Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-2370/2023 24.11.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Goranboy Rayon Məhkəməsinin hakimi Mustafayev Taleh Məhəmmədəli oğlu, İddiaçı “vərəsələrə düşən payın müəyyən edilməsi” tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə Goranboy Rayon Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat nömrəsi ********** və **********, xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış, daşınmaz əmlakın reyestr nömrəsi **********96 və **********97 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışlara əsasən Goranboy rayonu, Yolqulular kəndində 1,5528 və 1,322 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzrə miras qoyan X2 və X1 miras qalmış torpaq sahələrindən vəsiyyət və qanun üzrə vərəsəyə- İddiaçı və Cavabdeh düşən payın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, ərizəni və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsi bir hissədə qəbul edilməkdən imtina edilməli, digər hissədə geri qaytarılmalıdır. Belə ki, məhkəmə iddia ərizəsinin vəsiyyət üzrə vərəsəyə düşən payın müəyyən edilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı vəsiyyət üzrə öz payının müəyyən edilməsi üçün aidiyyəti notariat orqanına müraciət etməli olduğu halda, həmin tələbə məhkəmə qaydasında baxıla bilməz. Bundan başqa verilmiş iddia qiymətləndirilməyən iddia olduğu halda, ərizəyə xx.xx.2022-ci il tarixdə qiymətləndirilən iddia üzrə ödənilmiş 99 (doxsan doqquz) manat məbləğində dövlət rüsumlarının qəbzləri əlavə olunmuşdur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; MPM-in 114.1.2 və 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə və ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzlərdəndən görünür ki, İddiaçı cəmi 99 (doxsan doqquz manat) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, şərh olunanlara və yuxarıda göstərilən qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməli, əlavə olunmuş bütün sənədlər və ödənilmiş dövlət rüsumu iddiaçıya rəsmi qaydada verilməlidir. Yuxarıda göstərilənlərə və MPM-in 153, 263, 264, 267-268-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı “vərəsələrə düşən payın müəyyən edilməsi” tələbinə dair ərizəsinin qəbul edilməsindən imtina edilsin, ərizəyə əlavə olunmuş bütün sənədlər və ödənilmiş 99 (doxsan doqquz manat) manat miqdarında dövlət rüsumu iddiaçıya qaytarılsın. İddiaçıya aiddiyəti üzrə Notariat Ofisinə müraciət etməsi izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-2370/2023
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-2370/2023
24.11.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver