Məhkəmə qərarları › İş №2(045)-423/2024

Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-423/2024

18.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-423/2024 18.01.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlu, Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) “mirasın qəbulu ilə əlaqədar ötürülmüş prosessual müddətin bərpa edilməsi” barədə ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 25 mart 2022-ci il tarixdə vəfat etmiş mərhum atası X* miras qalmış (mərhumun mülkiyyətində olan 0.00546 ha torpaq sahəsində yerləşən 35 nömrəli * girişli, 40.8 kv.m ümumi, 28.6 kv.m əsas, *2.2 kv.m köməkçi sahədən ibarət * mərtəbəli qeyri-yaşayış binasının (mağaza) (reyestr nömrəsi 5090*300*242-0630*) (qeydiyyat nömrəsi *80900**42) (qeydiyyat tarixi *5.04.2009) və Goranboy şəhəri, R.Əliyev küçəsində mülkiyyətində olan 0.09 ha torpaq sahəsində yerləşən * mərtəbəli, 2 otaqlı, 52 kv.m yaşayış, 38.3 kv.m köməkçi sahədən ibarət 36 nömrəli fərdi yaşayış evinin (reyestr nömrəsi 5090*3000475-*030*) (qeydiyyat nömrəsi *8070*782) (qeydiyyat tarixi *8.06.2007)) mirasın qəbulu ilə əlaqədar ötürülmüş prosessual müddətin bərpası ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edirəm ki, ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) tələblərinə riayət edilməklə verilmədiyindən onun məhkəmə icraatı mümkün deyildir və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, ərizənin müəyyən olunmuş forma və məzmununa riayət edilməmişdir. Yəni, hazırkı tələb iddia icraatı qaydasında baxılmalı olan tələbdir. Lakin, ərizəçi məhkəməyə xüsusi icraat qaydasında ərizə ilə müraciət etmişdir. MPM-in: **4.*.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır; *49.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir; *5*.*-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; *52.*.*-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin *49-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin *50.*.*-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; *52.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İş materiallarında olan 08.0*.2024-cü il tarixli, 9864 nömrəli qəbzdən görünür ki, Ərizəçi hazırkı tələb üzrə *00 (yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Qeyd edilənlərə əsaslanaraq və MPM-in 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) “mirasın qəbulu ilə əlaqədar ötürülmüş prosessual müddətin bərpa edilməsi” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. *00 (yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan *0 gün müddətində Goranboy Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar