Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-430/2024 18.01.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlu, İddiaçı Cavabdeh qarşı “əmrin ləğvi, işə bərpa və işləmədiyi müddət ərzində əmək haqqı” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Goranboy rayon Alpoud kənd İcra nümayəndəliyinin əmrinin ləğv edilməsi, onun işə bərpa olunmağı və işləmədiyi müddət ərzində əmək haqqının ödənilməsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) tələblərinə riayət edilməklə verilmədiyindən onun məhkəmə icraatı mümkün deyildir və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iddiaçı Goranboy rayon Alpoud kənd İcra nümayəndəliyinin əmrinin ləğv edilməsi, onun işə bərpa olunmağı və işləmədiyi müddət ərzində əmək haqqının ödənilməsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələbini cavabdeh Goranboy rayon Alpoud kənd İcra nümayəndəsi Cavabdeh qarşı yönəltmişdir. Lakin, iddia ərizəsinə əlavə edilmiş Goranboy rayon İcra Hakimiyyəti başçısının X1 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 07 saylı xx.xx.2023-cü il tarixli əmrindən çıxarışdan görünür ki, həmin əmr Goranboy rayon İcra Hakimiyyəti başçısının X1 Ərazi Dairəsi üzrə nümayəndəsi əvəzi Y.Tanrıverdiyev tərəfindən imzalanmışdır. Həmçinin, hazırkı iddia tələbi hər hansı şəxsə qarşı deyil, müvafiq orqana qarşı yönəldilməlidir. Həmçinin, iddiaçının tələbi qeyri-müəyyəndir. Belə ki, iddiaçı Goranboy rayon Alpoud kənd İcra nümayəndəliyinin əmrinin ləğv edilməsini və onun işə bərpa olunmağını xahiş etmiş, lakin, tələbini ümumi şəkildə qeyd edərək, konkret olaraq nümayəndəliyin hansı əmrini mübahisələndirdiyini, əmr barədə məlumatları - əmrin tarixi və nömrəsini, əmri imzalamış şəxsi və onun hansı vəzifəyə bərpa olunmağını tələbində qeyd etməmişdir. MPM-in: 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir; 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir; 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd edilənlərə əsaslanaraq və MPM-in 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “əmrin ləğvi, işə bərpa və işləmədiyi müddət ərzində əmək haqqı” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Goranboy Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(045)-430/2024
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-430/2024
18.01.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver