Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-2356/2023 21.11.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Goranboy rayon Məhkəməsinin hakimi Mustafayev Taleh Məhəmmədəli oğlu, İddiaçı cavabdeh Dəliməmmədli Şəhər Mahmud Zeynalov adına Tam Orta Məktəbin direktoru Cavabdeh qarşı “İşə bərpa tələbinə dair” iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dəliməmmədli Şəhər Mahmud Zeynalov adına Tam Orta Məktəbin direktoru Cavabdeh 29 sentyabr 2023-cü il tarixli, 29 nömrəli əmrinin ləğv edilməsi, onun əvvəlki işinə bərpa olunmağı və məcburi iş buraxdığı müddətdə ödənilməmiş əmək haqqının hesablanaraq, eyni zamanda mediasiya xidməti üçün ödədiyi 55 (əlli beş) manat məbləğin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddianın yol verilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 153-cü maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Belə ki, iş materiallarından görünür ki, iddiaçının tələbləri cavabdeh qurumun tabe olduğu yuxarı orqanın müvafiq əmri ilə təmin edilmişdir. Odur ki, sözügedən əmrin icrasından irəli gələn məsələrlə bağlı iddiaçının Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə müraciət etməsi məqsədəmüvafiqdir. Qeyd olunanlara əsasən MPM-in 153, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı oğlunun cavabdeh Dəliməmmədli Şəhər Mahmud Zeynalov adına Tam Orta Məktəbin direktoru Cavabdeh qarşı “İşə bərpa tələbinə dair” iddia ərizəsinin iddianın yol verilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddiaçı izah olunsun ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə müraciət etsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-2356/2023
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-2356/2023
21.11.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver