Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-35/2025 22.10.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh* qarşı “torpaq sahəsindən piyada keçilməsinə dair daimi servitutun müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh* qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin həcminin azaldılması barədə əriazə ilə müraciət edərək, vahid daşınmaz əmlak olaraq, mülkiyyət hüququmun təsbit edildiyi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 20.05.20*8-ci il qeydiyyat tarixli, *8*8008**2 qeydiyyat nömrəsi olan, 5090*3059585-*030* reyestr nömrəli Çıxarışa əsasən Goranboy rayonu Səfikürd kəndində yerləşən 54.5 kv.m olan fərdi yaşayış evi, o cümlədən 0.*9*5 kv.m yaşayış məntəqələrinin təyinatlı torpaq sahəsinə onun və ailə üzvlərinin gediş-gəlişi üçün Cavabdeh* məxsus torpaq sahəsindən piyada keçilməsinə daimi servitutun müəyyən edilməsi qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Goranboy rayonu Səfikürd kəndində onun xüsusi mülkiyyətinə ümümi sahəsi 54.5 kv.m olan fərdi yaşayış evi, o cümlədən 0.*9*5 kv.m yaşayış məntəqələrinin təyinatlı torpaq sahəsi daxildir. Vahid daşınmaz əmlak olaraq, hər iki əmlaka dair mülkiyyət hüququ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 20.05.20*8-ci il qeydiyyat tarixli, *8*8008**2 qeydiyyat nömrəsi olan, 5090*3059585-*030* reyestr nömrəli Çıxarışa əsasən təsbit edilmişdir. Həmin ünvanda o, ailə üzvləri ilə birlikdə gözdən əlil (hər iki gözü tamamilə görməyən) həyat yoldaşı və yetkinlik yaşına çatmamış övladı ilə birlikdə yaşayır. Qeyd edir ki, qeyd edilən daşınmaz əmlaka - vahid daşınmaz əmlak olaraq həyətyanı torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə mülkiyyət hüququ vərəsəlik qaydasında tanınmışdır. Eyni zamanda, onun mülkiyyətinə bitişik digər fərdi yaşayış evi də vardır ki, həmin mülkün mülkiyyətçisi Cavabdeh*dır və sonuncu da mülkiyyət hüququnu bağışlama qaydasında (atası X6 tərəfindən ona bağışlanmışdır) əldə etmişdir. Onun və Cavabdeh* mülkiyyəti eyni hasarlanmış ərazidə yerləşir. Giriş darvazasından təxminən 50 metr getdikdən sonra Cavabdeh* məxsus fərdi yaşayış evi yerləşir. Giriş darvazasından təxminən *00 metr getdikdən sonra ona məxsus fərdi yaşayış evi yerləşir. Onu da qeyd edir ki, onun xüsusi mülkiyyətinə daxil olan həyətyanı torpaq sahəsi fərdi yaşayış evinin sağ tərəfində və arxasındadır. Belə olan halda, o, giriş darvazasından öz evinə gəlmək üçün olan sahə ona məxsus deyildir. Belə ki, giriş darvazasından sonra olan həyətyanı sahənin bir hissəsi Cavabdeh* mülkiyyətində, bir hissəsi isə Cavabdeh2 mülkiyyətinə aiddir. Xüsusi olaraq məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, xüsusi mülkiyyətinə daxil olan evindən küçəyə çıxmaq üçün başqa alternativ yol yoxdur ki, o həyətyanı torpaq sahəsindən küçəyə çıxışını təmin edə bilmir. Yəni yol yarada bilmir. Habelə, bir əsrə yaxın yaşı olan hazırda yaşadığı fərdi yaşayış evinin küçəyə çıxışı məhz qeyd etdiyi kimi olmuşdur. Belə ki, o və ailə üzvləri küçə darvazasından həyətyanı torpaq sahəsinə cavabdeh A. Qasımovanın mülkiyyətinə daxil olan və Cavabdeh2 mülkiyyətinə daxil olan) girməli və oradan da cavabdeh A. Qasımovaya məxsus fərdi yaşayış evinin sağ tərəfindən öz evinə getməlidir. Onun hazırkı iddia tələbini irəli sürməkdə hüquqi marağı yuxarıda təsvir etdiyi qaydada öz evinə gediş - gəlişimin təmin edilməsidir. Bu məsələ ilə bağlı Cavabdeh* ciddi problemlər yaradaraq dəmir hasar çəkərək yolunu bağlayır. Sanki, o evinə təyyarə ilə uçaraq düşməlidir. 7 nəfərdən (şəxslərin sayını kifayət qədər uzatmaq olar ) ibarət kənd sakinləri tərəfindən tərtib edilmiş aktdan göründüyü kimi, kənddə *969-cu ildə küçələrdə planlaşma aparılan zaman iki qardaş X5 və X4 bir yerdən gediş-gəliş yolu verilmişdir. Bu yol Zakir Qasımovun həyətyanı sahə kimi istifadə etdiyi torpaq sahəsindən keçirdi. Bu yol Torpaq islahatı aparılan dövrədək istifadə edilmişdir. Zakir Qasımovun ölümündən bir neçə il sonra onun qızı Cavabdeh* heç bir əsası olmadan Köçəri Qasımovun evinə gedən yolu ( hazırda ona məxsus olan ev nəzərdə tutulur) bağlamışdır. X** tikdirmiş olduğu evə digər yerdən gediş - gəliş yoxdur. Qeyd edir ki, Cavabdeh* adına Goranboy rayonu Səfikürd kəndində 0.25 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi 3*.0*.20*4-cü ildə *8*4000492 saylı qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Onu da Məhkəmənin diqqətinə çatdıqmaq istəyir ki, o hazırkı mübahisə ilə bağlı bundan öncə də Cavabdeh* və Cavabdeh2nə qarşı "yolun açılması" tələbinə dair iddia qaldırmışdır. İddia tələbi Goranboy Rayon Məhkəməsinin (hakim X9 ) 0* oktyabr 2020-ci il tarixli 2(045)-6**/2020 saylı qətnaməsi ilə təmin edilməmişdir. Həmin qətnamə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ( sədrlik edən və mərüzəçi X2 ) 02 iyun 202*- ci il tarixli 2(*04)-*337/202* saylı Qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Lakin, qanuni qüvvəsini almış Goranboy Rayon Məhkəməsinin (hakim X9) 0* oktyabr 2020-ci il tarixli 2(045/6**/2020 saylı qətnaməsinin 6cı səhifəsinin 3-cü abzasında yazılmışdır: məhkəmə, eyni zamanda onu qeyd etməyi zəruri sayır ki, hazırkı iddianın rədd edilməsi, iddiaçının qanunvericiliklə müəyyən edilmiş qaydada özgənin sahibliyində olan sahədən zəruri yol və keçid tələb etmək hüququnu və ya servitut verilməsinə dair müqavilə bağlamaqla daşınmaz əşyasından məhdud istifadə hüququ əldə etməsini istisna etmir. Hesab edir ki, cavabdehlərlə onun arasında olan mübahisəyə aşağıda göstərilən qanun normalarına əsasən hüquqi qiymət verilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh* məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) *85.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Luqansk vilayəti Lisiçanski şəhər Ədliyyə İdarəsi Vətəndaşlıq vəziyyəti aktlarının dövlət Qeydiyyat şöbəsi tərəfindən verilmiş *-ЕД seriyalı, **7624 nömrəli nikah haqqında şəhadətnamənin Ukrayna dilindən Azərbaycan dilinə tərcümə olunmuş surətindən görünür ki, X3 ilə İddiaçı arasında nikah *3 noyabr 20*0-cu il tarixdə bağlanmış və bu barədə nikah haqqında akt qeydləri kitabında 539 nömrə ilə qeyd edilmişdir. Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş *8*8008**2 qeydiyyat nömrəli,5090*3059585-*030* reyestr nömrəli, 20.05.20*9-cu il tarixli çıxarışın surətindən görünür ki, Goranboy rayonu, Səfıkürd kəndində yerləşən 0.*9*5 ha yaşayış məntəqələrinin təyinatlı torpaq sahəsi və 54.5 kv.m olan fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir; Goranboy Rayon Məhkəməsinin 2(045)-6**/2020 nömrəli, 0* oktyabr 2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh* və Goranboy rayonu Səfıkürd Bələdiyyəsinə qarşı “yolun açılması” tələbinə dair iddası rədd edilmişdir; Gəncə Apellyasiya Məhkəməsinin 2(*04)-*337/202* nömrəli, 02 iyun 202*-ci il tarixli qətnaməsindən görünür ki, Goranboy Rayon Məhkəməsinin 2(045)-6**/2020 nömrəli, 0* oktyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 08 sentyabr 2025-ci il tarixli, *0/6037 nömrəli, ekspert rəyinin nəticə hissəsindən görünür ki: *-ci sual üzrə İddiaçı hazırda istifadəsində olan Goranboy rayonun Səfikürd kəndində yerləşən torpaq sahəsinin kontur, koordinat və parametrləri Daşınmaz Əmlakın Dövlət reyestrindən 20.05.20*8-ci il qeydiyyat tarixli *8*8008**2 qeydiyat nömrəli olan, 5090*3059585-*030* reyestr nömrəli çıxarışda göstərilən torpaq sahəsinin plan və ölçüsü ilə qismən uyğunsuzluq təşkil etdiyi müəyyən edilmişdir (sxem *). 2-ci sual üzrə cavabdehlər Cavabdeh* və Goranboy rayon Safıkürd kənd bələdiyyəsinin hazırda istifadəsində olan torpaq sahəsi hər hansı hissədə 20.05.20*8-ci il qeydiyyat tarixli *8*8008**2 qeydiyyat nömrəli olan, 5090*3059585-*030* reyestr nömrəli Çıxarış əsasında İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən olunmuşdur. 3-cü sual üzrə Goranboy rayonu Səfikürd kənd sakini İddiaçı məxsus həyət və yaşayş evi hər tərəfdən həyətyanı torpaq sahələri ilə əhatə olunduğundan başqa tərəfdən yaşayış evinə və həyətyanı torpaq sahəsinə giriş çıxış mümkün olmadıgı müəyyən edilmişdir. (Sxem 2) 4-cü sual üzrə Goranboy rayonu Safikürd kand sakini İddiaçı Sahnazar qızına məxsus yaşays evinə başqa torpaq sahesinden giris ÇİXİS yolunun müəyyən edilməsi mümkün olmadığından Cavabdehlər Cavabdeh* JN-96*E saylı şəhadətnaməylə xüsusi mülkiyyətinə verilmiş 0.03 ha torpaq sahəsindən keçməklə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsindən verilməsi mümkün ola bildiyi müəyyən olunmuşdur. Ekspert tədqiqatının dəyəri *00 manat təşkil edir; Hökümət ödəniş portalının *420059093 nömrəli, xx.xx.2025-ci il tarixli mədaxil qəbzdən görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə bağlı *00 manat məbləğində dövlət rüsumu ödəmişdir; Məhkəmə, iddiaçı tərəfin izahatını dinləyib iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında müəyyən edilmişdir ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin *8*8008**2 qeydiyyat nömrəli, 5090*3059585-*030* reyestr nömrəli, 20.05.20*9-cu il tarixli çıxarışına əsasən Goranboy rayonu, Səfıkürd kəndində yerləşən 0.*9*5 ha yaşayış məntəqələrinin təyinatlı torpaq sahəsi və 54.5 kv.m olan fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. İddiaçı məxsus Goranboy rayonu, Səfikürd kəndində yerləşən 0.*9*5 hektar həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu mövcud deyildir. İddiaçıya məxsus torpaq sahəsi Cavabdeh* mülkiyyətində olan fərdi yaşayış evi və torpaq sahəsi ilə qonşuluqda yerləşir. İddiaçı və Cavabdeh* mülkiyyəti eyni hasarlanmış ərazidə yerləşir. Belə ki, giriş darvazasından sonra olan həyətyanı sahənin bir hissəsi Cavabdeh* mülkiyyətində, bir hissəsi isə Cavabdeh2 mülkiyyətinə aiddir. Hazırda iddiaçı özünün və ailə üzvlərinin gediş-gəlişi üçün Cavabdeh* məxsus torpaq sahəsindən piyada keçilməsinə daimi servitutun müəyyən edilməsini istəyir. Azərbaycan Respublikası Konstitusiyasının *3-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə): *39.*-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; *52.*-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; *52.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; *57.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. *58.3-cü maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı servitutlar da əmlak hüquqları sayılır; *70.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır; 255.*-ci maddəsinə görə servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. 255.4-cü maddəsinə görə servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. 255.8-ci maddəsinə görə daşınmaz əşya müəyyən şəxsin xeyrinə servitutla yüklü edilə bilər. Bu cür yüklülük şəxsi servitut adlanaraq ondan ibarət olur ki, mülkiyyətçidən başqa, həmin şəxs binadan və ya onun bir hissəsindən özü və ya ailəsi üçün mənzil kimi istifadə edə bilir. Şəxsi servitut başqa şəxslərə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 54.*-ci maddəsinə əsasən, servitut — bir və ya bir neçə qonşu (özgə) torpaq sahələrindən məhdud istifadə hüququdur. Torpaq sahəsi üzərində servitutla bağlı münasibətlər bu Məcəllə və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nizama salınır; 54.3-cü maddəsinə əsasən, torpaq mülkiyyətçisinin, istifadəçisinin və icarəçisinin öz sahəsinə xidmət göstərmək üçün qonşu torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinə servitut qoyulmasını tələb etmək, o cümlədən məhkəmə qaydasında tələb etmək hüququ vardır; Məhkəmə hesab edib ki, hazırkı məsələnin düzgün həlli üçün sahiblik hüququ qonşuluq hüququ çərçivəsində bu hüquqların məhdudlaşdırılma imkanları və tərəflərin öhdəlikləri nəzərdən keçirilməlidir. Yuxarıda qeyd olunanları hazırkı işə tətbiq etdikdə aydın olur ki, iddiaçı mübahisəli torpaq sahəsinin bir hissəsindən yol kimi istifadə etmək niyyəti üçün cavabdehin mülkiyyət hüququna müdaxilə halı mövcuddur. Bununla belə, həmin müdaxilənin qanunda nəzərdə tutulması və qanuni məqsəd daşıması, cavabdehin həddən artıq məhrumiyyətə məruz qalıb-qalmaması da yoxlanılmalıdır. Göründüyü kimi mübahisə edilən yol əvvəllər də mövcud olmuş və iddiaçı ailə üzvləri ilə birlikdə mübahisəli yoldan istifadə etmişlər. Bundan sonra cavabdeh atasının vəfatından sonra həmin evə dair mülkiyyət hüququ əldə etmiş və keçid yolunu bağlamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əmlakın istifadəyə verilməsi tam şəkildə mülkiyyət anlamını ehtiva etmir. İstifadə hüququ mülkiyyət hüququnun üç ünsüründən (sahiblik, istifadə, sərəncam) biridir. Hətta, cavabdehin mübahisəli yola istifadə hüququ əsasında mülkiyyətə bərabər hüququ olsa belə, bu həmin əmlakdan, xüsusi ilə ümumi istifadədə olmuş yoldan istifadə edən digər şəxslərin hüquqlarının xitamına əsas deyildir. Belə ki, Mülki Məcəllənin *58-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə xüsusi ilə onu vurğulayır ki, iddiaçının istifadə etdiyi yolun cavabdeh tərəfindən bağlanması mülki hüquq subyektlərinin bərabərliyi, mütənasiblik prinsipinin pozulmasına, nəticə etibarı ilə mülkiyyətçinin həddən artıq fərdi yükə məruz qalmasına, şəxsə ağır bərpa olunmaz zərər vurulmasına gətirib çıxarır. Avropa Məhkəməsi “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə *990-cı il 2 fevral tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın * saylı Protokolunun *-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun X*3 şikayəti üzrə 20*7-ci il 26 may tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Göstərilənlərdən əlavə məhkəmə iş üzrə keçirilmiş mühəndis-texniki ekspertiza rəyi ilə bağlı məhkəmə qeyd edir ki, İddiaçı məxsus torpaq sahəsi və yaşayış evinə alternativ giriş-çıxış imkanı mövcud deyildir. Ekspert qrafik sxemlər, plan-ölçmə materialları və ərazi baxışının nəticələri əsasında müəyyən etmişdir ki, iddiaçının torpaq sahəsi bütün istiqamətlərdən digər şəxslərə məxsus torpaq sahələri və tikililərlə əhatə olunduğundan, həmin sahəyə sərbəst giriş yalnız Cavabdeh* mülkiyyətində olan torpaq sahəsi vasitəsilə mümkündür. Məhkəmə tərəfindən hazırkı mübahisənin obyektiv həll edilməsi üçün mübahisəli əraziyə yerli baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus fərdi yaşayış evi cavabdehlə qonşuluqda yerləşir. İddiaçının evinə yaxın və onun evinin qarşısından ictimai yola keçid yalnız cavabdehə məxsus torpaq sahəsi yaxındır və oradan yolun açılması iddiaçının mənafeyinə uyğundur. Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçının tələb etdiyi yolun üzərində cavabdehə məxsus hasar və dəmir darvaza mövcuddur. İşdə olan sənədlərdən aydın görünür ki, iddiaçının ictimai yola birbaşa və rahat keçid imkanı yoxdur. Ona görə də iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM): *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 2*7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verǝrǝk hesab edir ki, iddia təmin edilməli, İddiaçı mülkiyyət hüququ əsasında məxsus olan Goranboy rayonu Səfikürd kəndində yerləşən 54.5 kv.m olan fərdi yaşayış evi, o cümlədən 0.*9*5 kv.m torpaq sahəsinə gediş-gəliş yolunun təmin edilməsi üçün Cavabdeh* məxsus torpaq sahəsindən servitut qaydasında piyada yolu açılmalı, həmçinin ekspert tədqiqatının dəyərini təşkil edən *00 (yüz) manat məbləğində vəsait Cavabdeh* tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Az. MEM VÖEN *70032662*; hesab: AZ34CTRE**********000208850*, X*, KOD 2*0005; VÖEN *40*55507*; müxbir hesab Az4*NABZ0*360***********03944, S.F.İ.F.T. BİK: CTREAZ 22) köçürülməldir. Qeyd olunanlara əsasən MPM-in 2*6-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyət hüququ əsasında məxsus olan Goranboy rayonu Səfikürd kəndində yerləşən 54.5 kv.m olan fərdi yaşayış evi, o cümlədən 0.*9*5 kv.m torpaq sahəsinə gedişgəliş yolunun təmin edilməsi üçün Cavabdeh* məxsus torpaq sahəsindən servitut qaydasında piyada yolu açılsın. Ekspert tədqiqatının dəyərini təşkil edən *00 (yüz) manat məbləğində vəsait Cavabdeh* tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Az. MEM VÖEN *70032662*; hesab: AZ34CTRE**********000208850*, X*, KOD 2*0005; VÖEN *40*55507*; müxbir hesab Az4*NABZ0*360***********03944, S.F.İ.F.T. BİK: CTREAZ 22) köçürülsün. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-35/2025
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-35/2025
22.10.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver