Məhkəmə qərarları › İş №2(045)-2227/2024

Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-2227/2024

18.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-2227/2024 18.12.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlu, Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 30.*0.*983-cü ildə Azərbaycan Respublikasının Goranboy rayonunun Baxçakürd kəndində anadan olmuş, milliyətcə azərbaycanlı, qızı X* 04 fevral *983-cü il tarixdə Goranboy rayonunun Baxçakürd kəndində ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr üçün müəyyən edilmiş forma və məzmuna riayət edilməyərək, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməçmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): **4.*.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır; *49.4-cü maddəsinə əsasən ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir; *52.*.*-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin *49-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin *50.*.*-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 3*0.*-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. İş materiallarında olan *7.*2.2024-cü il tarixli qəbzdən görünür ki, Ərizəçi *00 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, məhkəməyə müraciət edilərkən hər bir şəxs ərizəyə və ya onun verilməsinə dair MPM-lə müəyyən edilmiş qaydaya, formaya və məzmuna, həmin sənədlərə dair müəyyən edilmiş tələblərə əməl etməlidir. Yuxarıda göstərilənlərə və MPM-in *52, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş *00 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə geri qaytarılsın. Ərizəçi izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra *0 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. HakimTaleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar