Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-25/2024 09.07.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Qaslmov Behbud Telman oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı4, İddiaçı1 Məmməd qızı, İddiaçı2 və İddiaçı3 Cavabdeh (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi maraqlı şəxs kimi göstərilməklə) qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı4, İddiaçı1 Məmməd qızı, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi məhkəməyə müraciət edərək, Goranboy rayonun Xanqərvənd kəndində yerləşən onlar iddiaçıların birgə mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olmaq üçün verilmiş 1,34 ha torpaq sahəsinin 420 saylı mülkün 8500,00 kv. m. olçüdə olan hissəsinin 7500,00 kv.m. hissəsindən Cavabdeh çıxarılması, həmin torpaq sahəsinin, 100,4 manat dövlət rüsumu və bank xidməti xərcinin, eləcə də yerin tanıdılması üçün maraqlı şəxsə ödədiyi 240 manat pulun cavabdehdən alınaraq onlara qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçılar İddiaçı4, İddiaçı1 Məmməd qızı, İddiaçı2, İddiaçı3, Cavabdeh və maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclaslarında iştirak etməmişlər. İddiaçılar İddiaçı4, İddiaçı1 Məmməd qızı, İddiaçı2 və İddiaçı3 ərizə ilə məhkəməyə müraciət edərək, zərurət aradan qalxdığı üçün iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişlər. Cavabdeh və maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi məhkəmə iclaslarında iştirak etməməyinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin və maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, iddiaçıların ərizənin baxılmamış saxlanması barədə ərizəsini mülki işin materialları ilə birlikdə araşdırıb hesab edir ki, ərizə təmin edilməli, mülki iş baxılmamış saxlanılmaqla, ərizə və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılmalıdır. MPM-in: 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır; 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra əriçəzi ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır; 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 31790 saylı qəbzdən görünür ki, İddiaçı4 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçılara geri qaytarılmalıdır. Göstərilənlərə əsasən, MPM-in 259-260 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı4, İddiaçı1 Məmməd qızı, İddiaçı2 və İddiaçı3 Cavabdeh (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi maraqlı şəxs kimi göstərilməklə) qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsinə dair müki iş baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçılara geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-25/2024
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-25/2024
09.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver