Məhkəmə qərarları › İş №2(045)-418/2024

Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-418/2024

19.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-418/2024 19.01.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Mən, Goranboy Rayon Məhkəməsinin hakimi Mustafayev Taleh Məhəmmədəli oğlu, Ərizəçi (Goranboy Notariat Ofisi maraqlı şəxs kimi göstərilməklə) “mirasın qəbulu ilə əlaqədar ötürülmüş prosessual müddətin bərpa edilməsi” barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, *8 fevral 2009-cu il tarixdə Goranboy rayonunun Səfikürd kəndində vəfat etmiş anası X* miras qalmış (mərhumun mülkiyyətində olan 0,25 ha torpaq sahəsinin (reyestr nömrəsi 509*3*02420, qeydiyyat nömrəsi *823029686, qeydiyyat tarixi *4.*2.2023) mirasın qəbulu ilə əlaqədar ötürülmüş prosessual müddətin bərpası ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: *246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir; *273-*-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin *262-ci və *263-cü maddələri tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən *246 və *273-*-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Göründüyü kimi, qanunvericilikdə vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən normalar qüvvədən düşdüyü üçün hazırkı iddiaya məhkəmə tərəfindən baxıla bilməz. Odur ki, həmin məsələyə aidiyyəti notariat ofisində baxılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) *53cü maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, ərizəçinın hansı orqana müraciət etməli olmasını orada göstərir. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. MPM-in **4.*.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. İş materiallarında olan *2.0*.2024-cü il tarixli, 27575 saylı qəbzdən görünür ki, Ərizəçi *00 (yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, şərh olunanlara və yuxarıda göstərilən qanunvericilik aktları normalarına əsasən hesab edirəm ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməli, ərizəyə əlavə olunmuş bütün sənədlər, ödənilmiş dövlət rüsumu ərizəçiyə rəsmi qaydada verilməli və ərizəçiyə nəzərdə tutulmuş qaydalara riayət etməklə müvafiq notariusa müraciət etmək hüququ izah edilməli. Qeyd olunanlara və MPM-in *53, 263-264, 267-268-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİM: İddianın yolverilməzliyinə görə Ərizəçi “mirasın qəbulu ilə əlaqədar ötürülmüş prosessual müddətin bərpa edilməsi” barədə ərizəsi qəbul edilməkdən imtina edilsin, ərizəyə əlavə olunmuş bütün sənədlər və ödənilmiş *00 (yüz) manat miqdarında dövlət rüsumu ərizəçiyə qaytarılsın. Ərizəçiyə müvafiq notariusa müraciət etmək hüququ izah izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra *0 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar