Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-34/2024 29.10.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X3 Məhəmməd oğlunun sədrliyi, Zeynalzadə Aysel İlham qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zəbt edilmiş və qanunsuz tutulmuş torpaq sahəsindən məcburi çıxarılma və delikt nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki işə Goranboy Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı zəbt edilmiş və qanunsuz tutulmuş torpaq sahəsindən məcburi çıxarılma və delikt nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Goranboy rayonu Şadılı kəndində yerləşən qanunsuz tutduğu 1,13 ha torpaq sahəsindən çıxarılması, Goranboy rayonu Şadılı kəndində yerləşən 1,13 ha torpaq sahəsinə dəymiş 2240,00 manat pulun Cavabdeh tutularaq İddiaçı verilməsi, Cavabdeh barəsində xüsusi qərardad çıxarılması, məhkəmə xərclərinin Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh hazırda Goranboy rayonu Şadılı kəndində yerləşən iddiaçının mülkiyyətində olan torpaq sahəsindən çıxmışdır. Lakin o həmin torpağı zəbt etdiyi müddətdə iddiaçıya 2240,00 manat ziyan vurmuşdur. Belə ki, Goranboy rayonu Şadılı kəndində yerləşən 1,13 ha torpaq sahəsi 2019-cu il tarixdən onun istifadəsindədir. Torpaq sahəsinin 5 hektarında yonca, 1,13 ha hissəsində taxıl əkərək bəhərlənmişdir. Ailənin maddi tələbarınnı yonca və taxılın satışından əldə etdiyi vəsaitlə ödəmişdir. 2022-ci ildə 1,13 ha əkilməsi üçün 130 manat, cizerlənməsi üçün 40 manat, 250 kq toxum (qiyməti 1 manat olmaqla) 250 manat, 1,13 ha sahənin suvarılması üçün 50 manat, 250 kq kübrə qiyməti 270 manat və 1,13 ha torpaq sahəsindən götürüləcək taxıl 3 ton olmaqla yanaşı, 1500 manat təşkil edir. Cavabdeh tərəfindən delik törədilməsi nəticəsində dəymiş zərər məbləği 2240 manat təşkil edir. Hətta o 1,13 ha torpaq sahəsi ilə bağlı torpaq sahəsindən məhrum olaraq oranı əkib becərə bilməmiş, əkib becərə bilmədiyindən 2022-ci ildə dəyən zərəri 2023-cü ildə də gözləməli olmuşdur. Buna görə də Cavabdeh Goranboy rayonu Şadılı kəndində yerləşən qanunsuz tutduğu 1,13 ha torpaq sahəsindən çıxarılması, Goranboy rayonu Şadılı kəndində yerləşən 1,13 ha torpaq sahəsinə dəymiş 2240,00 manat pulun Cavabdeh tutularaq İddiaçı verilməsi, Cavabdeh barəsində xüsusi qərardad çıxarılması, məhkəmə xərclərinin Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs qismində cəlb edilmiş Goranboy rayon Şadılı Bələdiyyəsinin nümayəndəsi X2 əvvəlki məhkəmə iclasında verdiyi izahatında Goranboy rayonu Şadılı kəndində yerləşən qanunsuz tutduğu 1,13 ha torpaq sahəsinin İddiaçı xüsusi mülkiyyətində olduğunu, həmin torpaq sahəsinin bir hissəsinin Cavabdeh tərəfindən zəbt edildiyini bildirmişdir. İş materillarında olan və məhkəmə baxışında elan edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Кomitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş çıxarışdan görünür ki, Goranboy rayonu Şadılı kəndində yerləşən 6,1364 ha torpaq sahəsi İddiaçı adına qeydiyyata alınmışdır. İş materillarında olan və məhkəmə baxışında elan edilmiş Cavabdeh Goranboy RPŞ-nə verdiyi izahatından görünür ki, o izahatında Cavabdeh Goranboy rayonu Şadılı kəndində yerləşən torpaq sahəsindən istifadə etmədiyini, ona ziyan vurmadığını bildirmişdir. İş materillarında olan və məhkəmə baxışında elan edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13 oktyabr 2023-cü il tarixli 9/5550 saylı rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində qeyd edilən malların 2022-ci il tarixə olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1,75 manat müyyən edilir. Həmçinin 1 kiloqram taxılın qiyməti 0,45 manat təşkil edir. İş materillarında olan və məhkəmə baxışında elan edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13 oktyabr 2023-cü il tarixli 9/5550 saylı rəyinə dair ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 50 manat təşki edir. İş materillarında olan və məhkəmə baxışında elan edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh hazırda Goranboy rayonu Şadılı kəndində yerləşən iddiaçının mülkiyyətində olan torpaq sahəsində olmaması (yerləşməməsi) iddiaçı tərəfindən qəbul edilir. İddiaçı Goranboy rayonu Şadılı kəndində yerləşən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən əvvəllər zəbt edilməsini iddia etsə də bununla bağlı məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Üçüncü şəxs qismində cəlb edilmiş Goranboy rayon Şadılı Bələdiyyəsinin nümayəndəsi X2 əvvəlki məhkəmə iclasında verdiyi izahatında Goranboy rayonu Şadılı kəndində yerləşən 1,13 ha torpaq sahəsinin İddiaçı xüsusi mülkiyyətində olduğunu, həmin torpaq sahəsinin bir hissəsinin Cavabdeh tərəfindən zəbt edildiyini bildirsə də qeyd edilən fakt mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, zəbt faktı mötəbər sübutlarla (mütəxəssis rəyi, ekspert rəyi və s.) təsdiq edilməli olduğu halda iddiaçı yalnız üçüncü şəxsin izahatına istinad etməklə iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Goranboy RPŞ-nə verdiyi izahatında o, Cavabdeh Goranboy rayonu Şadılı kəndində yerləşən torpaq sahəsindən istifadə etmədiyini, ona ziyan vurmadığını bildirmişdir. Qeyd olunanlara məcmu halda da qiymət verərək belə nəticəyə gəlmək olur ki, Cavabdeh İddiaçı mülkiyyətində olan torpaq sahəsindən əvəllər və hazırda istifadə etməsi təsdiqini tapmır və iş üzrə buna dair hər hansı mötəbər sübut mövcud deyildir. Cavabdeh İddiaçı mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsi mötəbər sübutlarla təsdiqini tapmadığından iddia tələbi əsaslı hesab edilə bilməz. Həmçinin Cavabdeh İddiaçı mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsi mötəbər sübutlarla təsdiqini tapmadığından, iddia üzrə digər tələblər - delikt nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsi, cavabdeh barədə xüsusi qərardad çıxarılması tələbləri də təmin edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə və 29cu maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tədbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. “İnsan Hüquqları haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilən dövlət rüsumu, onun özünə aid edilməli, eləcə də iş üzrə məhkəmə xərcinə aid edilən 50 manat ekspert xərci iddiaçıdan tutularaq müvafiq dövlət hesabına köçürülməlidir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı zəbt edilmiş və qanunsuz tutulmuş torpaq sahəsindən məcburi çıxarılma və delikt nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 235, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı zəbt edilmiş və qanunsuz tutulmuş torpaq sahəsindən məcburi çıxarılma və delikt nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. İddiaçı iş üzrə məhkəmə xərclərinə aid edilən 50 (əlli) manat ekspertiza xərci tutulub dövlət büdcəsinin (X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 ABZ******************** SFİFT BİK CTREAZ 22, VÖEN **********, AZ34CTRE ********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №2(045)-34/2024
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-34/2024
29.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver