Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-22/2024 23.04.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hаkim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X14 qızının katibliyi, İddiaçılar İddiaçı3 (eyni zamanda İddiaçı1 nümayəndəsi qismində) İddiaçı2, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh qarşı (maraqlı şəxs Daşınmaz Əmlаkın Kadastrı və Rеyеstri Хidmətinin 7 Sаylı Bərdə Ərаzi İdаrəsi) “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 iddia ərizəsi və daha sonra dəqiqləşmə barədə ərizə ilə Goranboy Rayon Məhkəməsinə müraciət edərək, Goranboy rayonu Hazırəhmədli kəndində yerləşən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olmaq üçün verilmiş 3,98 ha torpaq sahəsinin 0,13 ha hissəsindən Cavabdeh çıxarılması, həmin torpaq sahəsinin onlara qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, onlar iddiaçılar qardaş-bacıdılar Goranboy rayonun Hazırəhmədli kəndində yaşayırlar, cavabdeh isə Goranboy rayonunun Muzdurlar kənd sakinidir. Goranboy rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 2000-ci il tarixli 43 saylı qərarına əsasən onlar iddiaçılara və xx.xx.2010-cu ildə vəfat etmiş atası X7, 20 aprel 2016-cı ildə vəfat etmiş anası X3 Goranboy rayonu Hazırəhmədli kəndi ərazisindən 3,98 ha kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olmaq üçün torpaq sahəsi şəxsi mülkiyyətlərinə verilmişdir. Bu barədə tərtib edilən JN 0013 seriyalı KOD 50906018 olan “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”-nın surətini məhkəməyə təqdim edir. Həmin torpaq sahəsinin 270 metr uzunluğunda və 15 metr enində olan hissəsini cavabdeh 15 gündür ki, zəbt etmişdir. Onun torpağı kanal keçən hissəyə düşdüyündən deyir ki, “bu torpaq sahəsi mənimdir”. Cavabdeh deyirlər ki, torpağın bələdiyyəyə aiddir. Cavabdeh pul ödəmək istəmirlər, ona görə də onların torpağına girmişdir. Goranboy rayon polis şöbəsinə müraciət etmişlər, onlara cavab verilmişdir ki, mübahisəniz mülki xarakterli olduğundan məhkəməyə müraciət edə bilərsiniz. Atası və anası öləndən sonra onlar qalan miras torpağı qəbul etmişlər, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin Goranboy rayon şöbəsinin əməkdaşları onlara deyirlər ki, həmin mübahisəli torpaq sahəsi “sizindir”, cavabdehin torpaq sahəsi kanal keçən hissəyə düşür. Məhkəmə iclasında iştirak edən İddiaçı3 (eyni zamanda İddiaçı1 nümayəndəsi qismində) iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, o həqiqətəndə iddiaçılara məxsus Goranboy rayonu, Hazırəhmədli kəndində yerləşən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olmaq üçün verilmiş 3,98 ha torpaq sahəsinin 0,13 ha hissəsində bu ildən əkin işləri aparmışdır. Səbəb kimi onun payına düşən torpaq sahəsinin bir hissəsindən avtomobil yolu keçməsini göstərmişdir. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Daşınmaz Əmlаkın Kadastrı və Rеyеstri Хidmətinin 7 Sаylı Bərdə Ərаzi İdаrəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Qasım İsmayılov rayonunun Hazırəhmədli kənd soveti tərəfindən verilmiş İİ-ЖГ seriyalı 394221 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı3 20 avqust 1974-cü ildə Qasım İsmayılov rayonunun, Hazırəhmədli kəndində doğulmüş, atası X9, anası X2r; Qasım İsmayılov rayonunun Hazırəhmədli kənd soveti tərəfindən verilmiş V-ЖГ seriyalı 273602 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 xx xxxxx 1977-ci ildə Qasım İsmayılov rayonunun, Hazırəhmədli kəndində doğulmüş, atası X9, anası X2r; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ seriyalı 120592 nömrəli arayışdan görünür ki, İddiaçı2 xx.xx.1962-ci ildə Goranboy rayonunun, Hazırəhmədli kəndində doğulmuş, anası X4r; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ seriyalı 077790 nömrəli çıxarışdan görünür ki, X9 ilə X6 arasında nikah Goranboy rayonu, Hazırəhmədli kənd icra nümayəndəliyində xx.xx.1871-ci ildə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 04 nömrə ilə qeyd edilmişdir; Goranboy rayon Hazırəhmədli kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı 447806 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 26 oktyabr 2010-cu ildə “beyinə qan sızma” səbəbindən ölmüşdür; Goranboy rayon Hazırəhmədli kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı 787717 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.2016-cı ildə “ürək çatışmamazlığı” səbəbindən ölmüşdür; JN-0013, KOD 50906018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 2000-ci il tarixli, 43 saylı qərarına əsasən 3,98 hektar torpaq sahəsi Goranboy rayon Hazırəhmədli kənd sakinləri X9, X6, İddiaçı3, X8 və İddiaçı2 mülkiyyətinə verilmişdir; Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 3-16-16/2-10/870 nömrəli, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, TEKUİS məlumat bazasında ’’Torpağa Mülkiyyət hüququna dair” JN-0013 saylı Dövlət aktı ilə iddiaçının mülkiyyətinə 3.98 ha nəzərdə tutulmuş torpaq sahəsinin 0,13 ha hissəsi qonşu mülkiyyətçi ilə mübahisəli olduğu üçün hal-hazırda iddiaçı və cavabdeh tərəfindən istifadə edilmir. Cavabdeh hazırda istifadəsində olan torpaq sahəsi hər hansı hissədə JN-0013 KOD 50905018 “Torpağa Mülkiyyət hüququna dair” Dövlət aktındaolan iddiaçılar İddiaçı3, X5, İddiaçı1 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür həmin mübahisəli torpaq sahəsi iddiaçı və cavabdeh tərəfindən mübahisəli sahə kimi istifadə olunmamışdır; Məhkəmə Ekspertizası Mərkəzinin 04 avqust 2023-cü il tarixli, 10/4956 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, İddiaçıların faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları naturada təyin edilərək TEKUİS məlumat bazası ilə müqaisələndirilmiş və TEKUİS məlumat bazasında ’’Torpağa Mülkiyyət hüququna dair” JN- 0013 saylı Dövlət aktı ilə iddiaçının mülkiyyətinə 3.98 ha nəzərdə tutulmuş torpaq sahəsinin 0.13 ha hissəsinin qonşu mülkiyyətçi ilə mübahisəli olduğu üçün hal hazırda iddiaçı və cavabdeh tərəfindən istifadə edilmədiyi müəyyən olmuşdur. Cavabdeh hazırda istifadəsində olan torpaq sahəsi hər hansı hissədə JN-0013 KOD 50905018 “Torpağa Mülkiyyət hüququna dair” Dövlət aktındaolan iddiaçılar İddiaçı3, X5, İddiaçı1 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür həmin mübahisəli torpaq sahəsi iddiaçı və cavabdeh tərəfindən mübahisəli sahə kimi istifadə olunmamışdır. Aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat təşkil edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları və iddia tələbinin dəlillərini digər yanaşı sübutlarla yoxlayaraq, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 2000-ci il tarixli, 43 saylı qərarı ilə X9, X6, İddiaçı3, X8 və İddiaçı2 Goranboy rayon Hazırəhmədli kəndində yerlşən 3,98 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. Lakin hazırkı vəziyyətdə iddiaçılar qanuni mülkiyyətində olan bu torpaq sahəsindən sərbəst istifadə edə bilmir. İddiaçıların həmin torpaq sahəsində mülkiyyət hüququ cavabdeh tərəfindən pozulmuş, nəticədə iddiaçıların torpaq sahəsi üzərində sahibliyinə və istifadəsinə maneə yaradılmışdır. Cavabdehlə aralarında olan narazılığa görə iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onlara məxsus 3,98 ha torpaq sahəsinin 0.13 ha hissəsindən cavabdehin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni, cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Mülki Məcəllənin 157.2-ci maddəsində göstərilən şərtlərin cavabdehə münasibətdə məcmu halında mövcud olub-olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddiaçıların torpaq sahəsindən çıxarılma tələbində tətbiq olunan normada göstərilən şərtlər cavabdehə münasibətdə məcmu halında mövcuddur. Belə ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət tərəfindən tanınmış və buna dair dövlət aktı verilmişdir. Buna baxmayaraq, həmin torpaq sahəsinin 0,13 ha hissəsi cavabdehin istifadəsində və sahibliyindədir. Cavabdehin həmin torpaq sahəsi üzərində heç bir hüququ qeydiyyata alınmamışdır. Ona görə də, cavabdehin sahibliyi qanunsuz olduğu üçün iddiaçıların cavabdehə qarşı tələb hüququ yaranmışdır. Mülki Məcəllənin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur; 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur; 111.2-ci bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır; 111.3-cü bəndinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Göründüyü kimi iddiaçıların mülkiyyətində olan torpaq sahəsi cavabdeh tərəfindən istifadə olunur. Həmin torpaq sahəsi üzərində cavabdehin mülkiyyət və istifadə hüquqları mövcud deyildir. Cavabdeh qeyd olunan ərazidən istifadə edir, yəni həmin torpaq üzərində əkin-biçin işləri aparır və iddiaçılara həmin torpaq sahəsindən istifadə edilməsinə maneə yaradır. Cavabdeh tərəfindən iddiaçıların mülkiyyətinə müdaxilə edilmiş, bu müdaxilə isə qanunsuz olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıların mülkiyyətində olan torpaq sahəsinə cavabdeh tərəfindən edilən müdaxiləyə son qoyulmalı və iddiaçıların mülkiyyət hüquqları bərpa edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə iddia təmin edilməli, Cavabdeh JN-0013, KOD 50906018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən Goranboy rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 2000-ci il tarixli, 43 saylı qərarına əsasən 3,98 hektar torpaq sahəsi Goranboy rayon Hazırəhmədli kənd sakinləri X9, X6, İddiaçı3, X8 və İddiaçı2 ümumi birgə mülkiyyətində olan Goranboy rayonu Hazırəhmədli kəndində yerləşən 3,98 ha torpaq sahəsinə daxil olan 0,13 ha hissəsindən (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyinə əlavə olunmuş sxemə uyğun olaraq) çıxarılmalı, həmçinin ekspert tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində vəsait Cavabdeh tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Az. MEM VÖEN **********; hesab: AZ34CTRE********************, X1, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.F.İ.F.T. BİK: CTREAZ 22) köçürülməldir. Göstərilənlərə əsasən MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 JN 0013 Kod 50906018 “Torpağa mülkiyyət hüquqna dair” Dövlət aktı ilə məxsus olan 3,98 ha torpaq sahəsinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyinə əlavə olunmuş sxemə uyğun olaraq 0,13 ha hissəsindən Cavabdeh çıxarılsın və həmin torpaq sahəsi iddiaçılara qaytarılsın. Ekspert tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat vəsait Cavabdeh tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az. MEM VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.F.İ.F.T. BİK: CTREAZ 22) köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-22/2024
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-22/2024
23.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver