Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-2053/2025 08.12.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X25 Samir oğlunun sədrliyi, Səmədzadə Səməd Dilqəm oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.*955-ci ildə Goranboy rayonu Qızılhacılı kəndində doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.*955-ci ildə Goranboy rayonu Qızılhacılı qəsəbəsində anadan olmuşdur. O, *955-ci ildə anadan olandan təxminən bir neçə il sonra valideyinləri ayrıldığı üçün doğum haqqında şəhadətnaməni ala bilməmişdir. Ona görə də vəsiqəsində doğum tarixi XX.XX.*955-ci il kimi qeyd edilmişdir. Yaranmış zərurətlə əlaqədar Maraqlı şəxsnə müraciət etmişdir. Qeydiyyat Şöbəsindən isə ona məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdu. Məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs nümayəndəsində məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) *85-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi XX.XX.*955-ci il tarixdə Goranboy rayonun Qızılhacılı qəsəbəsində anadan olmuşdur. Goranboy rayonun Səfikürd kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X8 27.07.*983-cü il tarixdə Naftalan şəhərində anadan olmuşdur. Goranboy rayonun Səfikürd kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi XX.XX.*955-ci il tarixdə Goranboy rayonun Qızılhacılı qəsəbəsində anadan olmuşdur. Goranboy rayonun Səfikürd kəndində qeydiyyatdadır. Maraqlı şəxs tərəfindən verilmiş 3-*6-5/8-*5-363/2025 nömrəli, 24.*0.2025-ci il tarixli məktubundan görünür ki, Ərizəçi doğum haqqında akt qeydi şöbənin arxivində və Ədliyyə Nazirliyinin “X3” “X* Sistemində” aşkar edilməmişdir. Maraqlı şəxs tərəfindən verilmiş AZ-İ № *69744 saylı X7 surətindən görünür ki, X** 28.*2.2005-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2005-ci ilin 0* ayının 06 günündə 0* № ilə qeyd edilmişdir. Goranboy RİHB-nın Səfikürd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 24 oktyabr 2025-ci il tarixli, 63* saylı arayışdan görünür ki, Ərizəçi həqiqətən Goranboy rayon Səfikürd kəndində qeydiyyatdadır və yaşayır. AZ – İ №544580 saylı Arayışdan görünür ki, X9 0*.07.20*2-ci il tarixdə ölmüşdür. Ölümün səbəbi: kardiogen şok. Naftalan şəhər Məhkəməsinin 2(8*)-52/2008 saylı, 03 oktyabr 2008-ci il tarixli qətnamənin surətindən görünür ki, ərizə təmin edilərək Ərizəçi, uşaqları 2* oktybar *979cu ildə anadan olmuş X*0, 05 fevral *98*-ci ildə anadan olmuş X4, 27 iyul *983-cü ildə anadan olmuş X5 və 22 dekabr *999-cu ildə anadan olmuş X6 atası *939-cu ildə Goranboy rayonunun Safikürd kəndində anadan olmuş və 07 iyun 2008-ci ildə ölmüş X*2 olması faktı müəyyən edilmiş hesab edilmiş və bu barədə X3 Dövlət Qeydiyyatlı orqanında müvafiq qeydiyyatları aparılması qət edilmişdir. Kapital Bank tərəfindən verilmiş 30.*0.2025-ci il tarixli, 7933 nömrəli qəbzdən görünür ki, ərizəçi *00 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında iştirak edən şahid X*3 ifadəsində bildirdi ki, ərizəçi onun qaynanasıdır. Oğlu Moskva şəhərində vəfat edib, ona görə də doğum gününü yanvar ayının *-dən *-nə qeyd edirlər. Məhkəmə iclasında iştirak edən şahid X*4 ifadəsində bildirdi ki, ərizəçi onun qonşusudur. Nazilə *955-ci il tarixdə doğulmuşdur. Məhkəmə iclasında iştirak edən şahid X*8 ifadəsində bildirdi ki, ərizəçi onun qonşusudur. Nazilə *955-ci il tarixdə doğulmuşdur. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, ərizəçi xx.xx.*955-ci ildə Goranboy rayonu Qızılhacılı qəsəbəsində anadan olmuşdur. O, *955-ci ildə anadan olandan təxminən bir neçə il sonra valideyinləri ayrıldığı üçün doğum haqqında şəhadətnaməni ala bilməmişdir. Ona görə də vəsiqəsində doğum tarixi XX.XX.*955-ci il kimi qeyd edilmişdir. Bu səbəbdən doğumun qeydə alınması üçün aidiyyəti dövlət orqanına müraciət etmişdir. Lakin dövlət orqanında doğumu qeydə alınmadığı üçün həmin faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. MPM-in: 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: *58.*-ci maddəsinə əsasən X3 qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır; *59.*-ci maddəsinə əsasən X3 qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır; *66.*-ci maddəsinə əsasən doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. *66.2-*-ci maddəsinə əsasən doğum faktının müəyyən edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli Qərarının 4-cü bəndində göstərilir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. İşin hallarından göründüyü kimi, Ərizəçi xx.xx.*955-ci ildə Goranboy rayonu Qızılhacılı qəsəbəsində anadan olmuşdur və bu fakt dövlət orqanında qeydə alınmadığı üçün ərizəçinin doğum haqqında şəhadətnaməsi olmamışdır. Odur ki, Ərizəçi xx.xx.*955-ci ildə Goranboy rayonu Qızılhacılı qəsəbəsində doğulması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyi üçün bu fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Ona görə də, ərizəçinin tələbi təmin edilməlidir. MPM-in: *4.2-ci mаddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir; 77.*-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələblərinin və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir; 2*7.4-cü mаddəsinə əsаsən məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, xx xxxxxx *955-ci ildə anadan olmuş Ərizəçi Goranboy rayonunun Qızılhacılı qəsəbəsində doğulması faktı müəyyən edilməli, xx xxxxxx *955-ci il tarixdə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində doğulmuş Ərizəçi doğum haqqında şəhadətnaməsində adı, soyadı və ata adı Ərizəçi, ata qrafasında X9, milliyyəti Azərbaycanlı, ana qrafasında X2 qeyd edilməli, Ərizəçi doğulması barədə doğum aktı qeydi kitablarında müvafiq qeydiyyatlar aparılmalı, doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Qeyd olunanlara əsasən, MPM-nin 2*6-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxxxxx *955-ci ildə anadan olmuş Ərizəçi Goranboy rayonunun Qızılhacılı qəsəbəsində doğulması faktı müəyyən edilsin. xx xxxxxx *955-ci il tarixdə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində doğulmuş Ərizəçi doğum haqqında şəhadətnaməsində adı, soyadı və ata adı Ərizəçi, ata qrafasında X9, milliyyəti Azərbaycanlı, ana qrafasında X2 qeyd edilsin. Ərizəçi doğulması barədə doğum aktı qeydi kitablarında müvafiq qeydiyyatlar aparılsın. Doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Hafiz Əliyev
Məhkəmə qərarları › İş №2(045)-2053/2025
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-2053/2025
08.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver