin 86-cı maddəsinə görə aliment ödənilməsi barədə ər-arvad arsında saziş olmadıqda, məhkəmə qaydasında ərə(arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın)ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Qanunvericiliyin göstərilən müddəalarını, uşaqların azyaşlı olmasını, ana qayğısına və nəvazişinə ehtiyacının olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2018-ci il tarixdə doğulmuş X7 və xx.xx.2021-ci il tarixdə doğulmuş X2 Babakişi Nadir oğlundan alınaraq İddiaçı verilməli və yetkinlik yaşına çatanadək İddiaçı yanında saxlanılmalı, xx.xx.2018-ci il tarixdə doğulmuş X5 və xx.xx.2021-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması, üçün cavabdehdən aliment tutulmalı, iddia aliment tələbi hissəsində qismən təmin edilməlidir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2018-ci il tarixdə doğulmuş X5 və xx.xx.2021-ci il tarixdə doğulmuş X1 üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşağın saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2018-ci il tarixdə doğulmuş X7 və xx.xx.2021-ci il tarixdə doğulmuş X2 Babakişi Nadir oğlundan alınaraq İddiaçı verilməli və yetkinlik yaşına çatanadək İddiaçı yanında saxlanılmalı, xx.xx.2018-ci il tarixdə doğulmuş X5 və xx.xx.2021-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 150 manat olmaqla iki uşaq üçün hər ay 300 manat sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Dövlət rüsumuna görə iddiaçı tərəfindən ödənilmiş 50 manat və 60 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrinə əsaslanaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2018-ci il tarixdə doğulmuş X7 və xx.xx.2021-ci il tarixdə doğulmuş X6 atası Cavabdeh alınaraq anası İddiaçı verilsin və yetkinlik yaşına çatanadək anası İddiaçı yanında saxlanılsın. xx.xx.2018-ci il tarixdə doğulmuş X7 və xx.xx.2021-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 150 manat olmaqla, iki uşaq üçün hər ay 300 manat sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulması xx.xx.2018-ci il tarixdə doğulmuş X5 və xx.xx.2021-ci il tarixdə doğulmuş X3 Cavabdeh alınaraq İddiaçı verildiyi tarixdən hesablansın. Cavabdeh 50 manat məbləğində dövlət rüsumu və 60 manat mediasiya xərci alınıb İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar