Məhkəmə qərarları › İş №2(045)-216/2023

Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-216/2023

21.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-216/2023 21.02.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlu, X7 qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 (eyni zamanda İddiaçı4 və İddiaçı5 nümayəndəsi) iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 Cavabdeh (maraqlı şəxs kimi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi göstərilməklə) qarşı “Ümumi birgə mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin vəfat etmiş mülkiyyətçilərinin payının müəyyən edilməsi, onların payının vərəsələr, mülkiyyətçilər arasında bölünməsi və mülkiyyətçilərin paylarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 ərizə ilə məhkəməyə müraciət edərək, Goranboy rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 11 ferval tarixli 05 Aktına, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin daşınmaz əmlakın dövlət reyestirində 252 və 258 nömrəli reyestr kitabının 10 və 74 nömrəli vərəqində qeydiyyat alınmış, daşınmaz əmlakın reyestr nömrəsi **********96 və **********97 olan hüquqların dövlət qeydiyyatı haqqında daçınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən Goranboy rayon Yolqulular kəndində 1,5528 və 1,322 ha kənd təsərrüfatı təyinatlı, X4, X2, X1, İddiaçı2 Məmmədli qızının, İddiaçı5, İddiaçı3 və X3 xüsusi mülkiyyətinə verilmiş torpaq sahələri üzrə mülkiyyətçilətin paylarının müəyyən edilməsi, mərhum mülkiyyətçilərin paylarının vərəsə, mülkiyyətçilər arasında bölünməsi və sağ olan bütün mülkiyyətçilərin paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar ərizə ilə müraciət edərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etdi. Cavabdeh və maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Ona görə də, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir Məhkəmə, iddiaçıların geri qaytarma barədə ərizəsini mülki işin materialları ilə birlikdə araşdırıb hesab edir ki, ərizə təmin edilməli, mülki iş baxılmamış saxlanılmaqla, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılmalıdır. MPM-in: 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır; 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra iddiaçı ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 5507 saylı və xx.xx.2022-ci il tarixli, 9459 saylı qəbzlərdən görünür ki, İddiaçı1 101 (yüz bir) manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə iddia ərizəsi baxılmamış saxlanılmaqla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin ödənilmiş 101 (yüz bir) manat məbləğində dövlət rüsumu iddiaçılara geri qaytarılmalıdır. Göstərilənlərə əsasən, MPM-in 259-260 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 Cavabdeh (maraqlı şəxs kimi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi göstərilməklə) qarşı “Ümumi birgə mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin vəfat etmiş mülkiyyətçilərinin payının müəyyən edilməsi, onların payının vərəsələr, mülkiyyətçilər arasında bölünməsi və mülkiyyətçilərin paylarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə müki iş baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, ödənilmiş 101 (yüz bir) manat məbləğində dövlət rüsumu iddiaçılara geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar