Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-421/2024 23.04.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Qasımov Behbud Telman oğlunun katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili Gəncə şəhəri * saylı Vəkil Bürosunun vəkili X* iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) “şəxsin ölmüş elan edilməsi” tələbinə dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 06.07.*957-ci il tarixdə anadan olmuş X4 ölmüş elan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi, onun nümayəndəsi və vəkili X2 ərizə ilə məhkəməyə müraciət edərək ərizənin baxılmamış saxlanılmasını xahiş etdilər. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) *85-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): **4.*.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır; 259.0.**-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. İş materiallarında olan 04.**.2023-cü il tarixli, 8943 nömrəli qəbzdən görünür ki, ərizəçi hazırkı tələb üzrə *00 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, ərizəçi işin baxılmamış saxlanılmasını və sənədlərin ona qaytarılmasını xahiş etdiyi və maraqlı şəxsin nümayəndəsi xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasına gəlmədiyi və işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyi, işin baxılmasını tələb etməsi barədə məhkəməyə məlumat vermədiyi üçün ərizə baxılmamış saxlanılmalıdır. Həmçinin, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 259-260, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) “şəxsin ölmüş elan edilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılsın. *00 (yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən *0 (on) gün müddətində Goranboy Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(045)-421/2024
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-421/2024
23.04.2024 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver