Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-30/2024 23.01.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X8 Məhəmməd oğlunun sədrliyi, Zeynalzadə Aysel İlham qızının katibliyi, İddiaçı və Cavabdeh, Goranboy rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşaq və aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “uşaq və aliment” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə münasibətlərindən xx.xx.2014-cü il tarixdə doğulmuş X7 və xx.xx.2016-cı il tarixdə doğulmuş X6 adlı övladlarının yetkinlik yaşına çatanadək onun himayəsində qalması, saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat aliment və mediasiya xidmət üçün ödədiyi 50 manat məbləğində rüsumun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, keçmiş həyat yoldaşı Cavabdeh ilə xx.xx.2011-ci il tarixdə el adəti ilə qeyri rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Cavabdeh ilə birgə münasibətlərindən xx.xx.2014-cü il tarixdə X7 və xx.xx.2016-cı il tarixdə X6 adlı övladları dünyaya gəlmişdir. Ailə münasibətləri pisləşdiyindən o evdən çıxıb getməli olmuşdur. Uşaqlar da atasının yanında qalmışdır. Uşaqları atasında qoymaqda məqsəd onun uşaqları saxlamağa maddi imkanının olmaması olmuşdur. Hazırda kiçik qızı onunla qalsa da böyük qızını görə bilmir. Cavabdeh ilə birgə münasibətlərindən xx.xx.2014-cü il tarixdə doğulmuş X7 və xx.xx.2016-cı il tarixdə doğulmuş X6 adlı övladlarının yetkinlik yaşına çatanadək onun himayəsində qalması, saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat aliment və mediasiya xidmət üçün ödədiyi 50 manat məbləğində rüsumun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı evdən çıxıb getmiş, xx.xx.2014-cü il tarixdə doğulmuş X7 və xx.xx.2016-cı il tarixdə doğulmuş X3 onun himayəsinə atmışdır. Sonradan iddiaçı kiçik uşağı məktəbdən götürərək öz yanına aparmışdır. Uşaqların heç biri anası ilə qalmaq istəmir. İddiaçının uşaqları almaqda məqsədi aliment almaqdan ibarətdir. Bir ana kimi onun uşaqlara baxmaq niyyəti yoxdur. Buna görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Goranboy rayon İcra Hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixloqu X1 iştirakı ilə fikri öyrənilmiş xx.xx.2014-cü il tarixdə doğulmuş X7 izahatında bildirdi ki, valideyinlərindən atasının yanında qalmaq istəyir. Anasının yanında qalmaq istəmir. Atası onun qayğısına qalır. O anasının yanına getməkdən imtina edir. Məhkəmə iclasında Goranboy rayon İcra Hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixloqu X1 iştirakı ilə fikri öyrənilmiş xx.xx.2016-cı il tarixdə doğulmuş X6 izahatında bildirdi ki, valideyinlərindən anasının yanında qalmaq istəyir. Məhkəmə iclasında Goranboy rayon İcra Hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixloqu X5 izahatında bildirdi ki, Goranboy rayon qəyyumluq və himayəçilik komissiyasının 25 may 2023-cü il tarixli rəyi ilə xx.xx.2014-cü il tarixdə doğulmuş X4 və xx.xx.2016-cı il tarixdə doğulmuş X2 atası Cavabdeh yanında qalması məqsədəmüvafiq hesab edilmişdir. Həmin vaxt uşaqlarla fərdi söhbət aparılmış, uşaqların hər ikisi atasının yanında qalmaq istəmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 1 saylı X12 Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 240913 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.2016-cı il tarixdə Goranboy rayonu Dəliməmmədli şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 1 saylı X12 Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı, 240912 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.2014-cü il tarixdə Göygöl rayonunda doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Goranboy rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(045)-719/2023 saylı qərardadına əsasən xx.xx.2014-cü il tarixdə doğulmuş X7 və xx.xx.2016-cı il tarixdə doğulmuş X2 valideyinlərinin hansının yanında qalması ilə bağlı rəy verilməsi üçün mülki iş Goranboy rayon qəyyumluq və himayəçilik komissiyasına göndərilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Goranboy rayon qəyyumluq və himayəçilik komissiyasının 25 may 2023-cü il tarixli rəyindən görünür ki, xx.xx.2014-cü il tarixdə doğulmuş X4 və xx.xx.2016-cı il tarixdə doğulmuş X2 atası Cavabdeh yanında qalması məqsədəmüvafiq hesab edilmişdir. Goranboy rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(045)-719/2023 saylı qərardadına əsasən 2(045)-719/2023 saylı mülki iş üzrə məhkəmə-psixoloji ekspertizası təyin edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin 01 dekabr 2023-cü il tarixli məhkəmə-psixoloji ekspertizasının rəyindən müəyyən olunur ki, xx.xx.2014-cü il tarixdə doğulmuş X4 və xx.xx.2016-cı il tarixdə doğulmuş X2 valideyinlərinin hansının yanında yaşamağı seçməklə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur. xx.xx.2014-cü il tarixdə doğulmuş X4 anası İddiaçı və atası Cavabdeh bağlılığı müəyyən olunmaqla atası Cavabdeh bağlılığı daha çoxdur. xx.xx.2016-cı il tarixdə doğulmuş X2 hal-hazırda anası İddiaçı və atası Cavabdeh eyni dərəcədə bağlılığı müəyyən olunur. xx.xx.2014-cü il tarixdə doğulmuş X4 və xx.xx.2016-cı il tarixdə doğulmuş X2 uzun müddət ərzində ünsiyyətdə olmamaları onların emosional-iradi sferalarına neqativ təsir göstərə bilər. xx.xx.2014-cü il tarixdə doğulmuş X4 və xx.xx.2016-cı il tarixdə doğulmuş X2 normal psixi inkişafları baxımından hər iki valideyni ilə mütəmadi görüşlərinin və ünsiyyətinin təmin olunması psixoloji cəhətdən məqsədəmüvafiqdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 01 dekabr 2023-cü il tarixli məhkəmə-psixoloji ekspertizasının xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Məhkəmə, tərəflərin izahatını, yetkinlik yaşına çatmayan uşaqların fikrini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, tərəflər xx.xx.2011-ci il tarixdə faktiki nikaha daxil olaraq ailə qurmuşlar. Tərəflər nikahını rəsmiləşdirməmişdir. Onların birgə fakitiki nikah münasibətlərindən iki övladı olmuşdur: xx.xx.2014-cü il tarixdə doğulmuş X7 və xx.xx.2016-cı il tarixdə doğulmuş X6. Azyaşlı uşaqlardan xx.xx.2016-cı il tarixdə doğulmuş X6 hazırda anası İddiaçı yanında, xx.xx.2014-cü il tarixdə doğulmuş X7 isə hazırda atası Cavabdeh yanındadır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 01 dekabr 2023-cü il tarixli məhkəmə psixoloji ekspertizasının rəyinə əsasən xx.xx.2014-cü il tarixdə doğulmuş X4 atası Cavabdeh, bağlılığı daha çoxdur. xx.xx.2016-cı il tarixdə doğulmuş X2 isə hər iki valideynə bağlılığı mövcuddur. xx.xx.2016-cı il tarixdə doğulmuş X2 və xx.xx.2014-cü il tarixdə doğulmuş X4 uzun müddət ərzində ünsiyyətdə olmamaları onların emosional-iradi sferalarına neqativ təsir göstərə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il qərarının 7.1-ci bəndində göstərilmişdir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il qərarının 7.2-ci bəndində göstərilmişdir ki, valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il qərarının 7.3-cü bəndində göstərilmişdir ki, nikahın pozulması tələbinə dair işə baxılarkən yetkinlik yaşına çatmayan ümumi uşaqların hansı valideynin yanında qalmaları ilə bağlı mübahisə yaranarsa, eləcə də uşaqların kimin yanında qalması ilə bağlı ər-arvad arasında bağlanmış saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa məhkəmə iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq uşağın maraqlarının müdafiəsi üçün Ailə Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş qaydada qəyyumluq və himayə orqanını işdə iştirak etməyə cəlb etməlidir. Həmin orqan mübahisə ilə bağlı uşağın və ayrı yaşayan valideynlərin həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair əsaslandırılmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Zərurət olduqda, MPM-nin 97-ci maddəsinin tələbinə müvafiq olaraq məhkəmə-psixoloji ekspertizası da təyin edilə bilər. Alınan rəylər məhkəmə üçün məcburi əhəmiyyətə malik deyil və onlar məhkəmə tərəfindən uşağın üstün mənafeyi əsas götürülməklə MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydada qiymətləndirilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il qərarının 7.4-cü bəndində göstərilmişdir ki, uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədə müvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Azərbaycan Respublikasının Milli Məclisin 21 iyul 1992-ci il tarixli, 236 saylı qərarı ilə qoşulduğu Birləmiş Millətlər Təşkilatının «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinin 1-ci hissəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, isətərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Məhkəmə qeyd edir ki, tərəflərin birgə nikahından xx.xx.2014-cü il tarixdə doğulmuş X7 hazırda atası Cavabdeh yanındadır və ona bağlılığı daha çoxdur. xx.xx.2016-cı il tarixdə doğulmuş X6 hazırda anası İddiaçı yanında qalır, onun anasının yanında qalmaq istəyi vardır və xx.xx.2016-cı il tarixdə doğulmuş X6 azyaşlı olmaqla onun ana qayğısına, nəvazişinə erhtiyacı vardır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ailədə başlıca vəzifə uşağın mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsinə yönəlməlidir. Məhkəmə xx.xx.2016-cı il tarixdə doğulmuş X2 azyaşlı olmasını, hazırda anasının yanında olmasını və anasının yanında qalmaq istəyini nəzərə alaraq qeyd edir ki, uşağın anasının yanında qalması onun maraqlarına zidd deyildir və ilk növbədə uşağın mənafeyinə xidmət edəcəkdir. Məhkəmə həmçinin xx.xx.2014-cü il tarixdə doğulmuş X4 valideyinlərinin hansının yanında saxlanılması məsələsinə uşağın mənafeyi, həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinin tələbi baxımından qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənib və nəzərə almaqla, atasına bağlı olmaqla, yaşı nəzərə alınmaqla onun yanında qalmaq istəyini əsas götürməklə atası Cavabdeh yanında qalmasını məqsədəmüvafiq hesab edir. İddia tələbinin alimentin tutulması ilə bağlı hissəsinə dair məhkəmə qeyd edir ki, xx.xx.2016-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək anası İddiaçı yanında, xx.xx.2014-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək atası Cavabdeh yanında saxlanılması məqsədəmüvafiq hesab edildiyindən, cavabdehdən hər ay xx.xx.2016-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tərəflərin ailə və maddi vəziyyəti, digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. İddiaçı xx.xx.2023-cü il tarixdən məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, tərəflərin birgə nikahından xx.xx.2016-cı il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək anası İddiaçı yanında saxlanılmalı, xx.xx.2016-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. xx.xx.2014-cü il tarixdə doğulmuş X4 atası Cavabdeh yanında saxlanılması məqsədəmüvafiq hesab edildiyindən iddia tələbi xx.xx.2014-cü il tarixdə doğulmuş X4 ananın yanında saxlanılması və onun saxlanılması üçün aliment tələbi hissəsində rədd edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 119-cu maddəsinə əsasən iddia üzrə ödənilmiş 50 manat mediasiya xərci Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat ekspertiza xərci İddiaçı və Cavabdeh tutularaq Dövlət nəfinə keçirilməlidir. İş üzrə ödənilmiş 50 manat dövlət rüsumu cavabdehdən tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2016-cı il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək anası İddiaçı yanında saxlanılsın və Cavabdeh hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablansın. İddia tələbi üzrə ödənilmiş 50 manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. İddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci Cavabdeh alınaraq İddiaçı ödənilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat ekspertiza xərci İddiaçı və Cavabdeh tutularaq Dövlət nəfinə keçirilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №2(045)-30/2024
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-30/2024
23.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver