Məhkəmə qərarları › İş №2(045)-31/2023

Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-31/2023

04.07.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-31/2023 04.07.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi ilə, İddiaçı cavabdeh Goranboy rayon Tatarlı Bələdiyyəsinə qarşı (X1, X4, X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “torpaq” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadələrində olan torpaq sahələrinin düzgün ölçülərək onlara məxsus olan torpaq sahəsinin özlərinə qaytarılması, qalan torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə keçməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün saymışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır; 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 30044 nömrəli qəbzdən görünür ki, iddiaçı hazırki tələb üzrə 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiyi üçün iddia ərizəsi baxılmamış saxlanılmalı, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya qaytarılmalı, həmçinin 100 manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq dövlət büdcəsinə keçirilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 259-260, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Goranboy rayon Tatarlı Bələdiyyəsinə qarşı (X1, X4, X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “torpaq” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. 100 manat dövlət rüsumu İddiaçı qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar